Biblioqrafiya
Biblioqrafiya — Biblioqrafiya termini Qədim Yunanıstanda meydana gəlmiş və əvvəllər "kitab yazılması" mənasını vermişdir. Yunan alimi və şairi Kollimaxinin (e.ə. 310–240) "Müxtəlif elmlərdə fərqlənənlərin hamısının və onların yazdıqları hər şeyin cədvəlləri" əsəri ilk biblioqrafik nümunə hesab olunur. Kitab çapından sonra bibloqrafiya çap əsərlərinin uçot və qeydini aparan, onları sistemləşdirən, təsvir, tövsiyə və təbliğ edən elm və əməli fəaliyyət sahəsi kimi formalaşmağa başladı. Azərbaycanda ilk biblioqrafik toplular "Kitabiyyat" adlandırılırdı. Bir sıra təkzirələr, adlar lüğətləri biblioqrafik funksiya da daşıyır. XX əsrin 10-cu illərindən başlayaraq Azərbaycanda biblioqrafiya elmi əsaslarla inkişaf edir.
XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə vəsfül-kitab (وسفول-کیتاب) adlandırılmışdır.[1]
Biblioqrafiyanın qolları
[redaktə | mənbəni redaktə et]Karter və Barker (2010) biblioqrafiyanı kitabların sistematik siyahısı (sadə biblioqrafiya) və fiziki obyektlər kimi sistemli təsvirləri (təsviri biblioqrafiya) kimi ikitərəfli elm sahəsi kimi təsvir edir. Bu iki fərqli konsepsiya və praktikalar ayrı məzmuna malikdir və fərqli məqsədlərə xidmət edir. Biblioqrafiya sahəsində yenilikçilər və müəlliflərə V. V. Greg, Fredson Bovers, Filip Qaskell, Q. Tomas Tansell daxildir.
Bovers sadə biblioqrafiyaya müəllif, yazıçı tərəfindən və ya istehsal dövründə "xüsusi kolleksiyalar və ya kitabxanalarda" kitabları müəyyən edən bir prosedur kimi istinad edir. O, təsviri biblioqrafiyaya kitabın material və ya fiziki artefakt kimi sistemli təsviri kimi qeyd edir. Təsviri biblioqrafiyanın təməl daşı olan Analitik biblioqrafiya bir kitabın tarixini və ötürülməsini təmin edən dəlil gətirərək bir kitabın çapını və bütün fiziki xüsusiyyətlərini araşdırır. Bu biblioqrafik təsvirin ilkin mərhələsidir və təsviri biblioqrafların tətbiq etdiyi və onların təsviri təcrübəsinə əsaslanan təhlilin sözləri, prinsipləri və metodlarını təmin edir.
Sadə biblioqrafiya
[redaktə | mənbəni redaktə et]Sadə biblioqrafiya jurnal məqalələri kimi kitabların və digər əsərlərin sistematik siyahısıdır. Biblioqrafiyalara kitab və məqalələrin sonunda "istinad edilmiş ədəbiyyat siyahısı" və tam və fərdi nəşrlər daxidlir.
İstinad siyahısı fərqlidir. Biblioqrafiyada kitabın girişi adətən aşağıdakı elemetləri özündə cəmləşdirir:
- müəlliflər
- başlıq
- nəşriyyatın və nəşr olunan yerin adı
- nəşriyyatın tarixi
Jurnal və ya dövri mətbuat məqalələrinin girişi adətən aşağıdakıları özündə ehtiva edir:
- müəlliflər
- məqalənin adı
- jurnalın adı
- həcmi
- səhifələri
- nəşr tarixi
Təsviri biblioqrafiya
[redaktə | mənbəni redaktə et]Fredson Bovers 1949-cu ildə nəşr etdirdiyi "Təsviri biblioqrafiyanın prinsipləri" əsərində təsviri biblioqrafiyanın standartlaşdırılmış quruluşunu müəyyənləşdirmiş və təsvir etmişdir.
