Teya (nəzəri planet)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Teya
Şərəfinə adlandırılıb
Teya
Böyük yarımoxu
149.597.870.700 m
Nəyin peykidirGünəş
Kütləsi600.000.000.000.000.000.000.000 kq[1]

Teya (ing. Theia) — Günəş sisteminin ilkin dövrlərində mövcud olduğuna inanılan və Böyük toqquşma fərziyyəsinə görə bundan 4,31 milyard il əvvəl Yerlə toqquşaraq yox olan planet.[2] Fərziyyəyə görə Teya təqribən Mars ölçüsündə idi və 6000 km diametri vardı. Los-Anceles Kaliforniya Universitetində geoloq olan Eduard Yanq Apollon 12, Apollon 15Apollon 17 missiyaları zamanı gətirilən süxur nümunələrini müşahidə edərək, əvvəl təklif olunan fərziyyənin əksinə olan Teya planetinin Yerə üstdən dəydiyi düşüncəsini ortaya atmışdır.[3] Təklif olunan toqquşma modelinə görə Teyanın qalıqları Yerin ətrafında toplanaraq tədricən Ayı formalaşdırmışdır. Bəzi alimlər düşünür ki, Yer ətrafı orbitə saçılan qalıqlardan əvvəlcə iki peyk formalaşdı və sonradan onlar birləşərək bu gün bildiyimiz Ayı meydana gətirdi.[4][5] Böyük toqquşma fərziyyəsi Yerin nüvəsinin gözləniləndən daha böyük olmasının səbəbini də açıqlayır. Belə ki, toqquşma nəticəsində Teyanın mantiya və nüvəsi Yerlə qarışmışdır.[6] Teya adı yunan mifologiyası ilə bağlıdır. Belə ki, Teya yunan mifologiyasında Ay ilahəsi hesab olunan Selenanın anasıdır.

Teyanın Günəş sistemində Yerin L4 və L5 Laqranj nöqtələrindən keçən orbitinin olduğunu düşünürlər. Belə olacağı halda Teya Marsla müqayisə oluna biləcək şəkildə böyüyə bilərdi. Astronomlar belə hesab edir ki, Veneranın cazibə qüvvəsi Teyaya təsir edərək onu Yerlə toqquşma səviyyəsinə gətirmişdir.[7]

Böyük toqquşma fərziyyəsinə görə Teya Yerin L4 və L5 Laqranj nöqtələrində olan planetdi və Venera ya da Yupiterin cazibə qüvvəsinin təsirindən Yerlə toqquşmuşdur. Toqquşma baş verdikdən sonra orbitə saçılan maddələrdən Ay meydana gəlmişdir.[4][8] Bəzi astronomların düşüncəsinə görə ilk vaxtlar Teyanın qalıqlarından Mars və Veneranın orbitləri arasında ikinci asteroid qurşağı da vardı. Buna baxmayaraq alimlər əsasən Teyanın qalıqlarının ətrafa saçılmadığını və Ayla Yerin tərkibinə qarışdığı düşüncəsini qəbul edirlər.[9] Ayın formalaşması ilə bağlı yaranan əsas suallardan biri də Ayın daha çox Teyanın yoxsa, Teyanın Yerlə toqquşması nəticəsində Yerdən qopan hissələrin qalıqlarından meydana gəlməsi idi.[10] Apollon proqramı çərçivəsində Aydan gətirilən süxur nümunələrinin izotop tərkiblərinin öyrənilməsi nəticəsində Aydakı izotop tərkiblərinin Yerdəki ilə demək olar ki, eyni olduğu məlum oldu. Bu da Ayın daha çox Yerdən ayrılan hissələrdən yaranması düşüncəsini möhkəmlətmişdir.[11][12][13]

  1. Canup R. M., Asphaug E. Origin of the Moon in a giant impact near the end of the Earth's formation (ing.). // Nature / M. Skipper NPG, Springer Science+Business Media, 2001. Vol. 412, Iss. 6848. P. 708–712. ISSN 1476-4687; 0028-0836 doi:10.1038/35089010 PMID:11507633
  2. "The Theia Hypothesis: New Evidence Emerges that Earth and Moon Were Once the Same" Arxivləşdirilib 2018-06-16 at the Wayback Machine. The Daily Galaxy. 2007–07-05.
  3. Nace, Trevor (2016–01-30). "New Evidence For 4.5 Billion Year Old Impact Formed Our Moon" Arxivləşdirilib 2018-06-16 at the Wayback Machine. Forbes
  4. 1 2 Jutzi, M.; Asphaug, E. (2011). "Forming the lunar farside highlands by accretion of a companion moon". Nature. 476 (7358): 69–72. Bibcode:2011Natur.476…69J. doi:10.1038/nature10289. PMID 21814278.
  5. "Faceoff! The Moon's oddly different sides", Astronomy.
  6. "Faceoff! The Moon's oddly different sides" Arxivləşdirilib 2017-07-27 at the Wayback Machine, Astronomy,
  7. "STEREO Hunts for Remains of an Ancient Planet near Earth" Arxivləşdirilib 2013-11-13 at the Wayback Machine. NASA. 2009–04-09.
  8. Reufer, Andreas; Meier, Matthias M. M.; Benz, Willy; Wieler, Rainer (2012). "A hit-and-run giant impact scenario". Icarus. 221 (1): 296–299. arXiv:1207.5224free to read. Bibcode:2012Icar..221..296R. doi:10.1016/j.icarus.2012.07.021.
  9. Wolpert, Stuart (January 28, 2016). "Moon was produced by a head-on collision between Earth and a forming planet" Arxivləşdirilib 2019-11-24 at the Wayback Machine. UCLA newsroom. UCLA.
  10. Daniel Clery (11 October 2013). "Impact Theory Gets Whacked". Science. 342 (6155): 183–185. Bibcode:2013Sci…342..183C. doi:10.1126/science.342.6155.183.
  11. Wiechert, U.; et al. (October 2001). "Oxygen Isotopes and the Moon-Forming Giant Impact" Arxivləşdirilib 2021-08-15 at the Wayback Machine. Science. Science (journal). 294 (12): 345–348. Bibcode:2001Sci…294..345W. doi:10.1126/science.1063037. PMID 11598294.
  12. Pahlevan, Kaveh; Stevenson, David (October 2007). "Equilibration in the Aftermath of the Lunar-forming Giant Impact". EPSL. 262 (3–4): 438–449. arXiv:1012.5323free to read. Bibcode:2007E&PSL.262..438P. doi:10.1016/j.epsl.2007.07.055.
  13. "Titanium Paternity Test Says Earth is the Moon's Only Parent (University of Chicago)" Arxivləşdirilib 2016-01-31 at the Wayback Machine. Astrobio.net.