Rəsulilər sülaləsi
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Tarixi dövlət | |||
Rəsulilər sülaləsi | |||
---|---|---|---|
|
|||
|
|||
Paytaxt | Zəbid | ||
Dilləri | ərəb dili | ||
Vikianbarda əlaqəli mediafayllar |
Rəsulilər sülaləsi — Əyyubilərin Ərəbistan yarımadasının cənub əyalətlərindən çəkilmələrindən sonra Yəmən və Hədrəmutda hökm sürən (1229–1454) türk-müsəlman xanədan.
Tarixi
[redaktə | mənbəni redaktə et]Rəsulilər sülaləsi cənublu ərəblərin əfsanəvi atası Kəhtanın soyundan gəldiklərini iddia etməklə yanaşı, oğuz kökənliydilər. Xanədanın qurucusu Rəsul Abbasi xəlifəsinin elçisi idi. Oğlu Əli Yəmənin son Əyyubi hökmdarı Məsud Səlahəddin dönəmində (1215–1229) Məkkə valisi, sonradan bütün ölkənin başçısı olmuşdur. Rəsulun nəvəsi I Ömər bin Əli (1229–1250) öncə Yəmənin qərbindəki Zəbid şəhərinə yerləşsə də, sonralar dağlıq iç bölgələrə daşınaraq Sənanı Rəsulilər sülaləsinin mərkəzi etmişdir. Hicazın 1252-ci ildən sonra Məmlüklərin hegemonluğu altına girməsinə qarşı, Məkkənin idarəsini əlində tutdu.
İki əsr içində Yəmən önəmli və zəngin bir müsəlman dövlətinə çevrildi. Rəsulilər sülaləsi hökmdarı 1258-ci ildə xəlifə unvanı aldı. Çin, Hindistan və Seylonla (bu gün Şri Lanka) siyasi və ticari əlaqələr qurdu. Ədən limanının açılması xarici ticarətin canlanmasını təkan verdi, amma məmlüklər XIV əsrin ortalarında Məkkədə yaşanan qarışıqlıqlardan yararlanaraq Rəsulilərin daxili işlərinə qarışmağa başladılar. Səlahəddin Əhməd (1400–1424) bir müddət hakimiyyəti yenidən ələ aldısa da daxili çəkişmələr, kölə ayaqlanmaları və vəba xanədanın çöküşünü sürətləndirdi. Son Rəsuli hökmdarı güclənən Tahirilər qarşısında 1454-cü ildə taxtdan çəkildi və Osmanlıların əlinə keçdiyi XVI əsrədək Yəmən Tahirilərin hegemonluğu altında qaldı.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et] Monarx, sülalə və ya onların nümayəndələri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
- ↑ Rasulid dynasty // Encyclopædia Britannica (ing.).