Kəsəndağ

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kəsəndağ
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1102 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Vilayət

KəsəndağAzərbaycanın Culfa rayonu ərazisində dağ. Konusvari formadadır (hünd. 1102,1 m). Zəngəzur silsiləsinin cənub-qərb ətəyində, Dəmirlidağ-Göydağ qolunun davamında yerləşən Darıdağ (Dağüstü) silsiləsinin  cənub-şərq istiqamətli Pilələr  qolunun  qurtaracağında zirvə. Darıdağ mineral su yatağından 1 km-ədək cənubdadır. Üst Paleosen in Zeland mərtəbəsinə aid Türkeş lay dəstəsinin çökmə süxurlarından təşkil olunmuş erozion parçalanmış, yamacları sıldırımlı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahında məskunlaşmış Darıdağ-Aza qalxımının əsas strukturu olan Darıdağ antiklinalının cənub-qərb qanadında yerləşir.[1]

Həmçinin bax:

[redaktə | mənbəni redaktə et]
  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.