40°20′24″ şm. e. 49°50′14″ ş. u.HGYO

YARAT Müasir İncəsənət Məkanı

Vikipediya, azad ensiklopediya
(YARAT Müasir İncəsənət Mərkəzi səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
YARAT Müasir İncəsənət Mərkəzi
YARAT, 2019
YARAT, 2019
Xəritə
Əsası qoyulub 2011
Ölkə
Yerləşir Bayıl (Dövlət Bayraq Meydanı) Bakı, Azərbaycan, AZ1003
Kolleksiyası 5000 eksponat
Direktor Aida Mahmudova
Telefon +99412 505 1414
İş rejimi (II – VII) 12:00 – 20:00
Bilet Giriş sərbəstdir
40°20′24″ şm. e. 49°50′14″ ş. u.HGYO
yarat.az

YARAT Müasir İncəsənət Mərkəzi və ya qısaca YARAT — 2011-ci ildə Aida Mahmudova tərəfindən təsis edilmişdir.[1] YARAT öz fəaliyyətini daimi sərgi, təhsil tədbirləri və festival proqramları vasitəsilə həyata keçirir. Təşkilatın binası yeni Dənizkənarı Bulvarda, Dövlət Bayrağı Meydanının yaxınlığında yerləşir.

YARAT Müasir İncəsənət Mərkəzi Sovet dövründə Hərbi Dəniz Qüvvələrinin binası olmuş və 1960-cı illərdə hərbi gəmilərə texniki xidmət bazası rolunu oynayan Xəzər dənizinə açılan binada yerləşir. Binanın təyinatının dəyişməsi nəticəsində iki mərtəbəni əhatə edən, 2000 m² sahəsi olan sərgi məkanı yaradılmışdır.[1] Binada aparıcı beynəlxalq rəssamların müvəqqəti sərgiləri, yeni yaranan istiqamətlər, eləcə də YARAT Kolleksiyasının sərgi ekspozisiyaları və kitabxana təqdim olunur. Rəsmi olaraq 24 mart 2015-ci il tarixində təşkilat bu binaya köçüb.[2]

YARAT təşkilatının tərkibinə YARAT Müasir İncəsənət Mərkəzi, XX–XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi və ARTIM Layihə Məkanı daxildir. XX–XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi, milli muzeylər və qalereyalar kolleksiyalarından götürülmüş əsərlərdən sərgilər təqdim edərək, ekspozisiyanın ictimai-maarifləndirici proqramlarını həyata keçirir. Həmçinin muzey tədris müəssisələri ilə sıx əməkdaşlıq quraraq, şagird və tələbələr üçün interaktiv ekskursiyalar təşkil edir, onlara incəsənəti dərk etməyi və interpretasiya etməyi öyrədir.[3]

ARTIM Layihə Məkanı 2015-ci ilin oktyabrında, Bakıda, İçərişəhərdə təsis edilib. ARTIM ("tərəqqi" mənasında) – açıq müsabiqə vasitəsilə seçilən, Azərbaycanın perspektivli incəsənət peşəkarları və rezidentura proqramında iştirak edən yerli və beynəlxalq rəssamların eksperimental təcrübələri və yeni əsərlərini nümayiş etdirir. Hər il ARTIM Layihə Məkanında bir çox kiçik miqyaslı layihələr və YARAT Müasir İncəsənət Məktəbinin yekun sərgiləri keçirilir. Alternativ akademik platforma gənc rəssamların seminarlarda iştirak etməsinə, incəsənət sahəsində təcrübələrə cəlb olunmasına, yeni ideyalar və əsərlər yaratmasına təkan vermək üçün hazırlanıb.[4]

YARAT bundan əlavə müxtəlif kurslar, seminarlar, mühazirələr, film nümayişləri, festivallar, ədəbiyyat və teatr klubları, habelə ailəvi həftə sonlarının daxil olduğu peşəkar ictimai proqramlar təşkil edir.

Kolleksiyalar və sərgilər

[redaktə | mənbəni redaktə et]

YARAT Şirin Neşat[5], Oskar Murillo, Erbossın Meldibekov, Almagül Menlibayeva, Aleksandr Uqay, Nurahmet Nurbol, Reza Arameş, Vaciko Çaçxiani[6], Yan Fabr, Stiven C. Rods, Mikelancelo Pistoletto[7], Şilpa Qupta[8], Zadi Ça, Taus Maxaçeva[9], Pedro Qomes-Eqanya[10], Kamruz Aram, Dadbeh Bassir, Gelare Xoşgözaran, Timo Nasseri, Navid Nur kimi beynəlxalq rəssamların sərgilərini təşkil etmişdir.

