II Karol (Rumıniya kralı)

II Karol (rum. Carol de Hohenzollern-Sigmaringen; 15 oktyabr 1893[1][2][…], Peleș qəsri[d][3]4 aprel 1953[1][2][…]) — IV Rumıniya kralı.

II Karol
rum. Carol al II-lea
8 iyun 1930 – 6 sentyabr 1940
ƏvvəlkiI Mixail
SonrakıI Mixail
Şəxsi məlumatlar
Doğum tarixi 15 oktyabr 1893(1893-10-15)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 4 aprel 1953(1953-04-04)[1][2][…] (59 yaşında)
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • San-Visente-de-Fora monastrı[d]
  • Kurtya-de-Ardjeş kafedralı[d]
Fəaliyyəti suveren[d]
Atası Ferdinand I of Romania
Anası Edinburqlu Mariya
Həyat yoldaşları
Uşaqları
Dini Rumın Pravoslav Kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rumıniya kralı I Ferdinandın ən böyük oğlu kimi, atasının əmisi I Karolun vəfatından sonra Rumıniya taxt-tacının vəliəhdi oldu. Sələflərindən fərqli olaraq, ölkədə dünyaya gələn ilk Rumıniya kralı idi. Üstəlik ana dili rumın dili olan və ailənin provaslov məzhəbinə mənsub ilk üzvü idi.

Bir yandan Birinci Dünya Müharibəsi illərində cəbhədən qaçması barədə yayılan xəbərlər, digər yandan isə iki dəfə taxt-tacdan imtina etməsi həyatı və səltənəti boyunca onunla birlikdə anıldı. Birinci Dünya Müharibəsi illərində tanış olduğu Zizi Lambrino ilə ailəsinin qarşı çıxmasına baxmayaraq 31 avqust 1918-ci ildə Odessada gizlicə evləndi. Ailəsinin, xüsusilə də atası I Ferdinandın kəskin etirazının ardından parlament 1919-cu ilin avqustunda cütlüyün nigahını ləğv etdi və buna etiraz olaraq Şahzadə Karol bütün taxt hüququndan imtina etdi. Ancaq daha sonra tərəflər razılaşdı və taxt-tacın vəliəhdi olaraq qaldı. Zizi Lambrino və vəliəhddən doğulan oğlunun bütün məsrəfləri isə vəliəhd və Rumıniya kral xəzinəsi tərəfindən qarşılandı.

1920-ci ildə Yunanıstan kralı I Konstantinin qızı Helen ilə tanış edildi və ertəsi il onunla evləndirildi. Cütlüyün bu nigahdan bir oğlu dünyaya gəlsə də, Şahzadə Karolun məşuqələriylə eşq macəraları davam etdi. Bu məşuqələrindən biri də açıq şəkildə yaşamağa başladığı Maqda Lupesku idi. Şahzadə Karol 1925-ci ildə Birləşmiş krallığa etdiyi səyahətdən geri dönmədi. Nəhayət, 28 dekabr 1925-ci ildə yenidən taxt hüququndan imtina etdiyini və bir daha Buxarestə qayıtmayacağını bildirdi. 4 yanvar 1926-cı ildə onun bu qərarı parlament tərəfindən təsdiq edildi və onun Helendən doğulan oğlu Mixail taxtın yeni varisi seçildi.

Atasının 1927-ci ildə vəfatının ardından 6 yaşlı oğlu Mixail 3 naibdən ibarət bir komissiyanın nəzarəti altında taxta çıxarıldı. Ertəsi il isə xanımı Danimarkalı Helen ondan rəsmən boşandı. Ancaq çox keçmədən 1930-cu ildə ölkədə yaranan siyasi boşluqdan istifadə edərək yenidən Buxarestə qayıtdı və oğlunu taxtdan endirərək Rumıniya kralı oldu. Parlamentin gücünü zəiflətdi və 1938-ci ildə 1923 tarixli konstitusiyanı ləğv edərək ölkəni mütləq monarxiyaya çevirdi. Bütün siyasi partiyalar qadağan olundu.

