Mirliva (Osmanlı dili: ميرلوا[1]) ― Osmanlı imperiyasının son dövrü ilə Türkiyə Respublikasının ilk illərində istifadə edilən feriki əvvəlmiralay rütbələri arasındakı hərbi rütbə. Müasir ekvivalenti general-mayordur. "Paşa" titulu Mirliva rütbəsindən başlayaraq əldə edilirdi.

Mirliva sözü mir (Osmanlı dili: مير, kuman) ilə liva (Osmanlı dili: لوا, briqada) sözlərinin birləşməsindən yaranmışdır. Bu rütbəyə malik olanların əsasən briqada generalı və ya diviziya generalı vəzifələrində olması gözlənilirdi. Lakin bu stabil qayda deyildi.

Məsələn Mahmud Şövkət Paşa mirliva rütbəsi ilə Erkân-ı Harbiye-i Umûmiye Riyasetinə (Baş Qərargah) keçirilmiş və 16-cı Korpus komandanı olarkən 1 aprel 1916-cı ildə Diyarbəkirdə Mustafa Kamal Paşa isə İldırım Ordular qrupuna Komandir vəzifəsinə təyin edilmişdir.

Bununla birlikdə Mirliva rütbəsi də, 26 noyabr 1934-cü il tarixli 2590 saylı Ləqəb və Adların Ləğvi Haqqında Qanunun üçüncü maddəsinə uyğun olaraq ləğv edilmişdir.

İstinadlar

redaktə
  1. http://www.sevde.de/OsmanliTurkcesiSozlugu.pdf Arxivləşdirilib 2017-02-07 at the Wayback Machine Osmanlı Türkçesi Sözlüğü, s. 309