Ənvər Məmmədov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ənvər Məmmədov
Doğum tarixi 15 avqust 1923(1923-08-15)
Doğum yeri
Vəfat tarixi 7 sentyabr 2023(2023-09-07)[1] (100 yaşında)
Vəfat yeri
Dəfn yeri
Uşağı
Təhsili
  • Moskva Dövlət Dilçilik Universiteti[d] (–1953)
Fəaliyyəti jurnalist, diplomat
Partiyası
Mükafatları "Oktyabr inqilabı" ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni II dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni "Jukov" medalı “Əmək igidliyinə görə” medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 50 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 60 illiyi" yubiley medalı "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 65 illiyi" yubiley medalı "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 70 illiyi" yubiley medalı "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi" yubiley medalı "Moskvanın 850 illik xatirəsinə" medalı "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illərdə Böyük Vətən müharibəsində qələbənin 20 illik yubileyi" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı "Əmək veteranı" medalı "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı "Moskvanın 800 illik xatirəsinə" ordeni
Rusiya Federasiyası Prezidentinin təşəkkürnaməsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ənvər Məmmədov (tam adı: Ənvər Nazim oğlu Məmmədov, rus. Энвер Назимович Мамедов; 15 avqust 1923, Bakı7 sentyabr 2023[1], Moskva) — Azərbaycan-sovet diplomatı və jurnalisti, SSRİ Dövlət televiziya və radio yayımları komitəsi sədrinin birinci müavini (1962–1985).

1923-cü il 15 avqust tarixində Bakı şəhərində müəllim ailəsində dünyaya gəlmişdir. Atası, Məmmədov Nazim Rauf oğlu həbs edilmiş və 1949-cu ildə həbsxanada vəfat etmişdir. Ölümündən sonra bəraət almışdır. Anası, Olqa Alekseyevna İvanova makinaçı-kargüzar işləyirdi.[2]

Oğlu Məmmədov Georgi Ənvəroviç fövqəladə və səlahiyyətli səfir dərəcəsində diplomatdır.

Yeddinci sinfi bitirdikdən sonra Ənvər Məmmədov çilingər köməkçisi işləməyə başlamış, məktəbi bitirdikdən sonra isə 1941-ci ilin iyun ayında aviasiya məktəbinə müdavim kimi qəbul olunmuşdur. Lakin, tezliklə zədə ilə əlaqədar məktəbdən xaric olunmuşdur. Bundan sonra Bakıya qayıtmış və Qızıl Ordu Baş qərargahının kəşfiyyat xidmətində hərbi tərcüməçi kurslarına göndərilmişdir. Böyük Vətən Müharibəsində iştirak etmişdir.[3]

1943-cü ildə ordudan xaric edilərək, SSRİ Xarici İşlər üzrə Xalq Komissarlığında işləməyə göndərilmişdir. 1944–1945-ci illərdə İtaliyadakı sovet səfirliyinin mətbuat katibi işləmişdir. Nürnberq prosesi zamanı beynəlxalq tribunalın SSRİ-dən olan nümayəndələri arasında olmuşdur.[4]

1950-ci ilin fevralınadək SSRİ xarici işlər nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışmışdır. 1953-cü ildə Birinci Moskva Dövlət Xarici Dillər İnstitutunu bitirmişdir.

1956-cı ilədək ABŞ, İngiltərəLatın Amerikasına yayım üzrə Baş redaksiyanın baş redakoru vəzifəsində işləmişdir. Həmin il XİN-ə qayıtmış, 1959-cu ilədək SSRİ-nin ABŞ-dakı səfirliyində müşavir-nümayəndə (səfirdən sonra ikinci şəxs) və "USSR" jurnalının baş redaktoru vəzifəsində işləmişdir.[5]

1959–1960-cı illərdə "Sovinformbüro"nun baş redaktoru və sədrin birinci müavini olmuşdur.

1961-ci ildə "Novosti" mətbuat agentliyi sədrinin birinci müavini və siyasi şərhçisi təyin edilmişdir.

1962–1985-ci illərdə SSRİ Dövlət televiziya və radio yayımları komitəsinin ("Qosteleradio") sədri Sergey Lapinin birinci müavini olmuşdur. Həmin vəzifədə işlədiyi dövrdə hazırda populyar olan bəzi sovet filmlərinin, o cümlədən "Baharın on yeddi anı" və "Qəribə təsadüf və ya həmişə təmizlikdə" filmlərinin qadağan olunmasına mane olmuşdur. 1964-cü ilin avqustunda Aleksandr Yakovlevlə birlikdə "Mayak" radiosunun yaradılmasında iştirak etmişdir. Bu radio SSRİ-də yayımlanan qərb radioları ilə rəqabət aparmaq üçün yaradılmışdı.[6]

1986–1992-ci illərdə "Novosti" mətbuat agentliyinin siyasi şərhçisi, RİA-radionun məsləhətçisi işləmişdir.

90 yaşı olmasına baxmayaraq, o, "RİA Novosti" agentliyində baş redaktorun məsləhətçisi kimi çalışırdı. İngilis, alman, italyan və fransız dillərini bilirdi. Ənvər Məmmədov 7 sentyabr 2023-cü ildə 100 yaşında vəfat etmişdir.[7] 11 sentyabrda Troyekurov qəbiristanlığı'nda dəfn olunacaq.

7 orden və 10 medalla təltif olunmuşdur.

  1. 1 2 Məşhur azərbaycanlı diplomat və jurnalist 100 yaşında vəfat edib.
  2. "Atasını həbsxanada öldürdülər, haqqında Stalinə məruzə edildi, rus qızlara görə Sofi Loreni rədd etdi — Tolstoyun qohumu olan azərbaycanlı". 2023-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-07.
  3. "Ənvər Məmmədov — SSRİ televiziyasını yaradan adam". 2023-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-07.
  4. "Feldmarşal Paulyusu Nürnberq tribunalına təslim etmiş diplomat". 2023-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-07.
  5. "Suslovu susduran azərbaycanlı balası — Əfsanəvi televiziya rəhbəri Ənvər Məmmədov". 2021-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-07.
  6. Ənvər Məmmədov: 100 illik tarix bir şəxsin taleyində
  7. Ənvər Məmmədov 100 yaşında vəfat etdi

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]