Portal:Monqolustan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç


Monqolustan portalına
xoş gəlmisiniz!

Seçilmiş şəxsiyyət

Xubilay xan (doğum adı Xubilay və ölümündən sonra isə Şizu) (23 sentyabr 121518 fevral 1294) - Monqol İmperiyasının beşinci xaqanı (1260-1294) və Yuan sülaləsinin banisi.

Xubilay Tuluy xanın 4-cü (Sorğağtani Bəki ilə olan 2-ci) oğlu və Çingiz xanın nəvəsi idi. 1260-cı ildə böyük qardaşı Mengü xanın ölümündən sonra taxta çıxdı, ancaq o, kiçik qardaşı Arıq Buğanı 1264-cü ilə qədər davam edəm Monqolustan Vətəndaş Müharibəsində məğlub etməli oldu. Bu hadisə imperatorluğun dağılmasının başlanğıcı hesab edilir. Xubilayın həqiqi qüdrəti ÇinəMonqolustana çatsa da, hələ də Elxanilər dövləti üzərində və az da olsa, Qızıl Ordu üzərində hakimiyyəti var idi. Əgər Monqol imperiyası o dövr üçün vahid hesab edilsə idi, Xubilay xanın gücü Sakit okeandan Qara Dənizə Sibirdən müasir Əfqanıstana - dünyanın məskunlaşılmış torpaq ərazisinin beşdə birinə çatırdı.

1271-ci ildə Xubilay Yuan sülaləsinin əsasını qoydu. O, müasir Monqolustan, Çin, Koreya və bəzi qonşu əraziləri idarə edir və Çin imperatoru hesab edilirdi. 1279-cu ilə qədər Yuan qüvvələri Cənubi Sun sülaləsinin axırıncı müqavimətini qırdı və Xubilay imperatorluğu birləşdirən ilk Xan sülaləsinə mənsub olmayan şəxs oldu. Bundan başqa Xubilay 1260-cı ildən sonra yeni ərazilər işğal edən tək Monqol xanı oldu.

Xubilay Tuluy xanın 4-cü oğlu (Sorğağtanidən olan ikinci oğlu) idi. Babası Çingiz xanın məsləhəti ilə Sorğağtani buddist tanqut qadını öz oğlunun dayəsi kimi seçdi və daha sonra Xubilay onu yüksək qiymətləndirdi. Xarəzmşahlar dövlətinin işğalından sonra evə gedən yolda Çingiz xan İli çayının yaxınlığında 1224-cü ildə baş verən ilk ovdan sonra nəvələri Mengü və Xubilay üçün mərasim təşkil elədi. Doqquz yaşında olan Xubilay böyük qardaşı ilə birlikdə dovşan və antilop ovladı. Onun babası monqol ənənələrinə uyğun olaraq öldürülmüş heyvanlardan Xubilayın orta barmağına sürtdü.

Monqol-Çzin müharibəsindən sonra 1236-cı ildə Ögedey xan Hebey vilayətini (80 min insanla birlikdə) 1232-ci ildə ölmüş Tuluy xanın ailəsinə verdi. Xubilay 10 min insanın daxil olduğu öz malikanəsini aldı. O, təcrübəsiz olduğundan yerli məmurlara müstəqil idarəçilik verdi. Məmurlar arasındakı özbaşınalıq və soyğunçu vergi siyasəti çinli kəndlilərə qaçmağa məcbur etdi və bu da vergi gəlirlərini azaltdı. Xubilay cəld Hebeydəki mirasına gəldi və islahatlar keçirdi. Sorğağtani ona kömək etməsi üçün yeni məmurlar göndərdi və vergi qanunları yenidən işləndi. Bu səylər sayəsində getmiş insanların çoxu qayıtdı.