23 aprel 2021-ci ildən etibarən YARAT 1-ci Beynəlxalq Bakı Küçə Fotoqrafiyası Festivalını (BKFF) təqdim edib.[11] Müsabiqənin mövzusu – "Küçələr fokusda" seçilmişdir. Münsiflər heyətinin və mühazirəçilərin tərkibinə tanınmış azərbaycanlı və xarici fotoqraflar daxil olmuşdur.

Seçilmiş qrup sərgiləri

[redaktə | mənbəni redaktə et]
  • "Ön söz", YARAT (Alternativ məkan), Bakı, Azərbaycan
  • "Baku Public Art" festivalı, Bakı, Azərbaycan
  • "Birləşən körpülər", Bakı Müasir İncəsənət Muzeyi (MİM), Bakı, Azərbaycan
  • "Şah əsərlər Bakıda. Christie`s Xəzərdə", Bakı, Azərbaycan
  • "COMMONIST", YARAT (Alternativ məkan), Bakı, Azərbaycan
  • "Next Level" müasir incəsənət sərgisi, YAY Qalereyası, Bakı, Azərbaycan
  • "Participate!" Baku Public Art Festivalı, Bakı, Azərbaycan
  • Dina Nasser-Xadivinin kuratorluğu ilə keçən Azərbaycanın və qonşu ölkələrin "Love Me Love Me Not" ("Sev məni, sevmə məni") müasir incəsənət sərgisi, Heydər Əliyev Mərkəzi, Bakı, Azərbaycan
  • Dina Nasser-Xadivinin kuratorluğu ilə keçən "Love Me Love Me Not" ("Sev məni, sevmə məni") sərgisi, əlaqəli tədbir – 55-ci Beynəlxalq "La Biennale di Venezia" incəsənət sərgisi, Venesiya, İtaliya
  • "Home, Sweet Home" ("Evim, gözəl evim") sərgisi, Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Paris, Fransa
  • "Home, Sweet Home" ("Evim, gözəl evim"), Bakı Müasir İncəsənət Muzeyi (MİM), Bakı, Azərbaycan
  • "Pat vəziyyəti", fərdi sərgi, YAY Qalereyası, Bakı, Azərbaycan
  • "Fly to Baku" ("Bakıya uçuş"), Azərbaycanın Müasir İncəsənət sərgisi (Səyyar sərgi), Kunsthistorisches Museum, Neue Burg, Vyana, Avstriya
  • "Sadəliyin şəffaflığı", fərdi fotosərgi, YAY Qalereyası, Bakı, Azərbaycan
  • "Black Woman", fərdi sərgi, YAY Qalereyası, Bakı, Azərbaycan
  • Gəncə İncəsənət Festivalı, Xan Bağı, Gəncə, Azərbaycan
  • "Başqa şəhər", qrup sərgisi, YAY Qalereyası, Bakı, Azərbaycan
  • "Vise Versa", fərdi sərgi, YAY Qalereyası, Bakı, Azərbaycan
  • "Əks səda", fərdi sərgi, YAY Qalereyası, Bakı, Azərbaycan
  • "ZAVOD", qrup sərgisi, Bakı Məişət Kondisionerləri Zavodu, Bakı, Azərbaycan
  • "Qızlar neftçilərə üstünlük verir", fərdi sərgi, YAY Qalereyası, Bakı, Azərbaycan
  • "Here Today" ("Burada bu gün"), London, Birləşmiş Krallıq
  • ART DUBAI Marker 2014, Dubay, BƏƏ
  • GRID Beynəlxalq Foto Biennalesi, Amsterdam, Niderland
  • "TalkCloud", fərdi sərgi, YAY Qalereyası, Bakı, Azərbaycan
  • Moskva Beynəlxalq Gənclər İncəsənəti Biennalesi Moskva, Rusiya
  • "Cosmoscow" Müasir İncəsənət Beynəlxalq Yarmarkası, Moskva, Rusiya
  • "Adiliyin şeyriyyatı", Azərbaycan pavilyonu, "VIENNAFAIR The New Contemporary" müasir incəsənət yarmarkası, Vyana, Avstriya
  • YAY Qalereyası "Start Art" İncəsənət Yarmarkasında, "Saatchi" Qalereyası, London, Birləşmiş Krallıq