Tənqidi biblioqrafiya
[redaktə | mənbəni redaktə et]Bu biblioqrafiyada əsərlərin adları və məzmunları tənqid olunur.
Latın Amerikasının milli biblioqrafiyası
[redaktə | mənbəni redaktə et]20-ci əsrin 2-ci yarısının siyasi həyatının fərqləndirici cəhətlərindən biri öncələr qul edilmiş xalqların artıq müstəqil inkişaf yolunu tutmaları, həmçinin onlarla yeni dövlətlərin yaranması, dünya siyasəti və iqtisadiyyatında çəkilərinin artması olmuşdur. Artıq hal-hazırda Asiya, Afrika, Latın Amerikasının ardıcıllığa qovuşmuş ölkələrinin çoxu BMT-nin üzvlərinin ümumi sayısının 1/3 hissəsini təşkil edir. Uzun müddətli kolonial işğalın, milli azadlığ hərakatı və əvvəllər koloniya olmuş xalqların müstəqillik qazanmasının nəticələri sosoial-iqtisadi, siyasi və mədəni həyatda baş verən bütün proseslərə böyük təsir göstərir. Təbii ki, bu regionların dövlətlərinin inkişaf səviyyəsi, eyni deyil və bu yenə də onların tarixi inkişafları ilə bağlıdır. Məsələn, Yaponiya və Cənubi Koreya kimi sənaye cəhətdən inkişaf etmiş böyük dövlətlərlə yanaşı, Asiya regionunda yaşayış səviyyəsi həddindəm artıq aşağı olan dövlətlər də mövcuddur.
Məhz bu dövlətlər Asiya xalqlarının çoxunu müasir vəziyyətinin xarakterik cəhətlərini müəyyən edir. Buna görə də bu qədər böyük regionları araşdırarkən, böyük, lakin bəzi hallarda təxmini ümumiləşdirmələr aparmaq lazım olur. Nisbətən gənc dövlətlərin qarşısında duran əsas vəzifələrdən biri, ümumi təhsilin artması proqramıdır, çünki əhalinin böyük bir hissəsi nə oxuya, nə də yaza bilir. Müasir dövrün başqa əhamiyyətli problemi milli nəşriyyat işinin formalaşması və kolinal dövrdə kitab nəşriyyatının inkişafın saxlayan faktorların aradan qaldırılması idi. Həmin vaxtda şəxsi nəşriyyat sənayesi inkişaf etmirdi və milli kitab bazarı tək keçmiş metropolların kitab ixracı hesabına formalaşırdı. Milli kitab nəşriyyatının müasir inkişafı yetəri qədər zəif gedir: YUNESKO-nun məlumatlarına əsasən, Asiya, Afrika və Latın Amerikası ölkələrində bütün dünya kitab istehsalının yalnız ¼ hissəsi buraxılır.
Latın Amerikası ölkələrində biblioqrafiya yeteri qədər keçmişdə yaranmışdır və 19-cu əsrdən dəyişmiş dövlət sərhədləri çərçivəsində inkişaf etmişdir. 800 il ərzində Latın Amerikası xalqları İspaniya və Portuqaliyada müstəmləkə asıllığında yaşayırdılar. XIX əsrin əvvəllərində milli azadlıq hərakatı nəticəsidə bu xalqların əksər çoxluğu müstəqillik qazandılar və kontinentin ərazisində yeni suveren dövlətlər yarandı. Lakin bir sıra tələblər, ilk növbədə iqtisadi tələblər Latın Amerikası dövlətlərini yüksək inkişaf etmiş ölkələrin böyük şirkətlərindən asılı vəziyyətə saldı. Bu şərait hələ də dövlətlərin iqtisadiyyatının müasir inkişaf səviyyəsini müəyyən etməyə davam edir. Qismən iqtisadi cəhətdən zəif inkişaf etmiş Latın Amerikası ölkələrinin vəziyyəti kütləvi informasiya vasitələri xarici konservlərinin milli kitab bazarında həll edici faktora çevrilməsinə gətirdi.
