Avetis Ağaronyan

Vikipediya, azad ensiklopediya
(Avetis Aharonyan səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Avetis Ağaronyan
erm. Աւետիս Առաքելի Ահարոնյան
Ermənistan parlamentinin sədri
1 avqust 1919 – 4 noyabr 1920
ƏvvəlkiAvetik Saakyan
SonrakıHovanes Kacaznuni
Erməni Milli Şurasının sədri
oktyabr 1917 – 17 iyul 1918
Şəxsi məlumatlar
Doğum tarixi 4 yanvar 1866(1866-01-04)[1]
Doğum yeri
Vəfat tarixi 20 mart 1948(1948-03-20)[1] (82 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti yazıçı, siyasətçi, müəllim
Dini Erməni Həvari kilsəsi

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Avetis Ağaronyan (erm. Աւետիս Ահարոնեան; 4 yanvar 1866[1], İğdır, İrəvan quberniyası, Rusiya imperiyası[1]20 mart 1948[1], Marsel) — Erməni siyasətçisi, yazıçısı, ictimai xadimi və inqilabçısı. Erməni milli hərəkatının üzvlərindən biri olmuşdur.

Həyatı və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Ağaronyan 1866-cı ildə Rusiya imperiyasının Sürməli qəzasında anadan olub. Böyüdükcə doğulduğu yerin Araz çayı və Sürməli yaxınlığında yerləşən Ağrı dağı kimi təbii xüsusiyyətlərindən təsirlənmişdir.

Anası Zərdar oxuyub-yazmaq bilirdi və övladına yazıb-oxumağı öyrətməklə onu oxutdurmağı bacarırdı. İbtidai təhsilini kənd məktəbində başa vurduqdan sonra Eçmiədzindəki Gevorkyan Seminariyasını bitirmişdir. Ağaronyan bir neçə il müəllim işləyib, sonra İsveçrənin Lozanna Universitetində tarix və fəlsəfə üzrə təhsil alıb. Bu dövrdə o, o zaman "Troşaq" (Bayraq) qəzetinin baş redaktoru olan Xristofor Mikaelyanla tanış olur. Daha sonra 1900-cü ildən hüquq fakültəsində çalışan Telemak Tutuncyan de Vartavan ilə dostlaşır[2] və müstəqil Ermənistan yaratmaq üçün səylərini birləşdirməyə qərar verirlər. 1901-ci ildə məzun olduqdan sonra ədəbiyyat təhsili almaq Sorbonna Universitetinə qəbul oldu.

1902-ci ildə Qafqaza qayıdıb Tiflisdəki Nersisyan məktəbinin müdiri və "Mourj" (Çəkic) qəzetinin baş redaktoru kimi çalışmağa başladı. 1909-cu ildə çar hökuməti tərəfindən həbs edilərək Metexi həbsxanasına göndərilir və orada xəstələnir. İki il sonra edilən 20 min rublluq ianədən sonra azadlığa çıxır və sonra Avropaya gedir.

O, 1917-ci ildə Qafqaza qayıdıb və 1918-ci il mayın 28-də Birinci Ermənistan Respublikasının müstəqilliyini elan edən Erməni Milli Şurasına sədrlik edib, Osmanlı İmperiyası ilə Batum müqaviləsini imzalayıb.

1919-cu ildə Poqos Nübarla Paris Sülh Konfransında erməni nümayəndə heyətinin rəhbəri olmuş və burada erməni diasporu ilə bilavasitə əməkdaşlıqda "Vilson Ermənistanı"nı formalaşdıran Sevr müqaviləsini imzalamışdır.

Ağaronyan 1920-ci ildən sonra mühacirətdə, Parisdə yaşayırdı. 1926-cı ildə Antuan Meye tərəfindən Ədəbiyyat üzrə "Nobel" mükafatına namizəd göstərilib.[3] 1934-cü ildə insult keçirib və həyatının son on dörd ilini əlil olaraq yaşayıb. Ağaronyan 1948-ci ildə Marseldə vəfat edib.[4]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
  2. "Catalogue des Etudiants de L'UNIVERSITÉ DE LAUSANNE : 1900-1901" (PDF). Uniris.unil.ch. 6 January 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 9 March 2022.
  3. "Nomination archive". NobelPrize.org. 1 April 2020. 9 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 March 2022.
  4. Rouben Paul, Adalian. Historical Dictionary of Armenia. Scarecrow Press. 2010. səh. 77. ISBN 9780810874503.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]