Ptah — Qədim Misirdə kainatı və bütün varlığı yaradan tanrı. Araşdırmaçılar onun örnəyində Qədim Misirdə monoteizmin əlamətlərinin olmasını güman edirlər.

Misir Tanrıları
Ptah
Tam adı Ptah
Adı Ptah
Transkripsiyası Pt
və ya
Q3
X1
V28
İdeoqram 1.
C19
İdeoqram 2.
C20
və ya
Q3
X1
V28
Determinativ
p
t
V28A40
Yunan Φθα
(Phtha)
Qibti ⲡⲧⲁϩ

Kimliyi

redaktə

Memfis yaradılış əsatirləri Ptah adlı tanrı haqqında bəhs edirlər. O yunanların ilk oda çevirilmiş dəmirçiliyin tanrısı olan Hefestosun bənzəridir. Bu əsatirlər Misirin uzun müdət baş şəhəri olmuş Memfisdə yaranmışdırlar. Oradan fironlar ölkəni idarə edirdilər. Şəhərin adı VI-cı sülalınin fironu I Pepinin dəfn olunduğu "Mennefer Pepi" adlı məzarlığından əmələ gəlmişdir.

Ptah Böyük Enneadanı (tanrılar doqquzluğunu) yaratmışdır. Bu doqquzluq Misirin ən yüksək tanrıları idi. Bunlar Atum, Şu, Tefnut, Nut və Geb, Osiris, Isis (İsida), Set, Nephfis tanrıları idilər.

Ptah Memfisin yaradıcı tanrısı idi. Ona uzun müddət ibadətlər edilirdi. O, həm də Het-ka-Ptah (Ptah ruhunun evi) adı ilə tanınmışdır. Eyni zamanda ona Ta-tenen (ilk Təpə) də deyirdilər. Memfis yadadılış əsatirlərində Ptah dünyanı, onun sakinlərini, tanrıların Ka’larının (təcəssüm olunmuş ilahi ruh) yaradıcısıdır.

Memfis yaradılış əsatirlıri hal-hazırda Britaniya museyində saxlanan bir daş lövhə üzərində həkk edilmişdirlər. Bu mətn təxminən e.ə. 710 ildə Misirin 25-ci firon sülaləsi dövründə Nubiyalı firon Şabakanın sifarişi ilə yazılmışdır. Orada dünyanın bir Tanrı tərəfindən yaradılması haqqında rəvayət edilmişdir. O, öz düşüncəsi və sözü ilə dünyanı yaratmışdır. Beləliklə, monoteizm elementləri ilə yazılmış ən qədim yaradılış əsatiri məhz budur.

Ancaq təəssüf ki, Şabaka daşının bir hissəsinin yazıları silinmiş və o hissənin oxunması mümkün olmamışdır. Eyni zamanda "Bremer-Rhind" papirusunda da günəş tanrısının dünyanı yaratması haqqında iki monoloqu vardır. Burada da monoteistik meyllər görsənməkdədir.

İslam və başqa monoteistik dinlərlə bənzər məqamlar

redaktə

1. Loqos-Tanrının Sözü

redaktə

Şabakanın mətnində Ptah’ın çeşitli keyfiyyətləri də sadalanmışdır. Onlardan biri Sözlə, Dillə təcəssüm etməsidir. Daha sonra yunan fəlsəfəsində də kainatın taleyi Sözlə (Loqos’la) ifadə edilirdi[1]. Daha sonra isə monoteist dinlərdə Tanrının Sözü yaradılışın mühüm aspektini təşkil etmişdir. Göründüyü kimi, Tanrının Sözlə birğə təsəvvür edilməsi qədim Misirdə olmuşdur. Ptah həm də yaradılışdan öncə bu dünyanın necə olacağını dərk etmişdir, planını cızmışdır.

Yaradan-Xaliq tanrı

redaktə

Monoteistik dinlərə bənzər olaraq, Ptah öz ürəyinin İstəyi və Sözü ilə hər bir şeyə keyfiyyət vermişdir. Ptah sözü "Yaradan" kimi anlaşılır. O, əlində həyat (ankh), güc (uas), və müvazinətin rəmzi olan hökmdar əsasını titmuş mumyalanmış kişi şəklində təsvir edilirdi.

Bir Tanrı üçlükdə

redaktə

Bundan başqa Memfisdə birlikdə təsəvvür olunan tanrı üçlüyü inancı olmuşdur. Ptahla birlikdə olan tanrılar: "Güclü" adlandırılan dişi aslan Sekmet, və "Atumun icra edilməsi" adını daşıyan Nefertum olmuşdurlar. Ptah-Sekhmet-Nefertum üçlüyünə Memfis üçlüyü deyirlər.

Bunun kimi tanrı üçlükləri başqa dinlər də vardır. Örnək üçün, Hindlər də Brahman, Şiva və Vişnu tanrılarının birliyini kainatın yaradıcı və idarə edici bir gücü kimi təsəvvür edirlər. Monoteist dini olan Xristianlıqda da İlahi birlik Üçlükdə (Ata, Oğul, Müqəddəs Ruh) təsəvvür edilir.

