44° şm. e. 72° ş. u.HGYO

Cambul vilayəti

Vikipediya, azad ensiklopediya
InternetArchiveBot (müzakirə | töhfələr) (Rescuing 2 sources and tagging 0 as dead.) #IABot (v2.0.9.1) tərəfindən edilmiş 21:44, 10 sentyabr 2022 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Vilayət
Cambul vilayəti
qaz. Жамбыл облысы
Gerb
Gerb

44° şm. e. 72° ş. u.HGYO


Ölkə  Qazaxıstan
İnzibati mərkəz Taraz
Tarixi və coğrafiyası
Yaradılıb 1939-cu il
Sahəsi 144 264 km² (5,3 %, 10-cu-ci yer)
Saat qurşağı UTC+6
Əhalisi
Əhalisi 1 084 482[1] nəfər (2014) (6,7 %,6-cı-ci yer)
Əhalinin sıxlığı 7,32 nəfər/km² (6-cı-ci yer)
Etnik tərkib qazaxlar 72,21 %
ruslar 10,75 %
dunqanlar 4,74 %
Anadolu türkləri 2,96 %
özbəklər 2,45 %
digər 6,89 % (2014 il.)[2]
Rəsmi dili qazax dili
Rəqəmsal identifikatorlar
Abreviatura Cam
ISO kodu KZ-31
Telefon kodu +7 7262 xx-xx-xx
Poçt indeksi 08xxxx
Avtomobil nömrəsi H, 08
Rəsmi sayt
Cambul vilayəti xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cambul vilayəti (qaz. Жамбыл облысы) — Qazaxıstanın cənubunda vilayət. İnzibati mərkəzi Taraz şəhəridir.

1939-cu il oktyabrın 14-də təşkil olunmuşdur.[3] Vilayət məşhur qazax akını Cambul Cabayevin (1846 - 1945) şərəfinə adlanmışdır.

Sahəsi 144,2 min km2 . 10 rayonu, 4 şəhəri, 13 qəsəbəsi var. Mərkəzi Taraz şəhərdir

Ərazisi, əsasən, düzənlikdir. Şimal hissəsini Bədbəxttala s[3] əhrası tutur. Cənub şərqi, şərqi və cənubu dağlıqdır. Maksimum hündürlük 4000 m. Faydalı qazıntıları: fosforitlər, flüorit, qızıl, mis, uran, əlvan metallar, barit, daş kömür, qaz, tikinti materialları. İqlimi kəskin kontinentaldır. Orta temperatur yanvarda –5 dən –10 °C-yədək, iyulda 20 –27 °C-dir. İllik yağıntı 350–900 mm. Mühüm çayları: Çu, Talas, Assa və s.  Ən boz və şabalıdı torpaqlar yayılmışdır. Söyüd-iydə, ağcaqovaq-küknar meşələri, qamışlıqlar, ağotlu-şırımlı topal və yovşanlı-şoranotlu çöllərlə örtülüdür. 2100 m-dən yüksəkdə subalp və Alp çəmənlikləri var. Heyvanları: ceyran, cüyür, say qak, dağ keçisi, canavar, tülkü, porsuq, gəlincik, qaban, ondatra, sünbülqıran, ərəbdovşanı, dovşan, sürünənlər və s. Göl və çayları balıqla zəngindir. böyük gölləri: Balxaş (cənub-qərb hissəsi), Biylikol, Akkol, Aşikol. Boz-qonur səhra.[3]

Təsərrüfatı

[redaktə | mənbəni redaktə et]

Yerli təbii ehtiyatlar və kənd təsərrüfatı xammalı bazasında kimya, yüngül, yeyinti və tikinti sənayesi müəssisələri fəaliyyət göstərir. Mədən-kimya kombinatı (Qaratau, fosforitlərin hasilatı və emalı üzrə), superfosfat zavodları (Cambul), yüngül sənaye müəssisələrindən xrom, rezin məmulatlar zavodları, dəri-ayaqqabı kombinatı, yunun ilkin emalı, tikiş, qalantereya fabrikləri (Cambul), dəri kombinatı (Georgiyevka); yeyinti sənayesi müəssisələrindən şəkər kombinatı (Cambul), şəkər zavodları (Çu, Oytal), ət, spirt-araq kombinatları, şərab, balıq, pivə zavodları (Cambul), süd və yağ-pendir zavodları (Cambul, Qaratau, Çuvə rayon mərkəzlərində) var. Maşınqayırma və metal emalı müəssisələri – ehtiyat hissələri, kommunal avadanlıq, aqreqat-təmir, texnoloji metal konstruksiyalar, təmir-mexaniki (Cambul, Çu, Luqovaya), avtomobil təmiri (Qranitoqorsk) zavodları ilə təmsil olunmuşdur. Kərpic (Cambul, Mi xaylovka), gips, körpü və dəmir-beton məmulatları, iripanelli evtikmə zavodları, tikinti hissələri və konstruksiyalar (Cambul), tikinti materialları (Cambul, Qaratau) kombinatları, yol əhəngi və dol du rucular (Georgiyevka) zavodu; mebel fabriki (Cambul) fəaliyyət göstərir. Cambul vilayətinin energetikası təbii qaz və qismən də su enerjisinə əsaslanır.Heyvandarlıq və suvarma, qismən dəm yə əkinçiliyi kənd təsərrüfatının əsasını təşkil edir. Bağçılıq, üzümçülük inkişaf etmişdir.

Cambul vilayəti Qazaxıstanda azərbaycanlıların ən çox yaşadığı rayondur. Onların əksəriyyəti 30-cu illərdə Azərbaycandan sürgün edilmiş azərbaycanlıların övladlarıdır.

Əh. 1 mln. (2011).

İnzibati bölgələri

[redaktə | mənbəni redaktə et]

Vilayət 10 rayona bölünür[4]:

  1. Bayzak rayonu — Sarıkəmər kəndi
  2. Cambul rayonu — Asa kəndi
  3. Jualın rayonu — Momışlı kəndi
  4. Korday rayonu — Korday kəndi
  5. Merke rayonu — Merke kəndi
  6. Moyınkum rayonu — Moyınkum kəndi
  7. Rıskul rayonu — Kulan kəndi
  8. Sarısus rayonu — Canatas şəhəri
  9. Talas rayonu — Karatau şəhəri
  10. Şu rayonu — Şu şəhəri

Vilayət tabeli Taraz və rayon tabeli Karatau, CanatasŞu şəhərləri.

  1. "Qazaxıstan Respublikasının əhalisinin sayı 2014-cu ilin əvvəlində ayrı-ayrı etnik qruplar ilə". 2015-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-16.
  2. Qazaxıstan Respublikasının əhalisinin sayı 2014-cu ilin əvvəlində ayrı-ayrı etnik qruplar ilə Arxivləşdirilib 2015-04-28 at the Wayback Machine Qazaxıstanın Statistika Agentliyi.
  3. 1 2 3 Cambul vilayəti// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 177.
  4. "Административно-территориальное деление (город, поселков, сельских и аульных округов) по состоянию на 1.01.2006 года". 2009-05-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-18.