Kamurəs Qadınəfəndi
Kamurəs Qadınəfəndi | |
---|---|
كامورس سيدة | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 mart 1855 |
Doğum yeri | |
Vəfat tarixi | 30 aprel 1921 (66 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | əsilzadə |
Həyat yoldaşı | |
Uşağı | |
Ailəsi | Osmanlı xanədanı |
Dini | Sünni, İslam |
Kamurəs Qadınəfəndi (5 mart 1855, Şimali Qafqaz – 30 aprel 1921, İstanbul) — 35. Osmanlı sultanı V Mehmedin ilk xanımı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Kamurəs xanım 1855-ci ildə əslən ubix olan əsilzadə ailəsində dünyaya gəlmişdir. Çox gənc yaşlarında saraya xidmətçi olaraq alınmış, 30 sentyabr 1872-ci ildə Çırağan sarayında V Mehmedlə evləndilər. Evləndikdən bir il sonra Şahzadə Mehmed Ziyayəddin Əfəndini dünyaya gətirdi. 1918-ci ildə ölkəyə gələn Bolqarıstan kralı III Borisin qarşılanması mərasimində iştirak etdi. Sarayda təlim keçən kiçik sultanların təhsili ilə maraqlanırdı.
Sultan V Mehmedin vəfatının ardından (1918) bir müddət sarayda qalan Kamurəs xanım daha sonra Beşiktaşdakı saraya köçürüldü. Çox keçmədən 30 aprel 1921-ci ildə burada vəfat etdi. Cənazəsi ərinin Əyyubsultandakı Sultan Rəşad türbəsinə dəfn edildi.
Övladları
[redaktə | mənbəni redaktə et]- Mehmed Ziyayəddin Əfəndi (d. 26 avqust 1873 — ö. 30 yanvar 1938)
Mənbə
[redaktə | mənbəni redaktə et]- Harun Açba (2007). Kadın efendiler: 1839–1924. Profil. ISBN 978-9-759-96109-1.
- The Concubine, the Princess, and the Teacher: Voices from the Ottoman Harem. University of Texas Press. 2010.