Taxtın-Ərşin üzərinnə yüksəlmiş tanrı

redaktə

Şabakanın mətnində Ptah’ın həm də taxtının (kürsüsünün) üzərində olduğu haqqında deyilir: "Böyük taxtın üzərində olan Ptah…"[2]. Bu məqama da gələcəkdə monoteist dinlərində rast gəlinir. Məsalən Quranda bir neçə dəfə Allahın ərşinin (taxtı, kürsüsü) olduğu haqqında deyilir: "Rəhman ərşi yaradıb hökmü altına almışdır (ərşə hakimdir)."[3].

Yaradılışdan məmnun olma

redaktə

Dunyanın yaradandan sonra Ptah öz etdiyindən məmnun qalmışdır. Bu məqam da Əhdi-Ətiqdə də vardır: "Tanrı gördü ki, yaratdığı hər şey çox yaxşıdır" (Yaradılış, 1: 31).

Misir əsatirlərində Ptah məhz yaradıcı kimi təsəvvür olunur. O, emanasiya səklində özündən dünyanı axıdan Atumdan fərqli olaraq, kainatı yaradır. Ptah haqqında olan əsatirlərdəki monoteizm elementləri bu mövzuda bizə məlum olan ən qədim xəbərlərdir. Gələcəkdə Misirdə daha bir monoteizm meyli firon Ehnaton dönəmində olmuşdur. Lakin qeyd edilməlidir ki, bizə çatan mətnlərdə monoteizm nisbi olmuş, onunla bırabər bütpərəstlik motivləri də güclü olmuşdur.

Firon Şabakanın daşından yaradılış haqqında bəhs edən fraqmentlər

redaktə
 
Üzərində ilahiyyat mətnləri olan firon Şabakanın daşı.
  Atumun obrazında ürəkdə (fikir) yarandı, Atumun obrazında dildə (fikir) yarandı...

Orada ürəyində formasını, orada dilində formasını aldı Atumun. Öz ürəyi və dili vasitəsilə bütün tanrılara və onların Ka’larına verən böyuklərdən biridir Ptah...

Sonra dedi Ptah: “O, hər şeyi və tanrıları yaradandır”. O, tanrıların doğulmasına imkan verən Ta-tenen’dir. Ondan sonra bütün şeylər qida, təminat, tanrılara qurbanlar, başqa yaxşı şeylər irəli gəlmişdir.Beləliklə tanrıların arasında öz böyüklüyünü bilib anladı. Sonra Ptah öz yaratdığı bütün şeylərdən və ilahi Sözlərdən məmnun qalmışdır.

O tanrıları doğmuş, O şəhərlər salmış, O vilayətləri (nomları) qurmuş, tanrıları ibadət yerlərində yerləşdirmiş, onların bədənlərini istədikləri kimi qurmuşdur. Beləliklə tanrılar taxta, daş, gil... (və başqa şeylərə) girdilər və öz obrazlarını aldılar. Onun ətrafında bütün tanrılar və Ka’lar yığışdılar.[4]

 
  Yüksək Taxt (set veret) üzərində yerləşmiş Ptah;
Ptah-Nun, Atumu (doğan) ata Ptah-Nunet, Atumu doğmuş ana;
Böyük Ptah Enneadanın ürəyi və dili;
Tanrıları yaratmış Ptah.
[5].
 

İstinadlar

redaktə
  1. Joshua J. Bodine. The Shabaka Stone: An Introduction — Journals, p. 19
  2. Kurt Sethe. Die Altaegyptischen Pyramidentexte Pyramidentexte nach den Papierabdrucken und Photographien des Berliner Museums. Leipzig : J. C. Hinrichs'sche Buchhandlung, 1908.
  3. Taha20:5
  4. The Theology of Memphis fugal monotheism, creative speech & pan-en-theism in Ancient Egyptian thought. The Shabaka Stone : a few historical parameters Arxivləşdirilib 2021-06-27 at the Wayback Machine. By Wim van den Dungen.
  5. Рол Дэвид. Генезис цивилизации. Откуда мы произошли… Arxivləşdirilib 2022-04-04 at the Wayback Machine М.: Эксмо, 2002.

Mənbə

redaktə
  • Aydın Əlizadə. Qədim Misir ilahiyyatında dünyanın yaranması. "Dövlət və din" jurnalı 1(15), yanvar-fevral 2010.

Ədəbiyyat

redaktə
  • Battiscombe G. Gunn, Instruction of Ptah-Hotep and the Instruction of Ke'Gemni: The Oldest Books in the World. 1998 Google books
  • Benedikt Rothöhler, Neue Gedanken zum Denkmal memphitischer Theologie. Heidelberg, 2006 www.ub.uni-heidelberg.de/archiv/7030
  • Dorothy J. Thompson, Memphis Under the Ptolemies, Second Edition. Princeton, 2012.
  • Alain-Pierre Zivie, Memphis et ses nécropoles au Nouvel Empire. Éditions du CNRS, 1988