Omurtaq xan
Qurucu Omurtaq xan | |
---|---|
bolq. Кан Омуртаг | |
| |
Birinci Bulqar dövlətinin XIV imperatoru | |
814 – 831 | |
Əvvəlki | Krum xan |
Sonrakı | Malamir xan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | bilinmir |
Vəfat tarixi | |
Fəaliyyəti | suveren[d] |
Atası | Krum xan |
Uşaqları |
Malamir xan Enravota Zvinitsa |
Dini | Tenqriçilik |
Vikianbarda əlaqəli mediafayllar |
Qurucu Omurtaq xan[1] (bolq. Кан Омуртаг; bilinmir – 831) — Bulqar xanı. 814-831ci illərdə hakimiyyətdə olmuşdur.[2][3] Onun dövründə mərkəzi hakimiyyət güclənmiş, yeni binalar tikilib hazırlanmışdır[4]
Xarici siyasəti
[redaktə | mənbəni redaktə et]İlk illəri
[redaktə | mənbəni redaktə et]Omurtaq xanın ilk illərində hakimiyyət 3 qəyyuma aid idi: Dukum, Diçenq və Çoq. Onlar xristianlığın yayılmasının qarşısını almağa çalışırdılar. Bizanslılarla 814-cü ildə baş verən döyüşdə Omurtaq xan qaça bilmiş, bulqarlar məğlubiyyət almışdı. Bizans Franklarla ittifaqa girmək istəyirdi. Omurtaq buna görə də 815-ci il sülhünü imzalamalı oldu. Bu sülhə görə sərhəd müəyyən olundu, həmçinin əsirlər dəyişdirildi. 30 il boyunca davam edəcək olan atəşkəs imzalandı.
Franklarla münasibətlər
[redaktə | mənbəni redaktə et]818-ci ildə keçmiş Avar xaqanlığı ərazisində slavyanların üsyanı başlamış, franklar tərəfindən dəstək görmüşdü. Omurtaq xan frankları məğlub edərək üsyanı yatırtmışdı.
Daxili siyasəti
[redaktə | mənbəni redaktə et]Bizansla sülh imzalandığı üçün stabil yaşayan ölkədə yenidənqurma işləri başlamışdı.
İdarəetmə
[redaktə | mənbəni redaktə et]Xan üsyanlardan sonra qəbilə hakimiyyətini ləğv edərək ölkəni komitatlara böldü. Hər bölgənin komitatı xan tərəfindən təyin olunurdu. Komitatlar öz növbəsində jupilər adlanan mahallara bölünürdü. Paytaxt xüsusi statusa malik idi. Ordu təkmilləşdirildi və qəbilə şəklində bölünməkdənsə sistematik şəkildə say sistemi ilə bölünməyə başladı. Xan kovxan və içirqu-boyul vəzifələrini təsis etdi.
Yenidənqurma
[redaktə | mənbəni redaktə et]Omurtaq xan dağılmış Pliskanın bərpası və digər şəhərlərin tikintisinə nəzarət etməyə başladı. Bu işlərinə görə ona Qurucu ləqəbi verilmişdir. Yeni saray, Göy Tanrı üçün böyük məbəd, Tarnovo və Çepelar qəsrləri də bu sıraya daxildir.
Xristianlığın təqibi
[redaktə | mənbəni redaktə et]Omurtaq xan xristianlığın düşməni idi və onları təqib edirdi. Hətta böyük oğlu Enravota xristian olduğu üçün onu vərəsəlikdən çıxartmışdı.
Toponimlər
[redaktə | mənbəni redaktə et]Antarktikanın Livinqston adasında Omurtaq keçidi mövcuddur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Essential History of Bulgaria in Seven Pages, p. 3, Lyubomir Ivanov, Bulgarian Academy of Sciences, Sofia, 2007
- ↑ Mosko Moskov, Imennik na bălgarskite hanove (novo tălkuvane), Sofia 1988.
- ↑ Jordan Andreev, Ivan Lazarov, Plamen Pavlov, Koj koj e v srednovekovna Bălgarija, Sofia 1999.
- ↑ John V. A. Fine Jr., The Early Medieval Balkans, Ann Arbor, 1983.