Mıs Şmidta
Mıs Şmidta (rus. Мыс Шмидта) — Rusiya Federasiyası Çukot Muxtar Dairəsi, İultinski rayonunda yerləşəşən şəhər tipli qəsəbə. Qəsəbə Arktika araşdırmaşısı Otto Yuleviç Şmitdın şərəfinə adlandırılmışdır.
Mıs Şmidta | |
---|---|
başq. Мыс Шмидта | |
68°54′38″ şm. e. 179°27′32″ q. u.HGYO | |
Ölkə | Rusiya |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1931 |
Əvvəlki adı | Severnıy Mıs |
Yaşayış məntəqəsi statuslu | 1962 |
Saat qurşağı | UTC+12 |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 42739 |
Poçt indeksi | 689350 |
Nəqliyyat kodu | 87 |
Vikianbarda əlaqəli mediafayllar |
Yerləşməsi
redaktəMıs Şmitda qəsəbəsi Otto Şmidt burnunda, Çukot dənizi sahilində yerləşir. Anadır şəhərindən 650 km şimalda qərarlaşır. Qəsəbəyə ən yaxın yaşayış məntəqəsi Rırkaypiy kəndidir. Şimal dəniz yolu üzərində yerləşməsi onun əhəmiyyətini artırır. Qəsəbənin salnmasına da səbəb bu olmuşdur.
Tarixi
redaktəOtto Şmitd burnu Çukot dənizi sahillərində,Lonq boğazında yerləşir. Burun ilk dəfə 1778-ci ildə ingilis dəniz səyyahı Ceyms Kuk tərəfindən kəşf edilmişdir. O, burnu Nordkap («şimal burnu») burnu adlandırır. Bu burun onun əlinin çatdığı ən ucqar şimal nöqtəsi olmuşdur. Yeerli əhali bu burnu İr-Kappeya adlandırırdı. Bu isə çukot dilindən tərcümədə «morj tıxacı» mənasını verir. Bunu ilk dəfə 1823-cü ildə rus dəniz səyyahı Ferdinat Petroviç Vrangel qeyd kitabçasında qeyd etmişdir.
Nurun 1934-cü ildə məşhur sovet qütb araşdırmaçısı Otto Şmitdın şərəfinə adlandırılır.
Yaşayış məntəqəsinə 1962-ci ildə şəhər tipli qəsəbə statusu verilir.
1973 - 2008-ci illər ərzində Şmitd rayonununn inzibati mərkəzi olmuşdur. Rayon 2003-cü ildə ləğv edilmişdir.
Burada yerli əhəmiyyətli müəssisələr, hidrometroloji stansiya və hərbi hissə yerləşirdi.,
1976-cı ildə elektrik enerjisinin çatışmamazlığı səbəbindən 24 MVt güçü olan stansiya quraşdırılmışdır. 1999-cu ildə stansiya Nadım şəhərinə aparılmışdır.
2000-ci illərin əvvəllərinə qədər burada şimal əlaqə xətti stansiyası fəaliyyət göstərirdi[2]. 2014-cü ildə stansiya sökülmüşdür.
Əhalisi
redaktəHasilatın azalması səbəbindən son 20 il müddətində qəsəbənin əhalisi 10 dəfə azalmışdır. 2017-ci il məlumatına görə qəsəbədə cəmi 144 nəfər yaşayır.
Nəqliyyat
redaktəQəsəbədə liman fəaliyyət göstərir. Pırkaypiy kəndinə il boyu fəaliyyət göstərən yol mövcuddur. Bu istiqamətdə hər gün avtobuslar hərəkət edir. Qəsəbənin yolları İultinski-Eqvekinot avtomagistralına birləşir.
Hava əlaqəsi isə Şmitd hava limanı ilə təmin edilir.
İnanc
redaktə1991-ci ildən qəsəbəyə pravoslavlıq qədəm qoymuşdur. Bir müddət sonra burada məbəd ucaldılmışdır[3].
Hazırkı vəziyyət
redaktə1930 - 2002-ci illər ərzində qəsəbədə orta məktəb fəaliyyət göstərirdi. Onun bağlanmasından sonra şagirdlər Rırkaypiy kənd məktəbinə köçürülmüşdür[4].
2013-cü ildə Çukot Muxtar dairəsinin rəhbərliyi əlalinidigər qəsəbələrə köçürməyi qərara alır.[5][6].
2014-cü ildə isə qəsəbədə yerləşən Mıs Şmitd aerodropunun bərpasını gerçəkləşdirirlər[7]. İnfrastrukturun inkişafı üşün 1,5 milyard rubl ayrılır.
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2023 года.
- ↑ "ТРРЛ «Север»". 2019-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-09.
- ↑ "Анадырская и Чукотская епархия". 2016-11-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-09.
- ↑ МБОУ «Центр образования села Рыркайпий»[ölü keçid]
- ↑ "Население покидает чукотский поселок Мыс Шмидта". ДВ-РОСС. 17 июля 2013. 2015-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-20.
- ↑ Постановление Правительства Чукотского автономного округа от 17.04.2013 № 140 Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine «Об утверждении региональной целевой программы „Оказание мер социальной поддержки гражданам, выезжающим из п. Мыс Шмидта Чукотского автономного округа в 2013 году“».
- ↑ "Восстановление аэродромов в Арктике". ИТАР-ТАСС. 11 августа 2014. 2014-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-14.