Gilan Holding

Vikipediya, azad ensiklopediya
(Gilan Holdinq səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Xəzri Solutions
Ümumi məlumatlar
Tipi MMC
Sənaye Tikinti
Turizm
Sənaye
Təsis tarixi 1987 / 2005
gilanholding.com

Gilan Holdinq — Azərbaycanda fəaliyyət göstərmiş holdinq. 2023-cü ilin iyulundan Xəzri Solutions MMC adı ilə fəaliyyət göstərib. 30 avqust 2023-cü ildə ləğv edilib.[1][2][3]

1987-ci ildən Azərbaycanda bir sıra layihələrə sərmayələr yatırıb. Baş ofisi Bakıda yerləşirdi. Gilan Holdinq üç əsas biznes sahəsi üzrə fəaliyyət göstərib. Bunlar inşaat, turizm, kənd təsərrüfatı, logistika və gündəlik tələbat malları (FMCG) sahələrini əhatə edib. Şirkət həmçinin idman klublarının, stadionların və təsislərin qurulmasına sərmayə qoyub. Holdinq həmçinin beynəlxalq filiallar da təsis etmişdir.[4]

Azərbaycanda turizm, tikinti, qida maliyyə və s. sahələrdə fəaliyyət göstərib.

"Gilan Holdinq" 2005-ci ildən dövlət qeydiyyatında olub. "Gilan Holdinq" MMC 2016-cı ilə qədər "Gilan Holdinq maliyyə-sənaye qrupunun əsas şirkəti" MMC adlanırdı.

2021-ci ildə "Gilan" brendi ilə fəaliyyət göstərən 8 şirkət adını başqa ada dəyişib. 2022-ci il sentyabrın sonu "Gilan Agricultural Internatıonal" MMC adını "ABA Aİ" MMC-yə, "Gilan Hospitality-Bakı" MMC adını "ABA HB" MMC-yə və "GİLAN LOGİSTİCS GROUP" MMC isə adını "ABA Logistics Group" MMC-yə dəyişiblər. Sentyabrın əvvəlindən isə "Gilan Cotton and Grain" MMC "ABA CG" MMC adı ilə, "Gilan Trading" MMC şirkəti "ABA Trading-123" MMC və "Gilan Vineyards" MMC isə "ABA VY" MMC ilə bazarda çıxış edirlər. 2021-ci ilin əvvəlində "Gilan Constraction" MMC adını dəyişməklə "Core Constraction" MMC-yə və may ayında isə Gilan Dəri Zavodu ("Gilan Dəri" MMC) rebrendinq edərək "A. C. E Dəri" MMC-yə çevriliblər.

Şirkətin nizamnamə kapitalı 2022-ci ci ilə qədər 98 483 064 manat olsa da, 2022-ci ildə kəskin azaldılmaqla 100 manata endirilib.[5]

2023-cü ilin iyulunda holdinq re-brendiq edərək "Gilan Holding" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1400725191) 2023-cü ilin ikinci rübündən etibarən "Xəzri Solutions" Məhdud Məsuliyyətli Cəmiyyəti adlanırılıb. Şirkətin adı dəyişdirildikdən sonra, 6 şirkət "Xəzri Solutions" MMC-yə qoşulur və bunun nəticəsində yenidən təşkil olunduğunu elan edib:[6]

  • "Opsion" MMC
  • "Divident" MMC
  • "Reform Ko" MMC
  • "Alqoritm. Az" MMC
  • "Veksel" MMC
  • "Dempinq. Az" MMC

Mənbə[7]

Mənbə[8]

Mənbə[9]

  1. Inspection Development Monitoring
  2. Qəbələ Asfalt Zavodu
  3. Qəbələ Tikinti Materialları Zavodu
  4. Qaradağ Kərpic Zavodu
  5. Gilan Seramik Zavodu
  6. Gilan & Knauf Quru Suvaq Zavodu
  7. Gilan Pacific İnşaat
  8. Lotos Co LTD
  9. Qəbələnd İstirahət və Əyləncə Parkı
  10. Gilan Turizm
  11. Qəbələ Hoteli
  12. Gilan Hoteli
  13. Yengicə İstisu Sağlamlıq Mərkəzi
  14. Heydər Əliyev Adına Konqres Mərkəzi
  15. Kempinski Hotel Badamdar
  16. Qafqaz Baku City Hotel & Residences
  17. Qafqaz Park Hotel
  18. Qafqaz Resort Hotel
  19. Qafqaz Point Hotel
  20. Qafqaz Riverside Hotel
  21. Qafqaz Sport Hotel
  22. Qafqaz Sahil Hotel
  23. Crescent Hotel
  24. Aqro-Azərinvest
  25. Bakı CD Emalı Zavodu
  26. Qəbələ Fındıq Emalı Zavodu
  27. Gilan Aqrotek
  28. Gilan Belttmann Pianino Fabriki
  29. Qəbələ Konserv Zavodu
  30. Lənkəran Konserv Zavodu
  31. Gilan Lift Zavodu
  32. Gilan Dəyirmanları
  33. Gilan Zeytun
  34. Gilan Plastik
  35. Gilan Servis
  36. Gilan Dəri Emalı Zavodu
  37. Gilan Çay Fabriki
  38. Gilan Tekstil Parkı
  39. Gilan Trading
  40. Gilan Tech

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]