  • "Təcavüz: Muzey 2014", ARTIM Layihə Məkanı tərəfindən keçirilən qrup sərgisi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu, Bakı, Azərbaycan
  • "Mavi fon" qrup sərgisi, YAY Qalereyası, Bakı, Azərbaycan
  • "Anesteziya", fərdi sərgi, YAY Qalereyası, Bakı, Azərbaycan
  • "İki aləm", fərdi sərgi, YAY Qalereyası, Bakı, Azərbaycan
  • YAY Qalereyası "Contemporary Istanbul" ("Müasir İstanbul") beynəlxalq incəsənət sərgisində, İstanbul, Türkiyə
  • "Müsahibələr", fərdi sərgi, YAY Qalereyası, Bakı, Azərbaycan
  • "Isolation Room / Gallery Kit" ("Təcrid otağı"), instalyasiya layihəsi, "Port Baku Mall" ticarət mərkəzi, Bakı, Azərbaycan
  • "The Home of My Eyes" ("Gözlərimin evi"), YARAT Mərkəzi, Bakı, Azərbaycan
  • "Making Histories" ("Tarix yazılarkən"), YARATın Daimi Kolleksiyası, YARAT Mərkəzi, Bakı, Azərbaycan
  • "The Union of Fire and Water" ("Odla suyun birliyi"), YARAT-ın 56-cı Venesiya Biennalesi ilə əlaqəli tədbiri, Palazzo Barbaro, Venesiya, İtaliya
  • "Refraction" ("Qırılma"), fərdi sərgi, YAY Qalereyası, Bakı, Azərbaycan
  • "A Drop of Sky" ("Səmadan bir damla"), "Baku Public Art" festivalı, 2015, Bakı, Azərbaycan
  • "Dua’s", fərdi sərgi, YAY Qalereyası, Bakı, Azərbaycan
  • "The Heart Is A Lonely Hunter" ("Ürək tənha ovçudur"), YARAT Mərkəzi, Bakı, Azərbaycan
  • XXXXXXY, qrup sərgisi, ARTIM Layihə Məkanı, Bakı, Azərbaycan
  • "The Unbearable Lightness of Being" ("Mövcudluğun dözülməz yüngüllüyü") sərgisi, Cuadro Gallery ilə birgə, YAY Qalereyası, Bakı, Azərbaycan
  • "Mediator / Destroyer / Reviver" ("Vasitəçi / Məhv edən / Canlandıran", fərdi sərgi, ARTIM Layihə Məkanı, Bakı, Azərbaycan
  • "Meeting Point" ("Görüş yeri") sərgisi, YAY Qalereyası Cuadro Gallery ilə birgə, Dubay, BƏƏ
  • "Yeganə pələngin mənəm", fərdi sərgi, YAY Qalereyası, Bakı, Azərbaycan
  • "Sən məni anlamırsan", eksperimental performans, ARTIM Layihə Məkanı, Bakı, Azərbaycan
  • "Zamanın izləri", səyyar sərgi, Zaqatala Dövlət Rəsm Qalereyası, Zaqatala, Azərbaycan
  • "Heç nədən nəsə", fərdi sərgi, YAY Qalereyası, Bakı, Azərbaycan
  • "UMWELT", fərdi sərgi, YAY Qalereyası, Bakı, Azərbaycan
  • "Art Paris Fair" müasir incəsənət yarmarkası, Stend G6, "Grand Palais" sərgi salonu, Paris, Fransa
  • "Təəccüblənmək, Təəccübləndirmək", qrup sərgisi, ARTIM Layihə Məkanı, Bakı, Azərbaycan
  • "Yarı həqiqətlər", qrup sərgisi, ARTIM Layihə Məkanı, Bakı, Azərbaycan
  • "İllüminasiya", qrup sərgisi, YARAT Emalatxanaları, Bakı, Azərbaycan
  • "Qaçılmaz quraqlıq", fərdi sərgi, YARAT Emalatxanaları, Bakı, Azərbaycan
  • "Müqavimət haqqında 300 söz", YARAT Mərkəzi, Bakı, Azərbaycan
  • "Kiçik yalanlar", qrup sərgisi, YARAT Mərkəzi, Bakı, Azərbaycan
  • "Parlaq işıqlar şəhərində", qrup sərgisi, ARTIM Layihə Məkanı, Bakı, Azərbaycan
  • "Yamacın görüntüsü", fərdi sərgi, YARAT Mərkəzi, Bakı, Azərbaycan
