Los-Katios Milli Parkı
Los Katios Milli Parkı — Cənubi Amerikada, Kolumbiyada (kiçik hissəsi də Panamada) yerləşən milli park. YUNESKO-nun Dünya irsi siyahısındadır.
Los Katios Milli Parkı | |
Ölkə | |
---|---|
Tip | Təbii |
Kriteriya | ix, x |
Keçid | 711 |
Region | Latın Amerikası və Karib regionu [* 1] |
Daxil edilməsi | 1994 (18-ci sessiya) |
|
|
Haqqında
redaktəBir hissəsi Panamada (Darrien Milli Parkı adı altında), bir hissəsi də Kolumbiyada yerləşən 72000 hektar sahənı əhatə edən Los Katios Milli Parkı Kolumbiyanın şimal-qərbində yerləşir. Təpələri, meşələri və rütubətli düzənliklərində olan fövqəladə bioloji fərqlilikləri ilə məşhurdur. Təhlükə altındakı bir çox heyvan növü və endemik bitki örtüsünü saxlayır.
Park iki əhəmiyyətli bölgədən ibarətdir:
- Karib dənizinə hər saniyə 4,900 m³ su daşıyan dünyanın ən sürətli axan çayı olan Atrato çayının şərq və qərbindəki Serraniya del Darrien dağları bölgəsi.
- Atrato çayının hər iki sahilində uzanan və parkın təxminən yarısını örtən bataqlıq meşələr bölgəsi. Parkın geri qalanı da dağlara doğru yayılan tropik yağış meşələridir.
Serraniya del Darrien dağları yanaqlı uğultu quşları və bənövşəyi örtülü uğultu quşları ilə nadir qurbağalara ev sahibliyi edir. 450-dən çox da quş növü vardır. Diqqətə dəyər heyvan növləri arasında nəhəng qarışqayeyənlər, yaquarlar, eynəkli kaymanlar və Amerikan dəniz ayılarını da saya bilərik.[1]
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2016-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-30.