I Feysəl
Feysəl ibn Hüseyn əl-Haşimi | |
---|---|
ərəb. فيصل بن الحسين بن علي الهاشمي Fayṣal al-Awwal ibn al-Ḥusayn ibn ‘Alī | |
8 mart 1920 – 24 iyul 1921 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | vəzifə ləğv edilib |
23 avqust 1921 – 8 sentyabr 1933 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Qazi ibn Feysəl |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Taif, Osmanlı İmperiyası |
Vəfat tarixi | (50 yaşında) |
Vəfat yeri | Bern, İsveçrə |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu |
Atası | Hüseyn ibn Əli əl-Haşimi |
Anası | Əbdiyyə ibn Abdullah |
Həyat yoldaşı | Hüzeymə bint Nasir |
Uşaqları |
Qazi ibn Feysəl əl-Haşimi Əzzə Racihə Rəifə |
Ailəsi | Haşimilər |
Dini | İslam (Sünni)[1] |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[2], Aktiv idarəçilik[2] |
Vikianbarda əlaqəli mediafayllar |
Feysəl ibn Hüseyn əl-Haşimi[3] (ərəb. فيصل بن الحسين بن علي الهاشمي; tam adı: Feysəl ibn Hüseyn ibn Əli əl-Haşimi; 20 may 1885[4], 20 may 1883[5][6] və ya 20 may 1886[7], Taif, Məkkə bölgəsi[d][8] və ya Məkkə, Hicaz vilayəti[2] – 8 sentyabr 1933[4], Bern) - 1920-1921-ci ildə Suriya Ərəb Krallığının, 1921-1933-cü illərdə İraqın 1-ci kralı. 1916-1924-cü illərdə hakimiyyətdə olmuş Hicaz kralı Hüseyn ibn Əlinin oğlu idi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Feysəl ibn Hüseyn, 1883[9]-cü ildə Məkkə yaxınlığındakı Taif şəhərində anadan olmuşdu. I Dünya müharibəsi zamanı bəzi ərəb sülalə liderləri Osmanlılara qarşı çıxmağa başlamışdılar. İçində Suriya ərəblərinində olduğu bir çox sülalə Hüseyn ibn Əlini öz liderləri kimi görürdü. 1915-ci ildə Feysəl Osmanlılara qarşı mübarizədə ərəblərin onları hansı şərtlər daxilində dəstəkləyəcəyini öyrənmək üçün Şam şəhərinə getdi.
1916-cı ildən başlayan Ərəb hərəkatında Feysəlin önəmli rolu vardır. 1918-ci ilin sentyabrında Şam işğal edildi və Feysəl Suriya kralı elan edilir (1920). Ancaq, Feysəl Versal konfransına qatılmaq üçün 1919-cu ildə Parisə getdi. Fransızlar bu zaman Livan və Suriyanı ələ keçirməkdə qərarlı olduğunu görüb fransızlarla razılaşmaq məcburiyyətində qaldı. 1920-ci ildə Şama döndü. 1920-ci ilin iyulunda Fransızlar Şamı işğal etdilər. Feysəl ölkədən ayrılmaq məcburiyyətində qaldı və ingilislərin dəvəti ilə Londona getdi.
1920-ci ilin sonlarında İngilislər İraqı işğal etmişlərdi. Ölkədə yaranan hərəkatı zəiflətmək üçün Feysəli burda qurulacaq hökumətin kralı elan etdilər. 1921-ci ilin avqust ayında Feysəl kral elan edilir. O, ağıllı siyasət yeridərək həm Ərəb milliyyətçilərinin dəstəyini, həm də İngilislərin dəstəyini özündə saxlayırdı. Bunun nəticəsində 1930-cı ildə İraq krallığı müstəqilləşdi və 1932-ci ildə Millətlər Birliyinə daxil oldu. 1933-cü ildə İsveçrənin Bern şəhərində qəflətən vəfat etdi[10]. Yerinə oğlu Qazi ibn Feysəl keçdi.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "IRAQ — Resurgence In The Shiite World — Part 8 — Jordan & The Hashemite Factors". 2012-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-30.
- ↑ 1 2 3 Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ ""rulers.org"". 2018-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-30.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Feisal I. // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ Fejsal (Faisal) I. // Proleksis enciklopedija, Opća i nacionalna enciklopedija (xorv.). 2009.
- ↑ Feisal ibn Hussein [Fayṣal ibn Ḥusayn] // Oxford Dictionary of National Biography (ing.). / C. Matthew Oxford: OUP, 2004.
- ↑ Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Allawi, Ali A. (2014). Faisal I of Iraq. Yale University Press.
- ↑ 78 years after the murder of King Faisal the First, Al Janabi, K., Iraq Law Net, Iraq Al-Qanoun Arxivləşdirilib 2014-03-03 at the Wayback Machine
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 20 mayda doğulanlar
- 1883-cü ildə doğulanlar
- 50 yaşında vəfat edənlər
- 8 sentyabrda vəfat edənlər
- 1933-cü ildə vəfat edənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- 1885-ci ildə doğulanlar
- 1886-cı ildə doğulanlar
- Taifdə doğulanlar
- Məkkədə doğulanlar
- Berndə vəfat edənlər
- İraq kralları
- Səudiyyə Ərəbistanında doğulanlar
- Ərəb üsyanı
- Məkkəlilər