  • "Evin sirləri", qrup sərgisi, ARTIM Layihə Məkanı, Bakı, Azərbaycan
  • "Rahat keyləşmə", qrup sərgisi, ARTIM Layihə Məkanı, Bakı, Azərbaycan
  • "Zamanın izləri", səyyar sərgi, Mingəçevir Dövlət Rəsm Qalereyası, Mingəçevir, Azərbaycan
  • "Bu da keçər", fərdi sərgi, ARTIM Layihə Məkanı, Bakı, Azərbaycan
  • "Nə var, odur", fərdi sərgi, YARAT Mərkəzi, Bakı, Azərbaycan
  • (Dis Place) "Məkansız", fərdi sərgi, YARAT Mərkəzi, Bakı, Azərbaycan
  • YAY Qalereyası "Art Dubai Contemporary" incəsənət sərgisində, 2016
  • "Ürək tənha ovçudur", qrup sərgisi, Bakı, Azərbaycan
  • "Disfoniya", qrup sərgisi, ARTIM Layihə Məkanı, Bakı, Azərbaycan
  • "Molotov gülabı", fərdi sərgi, ARTIM Layihə Məkanı, Bakı, Azərbaycan
  • "Əziz sevgilim", fərdi sərgi, YARAT Mərkəzi, Bakı, Azərbaycan
  • ARTIM Lab: "100% Made in Azerbaijan", 24-saatlıq qrup sərgisi, ARTIM Layihə Məkanı, Bakı, Azərbaycan
  • YARAT Rezidensiya proqramı: "Şou davam etməlidir", qrup sərgisi, ARTIM Layihə Məkanı, Bakı, Azərbaycan
  • "Zamanın izləri", səyyar sərgi, Qusar Dövlət Rəsm Qalereyası, Qusar, Azərbaycan
  • "1001 gecə", qrup sərgisi, YAY Qalereyası, Bakı, Azərbaycan
  • ARTIM Lab: "Kimin nə vecinə?", 1-günlük qrup sərgisi, ARTIM Layihə Məkanı, Bakı, Azərbaycan
  • "Qazaxıstan üzərində günəş və neonlar", qrup sərgisi, YARAT Mərkəzi, Bakı, Azərbaycan
  • "Kişilər ağlamaz", qrup sərgisi, ARTIM Layihə Məkanı, Bakı, Azərbaycan
  • YARAT Rezidensiya proqramı: "Xəyali əcnəbilər", qrup sərgisi, ARTIM Layihə Məkanı, Bakı, Azərbaycan
  • "Zamanın izləri", səyyar sərgi, Sumqayıt Dövlət Rəsm Qalereyası, Sumqayıt, Azərbaycan
  • "Uzaq üfüqlər", qrup sərgisi, ARTIM Layihə Məkanı, Bakı, Azərbaycan
  • ARTIM Lab: "Sıfır", 24-saatlıq qrup sərgisi, ARTIM Layihə Məkanı, Bakı, Azərbaycan
  • "Nə hərb, nə sülh", qrup sərgisi, ARTIM Layihə Məkanı, Bakı, Azərbaycan
  • "ALL_AND", fərdi sərgi, YAY Qalereyası, Bakı, Azərbaycan
  • "Zamanın izləri", səyyar sərgi, Yardımlı Dövlət Rəsm Qalereyası, Yardımlı, Azərbaycan
  • "Dağılaraq zirvələrə doğru qalxırıq", qrup sərgisi, YARAT Mərkəzi, Bakı, Azərbaycan
  • ARTIM Lab: "Monumental", 24-saatlıq qrup sərgisi, ARTIM Layihə Məkanı, Bakı, Azərbaycan
  • "Nurcan", fərdi sərgi, ARTIM Layihə Məkanı, Bakı, Azərbaycan
  • "Mənim taleyim deyil", fərdi sərgi, ARTIM Layihə Məkanı, Bakı, Azərbaycan
  • "Üfun, var zənn etdiyin yoxdur aləmdə, üfun, hər nə yoxsa, vardır dünyada…" qrup sərgisi, YAY Qalereyası, Bakı, Azərbaycan
  • "Təsəvvür edilməyən perspektivlər", fərdi sərgi, YARAT Mərkəzi, Bakı, Azərbaycan
  • "Et bunu" fərdi sərgi, YARAT Mərkəzi, Bakı, Azərbaycan
  • YARAT Rezidensiya proqramı: "Dərk edilməyən bilik", ARTIM Layihə Məkanı, Bakı, Azərbaycan
  • ARTIM Lab: "Neyrovizuallaşdırma", 24-saatlıq qrup sərgisi, ARTIM Layihə Məkanı, Bakı, Azərbaycan
