Əhməd xan Abdali
Əhməd xan Abdali | |
---|---|
puşt. احمد شاه دراني | |
| |
1 oktyabr 1747 – 16 oktyabr 1772 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1722 |
Doğum yeri | |
Vəfat tarixi | 16 oktyabr 1772 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | monarx, şair |
Ailəsi | Dürranilər sülaləsi |
Dini | islam, sünni islam |
Hərbi xidmət | |
Mənsubiyyəti | general |
Rütbəsi | general |
Vikianbarda əlaqəli mediafayllar |
Əhməd şah (Abdali) Dürrani (d. 1722, Multan, Pəncab - ö. 1773, Toba Məruf, Əfqanıstan) — Dürranilər sülaləsinin ilk şahı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Sadozay soyundan, Abdali elinin rəisi Məhəmmədzaman xanın oğludur. 1737-ci ildə dustaq edilərək İrana, Nadir şah Qırxlı-Avşarın yanına göndərildi. Qısa müddətdə şahın güvənini qazanaraq 1745-ci ildə Mazandaran valisi oldu.
1747-ci ildə Əhməd şah, Avşar hökmdarı Nadir şahın öldürülməsindən sonra soydaşlarından, (Puştunlardan) təşkil olunan yerli güclərə dayanaraq Əfqanıstana yürüdü. Qəndəhara gedərək Hacı Camal liderliyindəki Barakzayi, Şah Vəli xan liderliyindəki Bamizayi və Cahan xan liderliyindəki Popalzayi kimi bütün Puştun qəbilələrini toplayaraq, Loya Cirgə olaraq bilinən Böyük Məclisi təşkil etdi və Əfqanıstan şahı seçildi.[1] Ayrıca Dürr-i Dürran (İnciler İncisi) unvanını aldı.
Kabil və dolaylarını ele keçirdikdən sonra 1747-1769-cu illər arasında Hindistana doqquz səfər etdi. Lahoru və Multanı işgal etdi. Xorasana doğru irəliləyərək 1750-ci ildə Herat və Məşhədi aldı. 1757-ci ildə Dehli səfərinə çıxdıysa da, ordusunda vəba baş göstərincə geri döndü. 1758-ci ildə Pəncaba ard-arda səfərlər təşkil edərək bir hind ordusunu Panipatda məğlub etdi. Sihlərin üsyanını yatırdı, amma Pəncabı idarəsi altına ala bilmədi. 1760-cı ilin əvvəlində, Amu Dəryadan (Ceyhun) Hind okeanına qədər uzanan geniş bir bölgəni əlinə keşirmişdi.
1761-ci ildə burda Maratalara qarşı mütləq bir zəfər qazandı. 1764-cü ildə Hindistana böyük bir səfər daha təşkil edərek bu torpaqları yağmaladı. Son illərini Toba təpələrindəki Mürğabda keçirdi.
Əhməd şah, buyruq tanımaz, əmr dinləməz tayfaları tək bir siyasi idarə altında toplamağı bacararaq bugünkü Əfqanıstanın qurucusu olmuşdur. Öləndən sonra imperatorluğu, Ceyhundan Hindistana, Tibetdən Xorasana qədər uzanırdı, amma sağlam bir təmələ əsaslanırdı. Dövlət idarəsində, öz seçdiyi tayfa başçılarından ibarət doqquz nəfərlik bir məşvərət şyrası vardı.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2014-10-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-01-06.