Müqəddəs Mark bazilikasındakı at heykəlləri

Müqəddəs Mark bazilikasındakı at heykəlləri — Roma dövrünə aid dörd tunc at heykəlini təsvir edir. Heykəllər əslində Quadriga kimi tanınan və qələbə mərasimlərində istifadə edilən dörd atın çəkdiyi arabanın bir hissəsidir. Həmin heykəllər 1204-cü ildə Dördüncü Səlib yürüşü zamanı Konstantinopoldan talan edilərək Venesiyaya gətirilib və San Marko Bazilikasının girişinin üstündə quraşdırılıb. 1797-ci ildə Fransa İnqilabı Müharibələri zamanı Napoleon Bonapart tərəfindən Venesiyadan götürülüb Parisə aparılsa da, 1815-ci ildə Napoleon müharibələri bitdikdən sonra Venesiyaya qaytarılıb.[1] Bu gün heykəllər havanın çirklənməsindən təsirlənməməsi üçün bazilika içərisində qorunur. Bazilikadakı heykəllər orijinal heykəllərin replikalarıdır.[2]

Müqəddəs Mark Bazilikası içərisində orijinal Atlar
Müqəddəs Mark atlarının replikası

Mənşəyi

redaktə

Bu heykəllər klassik antik dövrə aiddir və eramızdan əvvəl 4-cü əsrdə yaşamış Qədim Yunan heykəltəraşı Lisippos tərəfindən edildiyi güman edilir. Başqa bir perspektivə görə, heykəllər eramızın 2-ci və 3-cü əsrləri arasında hazırlanıb. Heykəllərin Şərqi Roma paytaxtı Konstantinopolda hazırlanması da mümkündür.[3] Heykəllər ümumiyyətlə bürünc adlansa da, kimyəvi analizlər onların xammalının 96,67%-nin mis olduğunu üzə çıxarıb. Tərkibindəki yüksək mis heykəllərin təxminən 1200-1300 °C-də formalaşdığını göstərir. Heykəllərə civədən istifadə edilərək zərli effekt verilmişdir.[4]

 
Vinçenzo Çilon tərəfindən 1815-ci ildə atların qayıdışını təsvir edən San Marko Atlarının Qayıdışı.

Heykəllərin əsas bazası ilə birlikdə bu gün Sultanahmet meydanı kimi tanınan Hipodromda yerləşdiyi güman edilir. Abidələr 1204-cü ildə Dördüncü Səlib yürüşü zamanı Konstantinopolda yerləşirdi. Şəhərin yağmalanmasından sonra isə hersoq Enriko Dandolonun əmri ilə Venesiyaya gətirildi. 1254-cü ildə San Marko Bazilikasının qarşısındakı terrasa qoyulmuşdur.[5] Sonrakı dövrdə, 1797-ci ildə Napoleon Bonapart tərəfindən Venesiyadan götürülmüş Parisə aparılaraq Arc de Triomphe du Carrousel adlı zəfər tağının dizaynında istifadə edilmişdir. Napoleon müharibələri 1815-ci ildə Fransanın məğlubiyyəti ilə başa çatdıqdan sonra Venesiyaya qaytarıldı.[6] Abidələr Venesiyaya Vaterloo döyüşündə iştirak etmiş və Avstriya İmperatoru tərəfindən şəxsən seçilmiş kapitan Dumaresq tərəfindən aparılmışdır. Heykəllər 1980-ci illərə qədər dəyişməz qaldı.Çağdaş dövrümüzdə isə havanın çirklənməsindən təsirlənməməsi üçün bazilika içərisində qorunur. Bazilikadakı heykəllər orijinal heykəllərin replikalarıdır.[7][8]

Qalereya

redaktə

İstinadlar

redaktə
  1. Henig, Martin (ed), A Handbook of Roman Art, p. 95, Phaidon, 1983, ISBN 0714822140
  2. Rosenblatt, Tom. "The Arrangement of the Tetrarchs and Quadriga". Bowdoin Journal of Art. 2016: 1–21. 2023-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-24.
  3. Anon 1979 The Horses of San Marco Thames and Hudson an English translation of a 1977 Venetian city government publication, p. 191
  4. Anon 1979, p. 199
  5. Parastaseis syntomoi chronikai, ch. 84.Th
  6. Houpt, Simon. Museum of the Missing: A history of Art Theft. Sterling Publishing Co,. Inc. 2006. səh. 32. ISBN 1402728298. İstifadə tarixi: 18 September 2014.
  7. Petrarch, Rerum senilium, V., noted by Roberto Weiss, The Renaissance Discovery of Classical Antiquity (Oxford: Blackwell) 1973:35.
  8. A History of The Boissier-Scobell Families" by Henry Boissier, 1933 page 7.