  • "Əmək, istirahət və xəyallar: 1960–80-ci illər Azərbaycan ustadlarının gözləri ilə", qrup sərgisi, XX–XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi
  • "Məhəllə", qrup sərgisi, ARTIM Layihə Məkanı, Bakı, Azərbaycan
  • ARTIM Lab: "Duyulmazlıq xəritəsi", 24-saatlıq qrup sərgisi, ARTIM Layihə Məkanı, Bakı, Azərbaycan
  • "Mən bu lisanə sığmazam", fərdi sərgi, YARAT Mərkəzi, Bakı, Azərbaycan
  • YARAT Rezidensiya proqramı: "Azar. Sevgi. Təbiət.", qrup sərgisi, ARTIM Layihə Məkanı, Bakı, Azərbaycan
  • "Yenə o bağ olaydı…", səyyar sərgi, Qazax Dövlət Rəsm Qalereyası, Qazax, Azərbaycan
  • "Dolu boşluq: Virtual reallıq incəsənəti", incəsənət sərgisi, ARTIM Layihə Məkanı, Bakı, Azərbaycan
  • ARTIM Rooms: "Yeni hekayələr", qrup sərgisi, ARTIM Layihə Məkanı, Bakı, Azərbaycan
  • "Funksiya. Quruluş. Dəyişiklik", qrup sərgisi, YAY Qalereyası, Bakı, Azərbaycan
  • "Sleypnir", fərdi sərgi, YARAT Mərkəzi, Bakı, Azərbaycan
  • "Çəhrayı gələcəyin utancaq oğlanı", fərdi sərgi, ARTIM Layihə Məkanı, Bakı, Azərbaycan
  • "Ulduzlu səmalar", səyyar sərgi, Şəmkir Gənclər Mərkəzi, Şəmkir, Azərbaycan
  • "Milçəklər dişləyir, yağış yağacaq", fərdi sərgi, YARAT Mərkəzi, Bakı, Azərbaycan
  • YARAT Rezidensiya proqramı: "Sərhəd layları", qrup sərgisi, ARTIM Layihə Məkanı, Bakı, Azərbaycan
  • De/Konstruksiya: "Şaxta Baba ucqar kəndlərdə", fotosərgi
  • ARTIM Rooms: "Perpendikulyar həqiqətlər", qrup sərgisi, ARTIM Layihə Məkanı, Bakı, Azərbaycan
  • "Gizli qalmış gözəllik", fərdi sərgi, YAY Qalereyası, Bakı, Azərbaycan
  • ZARAtustra, fərdi sərgi, YARAT Mərkəzi, Bakı, Azərbaycan
  • ARTIM Lab: "Təcrübə. Düşüncə. Nəticə", buraxılış sərgisi, ARTIM Layihə Məkanı, Bakı, Azərbaycan
  • "Yenə o bağ olaydı…", səyyar sərgi, Qax Dövlət Rəsm Qalereyası, Qax, Azərbaycan
  • "Sevgi və etiraz", retrospektiv sərgi, XX–XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi, Bakı, Azərbaycan
  • YARAT Rezidensiya proqramı: "Digər dillər ucunda", qrup sərgisi, ARTIM Layihə Məkanı, Bakı, Azərbaycan
  • ARTIM Lab: "Ruh-Ruh" sərgisi, YARAT Emalatxanaları, Bakı, Azərbaycan
  • Dadaş Adna: "Love Me", multidistiplinar sərgi, ARTIM Layihə Məkanı, Bakı, Azərbaycan
  • "Yenə o bağ olaydı…", səyyar sərgi, Məhsəti Gəncəvi adına Mədəniyyət Mərkəzi, Gəncə, Azərbaycan
  • "Maqohalminin uşağı və yaradılış sədası", fərdi sərgi, YARAT Mərkəzi, Bakı, Azərbaycan
  • "Şarivari", fərdi sərgi, YARAT Mərkəzi, Bakı, Azərbaycan
  • YARAT Rezidensiya proqramı: "Unut bildiklərini, gör mən kiməm", qrup sərgisi, ARTIM Layihə Məkanı, Bakı, Azərbaycan
  • "Periferik genişlənmə", qrup sərgisi, ARTIM Layihə Məkanı, Bakı, Azərbaycan
  • "Danışır Bakı: 1900–1940-cı illər", XX–XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi, Bakı, Azərbaycan