İkinci Dünya Müharibəsinin başlamasının ardından SSRİ-Almaniya arasında durmadan tərəf dəyişdirməsi nəticəsində ölkə durmadan torpaq itirdi və 1940-cı ildə BessarabiyaBukovina SSRİ-yə, Transilvaniya Macarıstana, Dobruca isə Bolqarıstana ilhaq edildi. Bu torpaq itkilərindən sonra kommunist yönümlü siyasəti davam etdirməsi isə ölkədə ona qarşı narazılığın artmasına səbəb oldu. Nəticədə, 1940-cı ildə general Yon Antoneskunun rəhbərlik etdirdiyi çevrilişlə taxtdan endirilərək sürgün olundu. Səltənətdə olduğu 10 il boyunca topladığı şəxsi sərvətləri də özüylə aparan II Karol müharibənin ardından oğlunu yenidən devirmək istəsə də, İttifaq dövlətləri buna müdaxilə etdi. Qalan ömrünü dünyanın müxtəlif ölkələrini gəzərək keçirən II Karol 1947-ci ildə Braziliyada məşuqəsi Maqda Lupeskuyla evləndi. 1953-cü ildə Portuqaliyada vəfat etdi.

Mənbə

redaktə
  • Bolitho, Hector. Roumania Under King Carol (1939)
  • Cristescu, Sorin. Carol al II-lea - scrisori către părinți [Carol II - letters to his parents] (in Romanian). Bucharest: Tritonic, 2015. ISBN 978-606-749-049-7
  • Easterman, Alexander Levvey. King Carol, Hitler and Lupescu (1942) online
  • Fischer-Galați, Stephen A. Twentieth century Rumania (1991) online
  • Hitchins, Keith. Rumania, 1866–1947. 1994.; 592 pp
  • Ilie, Mihaela. "Processing the political image of a king: an overview of the interwar and communist discourse about Carol II of Romania." Revista de Științe Politice. Revue des Sciences Politiques 47 (2015): 206–215. online
  • Ilie, Mihaela, "The Game Of Power: King Carol II and the Political Parties at the End of the Year 1937" Analele UniversitaNii din Craiova. Istorie, Anul XXIII Nr. 1(33)/2018 online
  • Jelavich, Barbara. History of the Balkans (2 vol 1983)
  • Jowitt, Kenneth, ed. Social Change in Romania, 1860–1940 (California UP, 1978)
  • Michelson, Paul E. "Recent American historiography on Romania and the second world war" Romanian Civilization. (1996) 5#2 pp 23–42.
  • Oțetea, Andrei, ed. A Concise history of Romania (1985) online
  • Pavlowitch, Stevan K. A History of the Balkans 1804–1945 (Routledge, 2014).
  • Roberts, Henry L. Rumania: Political Problems of an Agrarian State (Yale UP, 1951), scholarly
  • Seton-Watson, R. W. History of the Roumanians (Cambridge UP, 1934). excerpt
  • Seton-Watson, Hugh. Eastern Europe between the Wars (1946) online
  • Spânu, Alin. "Foreign Intelligence Collaboration during King Carol II Dictatorship (1938–1940)." Romanian Military Thinking 1.2 (2020): 114–123.
  • Stavrianos, L.S. The Balkans Since 1453 (1958), major scholarly history; online free to borrow
  • Treptow, Kurt W., and Marcel Popa. Historical Dictionary of Romania (1996) 384 pp

İstinadlar

redaktə
  1. 1 2 3 4 Carol II // Encyclopædia Britannica (ing.).
  2. 1 2 3 4 Lundy D. R. Carol II von Hohenzollern-Sigmaringen, King of Romania // The Peerage (ing.).
  3. 1 2 Archivio Storico Ricordi. 1808.