Uzunayaq ssink

Vikipediya, azad ensiklopediya
(Uzunayaq sçink səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Uzunayaq ssink
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Uzunayaq ssink
Beynəlxalq elmi adı

Uzunayaq ssink və ya Şneyder kərtənkələsi (lat. Eumeces schneideri) — Uzunayaqlar fəsiləsinə Uzunayaq ssink cinsinə aid kərtənkələ növüdür. Növün latın adı alman naturalisti Yohan Qotlob Şneyderin şərəfin adlandırılıb.

Xariçi görünüşü

[redaktə | mənbəni redaktə et]

İri kərtənkələ olaraq bədəni uzunluğu erkək fərdlərdə 165 mm-ə, dişilərdə 155 mm-ə çatır. Çəkisi 90 q-dır. Bədəni hamar pulcuqlarla örtülüdür. Bədəni üst tərəfdən qəhvəyi, qəhvəyi-boz və ya zeytunu-boz rəngdə olur. Bədənin yanları ilə narıncı, çəhrayı-qırmızı və ya qırmızı rəngli zolaq uzanır. Xalları olmayan, eynirəngli fərdlərə də rast gəlinir Qarın tərəfinin rəngi sarı və ya ağ olur.

Onlar əsasən ön dağıq və yüksək dağlıq ərazilərdə yayılmışdır. Onlar çatların və gəmiriçilərin yuvalarında yerləşirlər. Bəzən bu yuvaların dərinliyi 60–200 sm təşkil edir. Qışlamadan aprel-may ayları qayıdır. Cücülər, hörümçəklər və giləmeyvələrlə qidalanır. Yumurtaların sayı 5–9 arası (1,5 sm) dəyişir. İyul — avqust ayları yumuta qoyurlar.

Bu növə Şimali Afrikadan, Ön Asiya və Cənubi Asiyaya qədər olan ərazilərdə rast gəlmək olar. Onlara bəzi hallarda Şərqi Cənubi Qafqaz və Orta Asiyanın cənub rayonlarında rast gəlinir. Azərbaycanda lat. Eumeces schneideri princeps (Eichwald, 1839) yarımnövü yayılıb. Antropogen landşaftlarda da qeydə alınır.

  • Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar, Elm nəşriyyatı, 2004, 619 səh.
  • Cəfərova S. Q., Əhmədov S. B., Bünyatova S. N., Əsgərova S. Ə. Azərbaycanda yayılan suda-quruda yaşayanların və sürünənlərin təyinedicisi, ADTU nəşriyyatı, Bakı, 2013.
  1. The Reptile Database (ing.). / P. Uetz 2015.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]