  • "Bifurkasiya", qrup sərgisi, YARAT Emalatxanaları, Bakı, Azərbaycan
  • "Yenə o bağ olaydı…", səyyar sərgi, Mingəçevir Dövlət Rəsm Qalereyası, Mingəçevir, Azərbaycan
  • "Zərif sərhədlər –İranın görün[məy]ən sərhədlərinə baxış", qrup sərgisi, YARAT Mərkəzi, Bakı, Azərbaycan
  • YARAT Rezidensiya proqramı: "Sərhəd layları", qrup sərgisi, ARTIM Layihə Məkanı, Bakı, Azərbaycan
  • "Başqa şeydən danış", 1-günlük studiya sərgisi, ARTIM Layihə Məkanı, Bakı, Azərbaycan
  • "Müvafiq tədbirlər", fərdi sərgi, ARTIM Layihə Məkanı, Bakı, Azərbaycan
  • "Yenə o bağ olaydı", səyyar sərgi, Xaçmaz Dövlət Rəsm Qalereyası, Xaçmaz, Azərbaycan
  • Virtual ARTIM, onlayn qrup sərgisi
  • "Qurban olum", fərdi sərgi, YARAT Mərkəzi, Bakı, Azərbaycan
  • "Heç bir şeir şairini sevməz", fərdi sərgi, YARAT Mərkəzi, Bakı, Azərbaycan
  • "Xrizalis: Transformasiya anı", qrup sərgisi, ARTIM Layihə Məkanı, Bakı, Azərbaycan
  • "Öz adanı kəşf et", qrup sərgisi, XX–XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi, Bakı, Azərbaycan
  • "Dumanlar başımda dastana döndü", qrup sərgisi, YARAT Mərkəzi, Bakı, Azərbaycan
  1. 1 2 "YARAT MÜASİR İNCƏSƏNƏT MƏKANI". 2022-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-26.
  2. "YARAT Müasir İncəsənət Mərkəzinin açılışı münasibətilə sərgi təşkil olunub". azertag.az. İstifadə tarixi: 27.11.2021.
  3. "XX-XXI ƏSRLƏR AZƏRBAYCAN RƏNGKARLIĞI MUZEYİ". 2021-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-26.
  4. "ARTIM". 2021-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-26.
  5. Hossenally, Rooksana. "Art Collective YARAT Opens First Permanent Art Center in Azerbaijan". Forbes (ingilis). 2021-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-26.
  6. "Vajiko Chachkiani: Flies Bite, It's Going To Rain / Pedro Gómez-Egaña: Sleipnir". www.e-flux.com (ingilis). 2021-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-26.
  7. "Aida Mahmudova: Non-Imagined Perspectives / Michelangelo Pistoletto: Do It". www.e-flux.com (ingilis). 2021-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-26.
  8. "For, In Your Tongue, I Can Not Fit: Artist Shilpa Gupta on breaking silence". Baku Magazine (ingilis). 2018-07-09. 2021-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-26.
  9. "Taus Makhacheva: Charivari / Zadie Xa: Child of Magohalmi and the Echos of Creation". www.e-flux.com (ingilis). 2021-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-26.
  10. "Artist Pedro Gómez-Egaña on his multi-sensory exhibition in Baku". Baku Magazine (ingilis). 2018-11-08. 2021-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-26.
  11. "Bakıda 1-ci Beynəlxalq Küçə Fotoqrafiyası Festivalı | 525-ci qəzet". 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-26.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]