Xubilay xanın erkən həyatının ən əhəmiyyətli və ona həyatında ən təsir edən hissəsi onun həmin dövrün Çin mədəniyyətinə maraq göstərməsidir. Xubilay Şimali Çinin buddist monarxı Heyunu Monqolustandakı ordasına çağırdı. O, 1242-ci ildə Heyunla Qaraqorumda görüşəndə ondan buddizmin fəlsəfəsi barədə soruşdu. Heyun 1243-cü ildə doğulan Xubilayın oğlunu Çingim (mənası təmiz qızıl) adlandırdı. Heyun Xubilayı əvvəl taoist və sonra buddist keşiş olmuş Liu Binqzonqla tanış elədi. Liu rəsam, xəttat, şair və riyaziyyatçı idi və Heyun müasir Pekindəki məbədinə qayıdanda Liu Xubilayın məsləhətçisi oldu. Xubilay tezliklə alim Zao Bini də öz məiyyətinə daxil etdi.


Məqaləni oxu...

Seçilmiş şəkil

Azərbaycanda, Mingəçevir yaxınlığında «monqol dövrü» adlandırılan dövrə dair döyüşçü qəbirindən olan maneken üzərindəki libas. Görünür, yerli dərzinin tikdiyi bu libasın biçimi həm monqol, həm də yerli biçim elementlərini özündə birləşdirmişdir. Azərbaycan Tarix Muzeyi


 

Kateqoriyalar

Seçilmiş məqalə

Velosiraptor (mənası: tez tutan) - Təbaşir dövrünün sonlarında, təqribən 75-71 milyon il əvvəl yaşamış dromeozavrid teropod dinozavr cinsi. Keçmişdə başqa növlərinin də təyin edilməsinə baxmayaraq iki növü hal-hazırda tanınır. Cinsin təsvirində əsas götürülən növ V. mongoliensisdir; bu növün qalıqları Monqolustandan tapılıb. İkinci növ - V. osmolskae 2008-ci ildə Çinin Daxili Monqolustan Muxtar Rayonundan tapılan kəllə materialı üçün seçilib.

Deynonix və Axillobator kimi başqa dromeozavridlərdən kiçik olan velosiraptor yenə də eyni anatomik cəhətlərin bir çoxunu daşıyır. O, uzun quyruğu və hər ayağının dal hissəsindəki geniş hilal şəklindəki pəncə ilə (fikirləşilir ki, ovu tutmaq üçün istifadə edilib) ikiayaqlı, lələkli ətyeyən heyvan velosiraptor başqa dromeozavridlərdən dik burnu ilə uzun və alçaq kəlləsi ilə fərqləndirilə bilər.

Velosiraptor (əsasən raptor olaraq qısaldılır) Yurasik Parkı filmindəki önəmli roluna görə geniş ictimaiyyətə ən çox məlum olan dinozavr cinslərindən biridir. Filmlərdə o, anatomik yanlışlıqlarla verilib; həqiqətdə olduğundan daha böyükdür və lələkləri yoxdur. Bu yanlışlıqlardan bəziləri filmlərdəkı başın böyük təpəsi ilə birlikdə göstərir ki, filmlərdəki dinozavrlar həqiqətdə Deynonixə uyğun düzəldilib. Velasiraptor dromeozavridlər arasında ən çox sayda - 12-dən çox təsvir edilmiş qalıq skeletləri ilə paleontologistlərin yaxşı tanıdığı dinozavrdır. Bir xüsusilə məşhur nümunə Velosiraptoru Protoseratopsla döyüşərkən təsvir edir.

Soyuq müharibə dövründə Şimali Amerika komandalarının kommunist Monqolustana buraxılmadığı zaman Sovet və polyak alimlər monqol həmkarları ilə birlikdə Velosiraptorun bir çox növlərini aşkar ediblər. Onların ən məşhuru 1971-ci ildə polyak-monqol komandası tərəfindən kəşf edilmiş əfsanəvi "Döyüşən dinozavrlar" örnəyinin (GIN 100/25) bir hissəsidir. Qalıntı tək Protoseratopsa qarşı döyüşün ortasında olan tək Velosiraptoru özündə əks etdirir. Bu örnək Monqolustanın milli xəzinəsi hesab edilir, ancaq 2000-ci ildə o, Nyu York şəhərindəki Amerika Təbiət Tarixi Muzeyinə müvəqqəti sərgi üçün borc olaraq verilib.

Məqaləni oxu...

Monqolustan Vikixəbərdə  Monqolustan Vikisitatda  Monqolustan Vikikitabda  Monqolustan Vikimənbədə  Monqolustan Vikilüğətdə  Monqolustan Vikiversitetdə  Monqolustan Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar