Avengers in Galactic Storm

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Avengers in Galactic Storm
"Avengers in Galactic Storm" rəsmi Yaponiya arkada flayeri
"Avengers in Galactic Storm" rəsmi Yaponiya arkada flayeri
Hazırlayan DateEast
Yayımlayan DataEast
Buraxılış tarixi Yaponiya 1995
Şimali Amerika 1996
Janrlar Qarşı-qarşıya döyüş oyunu
Dizaynerlər İvao Horita
Bəstəkarlar Şoko Sakay
Texniki məlumat
Platformalar Arkada oyunu
Oyun rejimləri Birnəfərli oyun
İkinəfərli oyun
İkinəfərli ko-op
İdarəetmə Klaviaturasiçan
geympad
Displey Rastr, 320 x 240 piksel, 4096 rəng
Arkada platforması Data East MLC sistem vasitəsi
Prosessor SH2
Səs YMZ280B

Avengers in Galactic Storm (yap. アベンジャーズ・イン・ギャラクティックストーム, azərb. Qısasçılar qalaktik qasırğada‎) — "DataEast" tərəfindən 1995-ci ildə hazırlanan və nəşr edilən və faytinq janrında olan ikiölçülü arkada oyunu. Oyunda birnəfərli və ikinəfərli hekayə modu və çoxnəfərli baş-başa modu var. Bu, köməkçi personajları olan ilk müasir faytinq oyunu idi. Bu personajlar oyunçular arasında "hücumçular" adlandırılırdı. Oyun "Marvel Comics" tərəfindən yaradılan "Qisasçılar" və "Krii" personajlarına əsaslanır. Oyunun süjeti və personajları "Qisasçılar"ın Şi'arKrii irqləri arasında baş verən qalaktikalararası bir müharibəyə müdaxilə etməsində bəhs edən "Operation: Galactic Storm" hekayə arkına əsaslanır. Bu, 2003-cü ildə bankrot olan "DataEast" şirkətinin son faytinq oyunlarından biri idi.

26 fevral 1996-cı il tarixində "Pony Canyon" və "Scitron Label" şirkətləri "Avengers in Galactic Storm" və başqa bir "DataEast" oyunu olan "Skull Fang"in fon musiqilərini "Skull Fang / Avengers in Galactic Storm" adlı bir albomda çıxarmışdır. Albom Yaponiyaya ekskluziv idi.

"Avengers in Galactic Storm" əsasən kosmos-mövzuludur və həmin dövrdə çıxan ikiölçülü faytinq oyunlarına bənzər bir geympleyə malikdir. Oyunun geympleyinin təməli oyunçu personajın təknəfərli bir turnirdə rəqiblərinə (kompüter və ya başqa bir oyunçu) qarşı "üçdə iki" matç sistemiylə döyüşməsidir. Oyunun personaj siyahısında 8 oyunçu personaj (hər tərəfdə 4 oyunçu personaj) var. Bu personajların hər birinin özünə məxsus döyüş hərəkətlərin və üslubları var. "Avengers in Galactic Storm"un həmin dövrdə çıxan digər faytinq oyunlarından olan əsas fərqi, oyunda köməkçi personaj siyahısının olmasıdır. Oyunçular seçdiyi rejimə başlamazdan əvvəl həm oyunçu personaj, həm də köməkçi personaj seçə bilər.[1] Oyunda, ekranın yuxarı hissəsində üç sayğac var – sağlamlıq, güc və köməkçi. Sağlamlıq sayğacı tamamilə boşalsa həmin personaj oyundan çıxır. Güc sayğacı tam dolsa həmin personaj xüsusi döyüş hərəkəti icra edə bilər. İki köməkçi sayğacından biri tam dolsa həmin personaj öz köməkçi personajını rəqibinə tez bir şəkildə hücum etməsi üçün çağıra bilər.

Oyunda iki rejim var – "Hekayə rejimi" (ing. Story Mode) və "qarşı-qarşıya rejim" (ing. VS Mode). "Hekayə rejimi"ni seçəndən sonra oyunçu iki "Oyun-ortası iştirakçı"sından (ing. Mid-Game Participant) birini seçməlidir. Bu, ya "Dost (Komanda yoldaşı)", ya da "Düşmən (Rəqib)"dir. Oyunçu rejim boyu rəqiblərlə tək döyüşə və yaxud ikinci bir oyunçu ilə komanda qura bilər. Bu rejimin əsas hədəfi "Operation: Galactic Storm" hekayə arkında müvafiq olaraq göstərilən personajları oyundan çıxarmaqdır. Hər oyunçunun iki canı olur. Rejim tamamlananda oyun oyunçulara əvvəl döyüşdükləri personajlarla yenidən, ancaq bu dəfə ixtiyari qaydada döyüşdürür. İki oyunçu birlikdə komanda quran zaman oyunçuların ikisinin də güc sayğacları doludusa, onlardan biri "ikiqat-güclü tandem hərəkəti"ni yarada bilər. "Qarşı-qarşıya rejim" çoxnəfərli ikiölçülü faytinq oyunlarına bənzəyir. Burada iki oyunçu bir-birlərinə qarşı döyüşürlər.

border=none Əsas məqalə: Operation: Galactic Storm

Oyunçu personajlar

[redaktə | mənbəni redaktə et]

Köməkçi personajar

[redaktə | mənbəni redaktə et]

"Computer and Video Games" oyunu "DataEast" şirkətinin əvvəlki qarşı-qarşıya faytinq oyunu olan "Fighter's History"dən daha yaxşı olduğunu demişdir. Onlar üçölçülü göstərilmiş qrafikaların "Killer Instinct" videooyunundakı kimi yaxşı, ancaq arxaplanı "tamamilə yastı" adlandırmışdılar. Jurnal oyunun "nə pis, nə də əla" olduğunu demişdir.[2] "Next Generation" jurnalının bir rəyçisi "Qisasçılar" lisenziyasına, yenilikçi köməkçi personaj mexanikası və qrafikalarına baxmayaraq, "Qolflend"də "Street Fighter Alpha 2" kabinetində basabas olduğunu, ancaq "Avengers in Galactic Storm" kabinetində bir insanı belə görmədiyini demişdir. O, bütün cəlbedici "zəng və fitlər"inə baxmayaraq, oyunun bazardakı yeni və görkəmli faytinq oyunlarıyla rəqabət apara bilməməsinin səbəbinin oyunun sadəcə orta dərəcəli geympleyi və personaj animasiyaları olduğunu demişdir. O, oyuna 2/5 ulduz vermişdir.[3]

  1. "Marvel Comics Avengers in Galactic Storm". Next Generation. Imagine Media (13): 135. yanvar 1996.
  2. "Avengers in Galactic Storm." Computer and Video Games. may 1996. səh.10
  3. "Avengers in Galactic Storm". Next Generation. No. 17. Imagine Media. 1 may 1996. 101 və 104.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]