İspan kitab istehsalının ixracı, Latın Amerikası dövlətləri sakinlərin kitaba oxuma ehtiyacını demək olar ki, tam şəkildə ödəyir, yəni şəxsi nəşriyyatların edə bilmədiyini edir. Bu yerdə Lutovayla razılaşmaq lazımdır ki, Latın Amerikası ölkələri inkişaf səviyyələrinə görə Asiya və Afrikanın inkişaf etməkdə olan ölkələrindən yüksəkdədir, lakin mədəni sahədə qismən də kitabxana -biblioqrafiya işində Asiya və Afrika ölkələri ilə ortaq cəhətləri çoxdur, bəzi hallar onlar da geri qalırlar, baxmayaraq milli kitabxanalar və milli biblioqrafiya nəşrləri onlarda çox əvvəl yaranmışdır. K. R. Simonun fikrincə, Latın Amerikası respublikaların retrospektiv biblioqrafiyasında, bütün bu ölkələrin ən böyük və məhsuldar biblioqrafı Xose Toribyo Medinanın möhürü var. O, bütün həyatını ispan-amerikan mədəniyyətinin müstəmləkiçilik dövrünü öyrənməyə, araşdırmağa həsr etmişdir.
Afrika ölkəsinin biblioqrafiyası
[redaktə | mənbəni redaktə et]Afrika dövlətlərində biblioqrafiya fəaliyyətinin formalaşmasının xüsusiyyəti birinci biblioqrafik göstəricilərin onların ərazilərində yaranması, Avropa və Amerika mənşəli olmasıdır. Kontinentin 53 ölkəsindən yarıdan çoxunda 29(55%)-milli biblioqrafiyalar və onların analoqları var; 24(45%)-də milli biblioqrafik qeydiyyat aparılmır; yalnız 20-də qeydiyyat müvafiq hüquqi normalara söykənir. 1975-ci ildə müstəqillik qazanmış Mozambikdə, milli kitabxananı metropoliyada çap olunan bütün nəşrlərin saxlandığı bütün arxiv kimi hesab edən, milli kitabxana haqqında qanun 1961-ci ildə qəbul olunmuşdur. Afrikanın 7 ölkəsində — (Zambiya, Lesoto, Seyşel adaları, Toqo, Ekvatorial, Qvineya, Efiopiya) milli kitabxanalar olsa da, onlar haqda qanunverici aktlar mövcud deyil. Digər 7 ölkədə (Burkino-Fəşq Qona, Cibuti, Kabo-Verde, Mazerikiy, Nigeriya, Sudan) ümumiyyətlə milli kitabxana mövcud deyil. Məğrib ölkələrinin milli biblioqrafiyasının xüsusiyyəti (Əlcəzair, Tunis, Mərakeş) sənədlərin ərəb dilində əks olunduğu kimi fransız dilində əks olunmasıdır. Bu ölkələrini xalqlarının fransız mədəniyyəti ilə əlaqələri hələ də möhkəmdir və Əlcəzair biblioqrafiya agentliyinin, biblioqrafik təsvirin qədim fransız standartlarından qismən istifadə olunması bununla izah olunur. Bu region bütün milli biblioqrafik agentlikləri öz praktikalarında İSBD Ərəb variantını və Universal Onluq Klassifikasiyanı tətbiq edirlər. Bu göstəricilərdə qeydiyyata bütün tipdə çap nəşrləri, fotolar və səs yazıları aiddir.(Mərakeş istisna olmaqla)
Yalnız Nigeriyada 100-dən çox etnik-linqvistik qrup 250-dən çox dil və dialektdən istifadə edir. Bu şəraitdə və bundan qaynaqlanan çətinliklərə baxmayaraq, "Nigeriya milli biblioqrafiyası"nın aylıq nəşrini hazırlayaraq, Nigeriya Milli Kitabxanası, Milli biblioqrafik agentliyin funksiyasını uğurla yerinə yetirir. Bundan əlavə, bu qurum çap kartlarının komplektlərini nəşr edir, bütün kitab məhsullarına İSBN təyin edir, CİP proqramına müvafiq olaraq perspektiv biblioqrafik məlumatı hazırlayır. İngilisdilli ölkələrdə sistemləşdirmə üçün Dyuinin Onluq Klassifikasiyası istifadə olunur. Şərqi Afrika-ölkələri (Keniya, Tanzaniya, Efiopiya, Sudan, Somali, Mozambik) mədəni-təhsil institutlarının inkişaf səviyyəsinə görə fərqləndiyi kimi, dil situasiyasına görə də fərqlənir. Keniyada milli biblioqrafik agentliyin funksiyalarını eyni zamanda iki qrum yerinə yetirir: Milli Kitabxana Xidməti və Milli Sorğu və Biblioqrafik Departamenti. İllik nəşr olunan "Keniya Milli Biblioqrafiyası"da fərqli sənədlər əks olunur: kitablar, yeni seria nəşrlərin ilk çapları, dissertasiyalar, elmi və peşəkar konferensiyaların işləri, standartları, patentlər, sərgi kataloqları, planatlar və audiovizual materiallar. Sənədlərin əks olunması prinsipi əraziyə görədir; bundan başqa, xaricdə nəşr olunan Keniya haqqında nəşrlər və Keniya müəlliflərinin yazılarının nəşrləri qeydiyyata salınır. Biblioqrafik təsvirlər ingilis-amerikan katoloqlaşdırma qaydaları və İSBD əsasında hazırlanır.
"Tanzaniya Milli Biblioqrafiyası" göstəricisi illik dərc olunur və sənədlərin əraziyə görə tərtibi prinsipinə söykənir. Uqanda, Somali, Mozambikdə milli kitabxanalar mövcuddur və mütləq eqzemplər haqqında qanun qəbul olunub. 1960-cı ildə Keyuptaunda fəaliyyət göstərən dövlət kitabxanası hər kvartalda "Cənubi Afrika milli biblioqrafiyası"nı dərc edir. Mütləq eqzempler haqda qanun (1997) əsasında monoqrafik, rəsmi, periodik və kortaqrafik xidmətlərin nəşrlər, texniki məruzə və hesabatlar qeydə alınır. 1990-c ildən material Dyuinin Onluq Klassifikisyası üzrə sistemləşdirilir. Milli biblioqrafik xidmətlərin (bəzi hallarda bu xüsusən yaradılmış mərkəzlər, digər hallarda milli və ya universitet kitabxanalar milli arxivlər) yaradılmasında artım dinamikası müşahidə olunur. Göstəricilərin əksəriyyəti çap görünüşündə dərc olunur, regionun dövlətində həmçinin CD-ROM formatı istifadə olunur.
Afrika ölkələri 1980-ci ildə panafrikan dokumentləşdirmə və informasiya sisteminin yaradılmasına başladıldılar. Müasir zamanda inkişaf və təkmilləşmənin istiqamətləri müəyyənləşmişdir: müvafiq qanunvericilərinin hüquqi əsasının yaradılması və qəbulu, milli biblioqrafik agentliklərin maddi bazasının möhkəmləşdirilməsi, biblioqrafik metodikanın unifikasiyasının və standartlaşdırılması, xarici informasion agentliklərin eksponsiot fəaiiyyətinin təsvirində tədricən azad olma peşəkarların dünya və milli təcrübəni nəzərə almaqla problemlərin kompleksi həllinə çalışması, ixtisaslaşmış mütəxəsislərin hazırlanması və tədrisi.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Milli Ensiklopediyası Bakı 2007 s.712
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Султан-Меджид Ганиев, Русско-татарский словарь, Баку, 1909