Zənbur (jurnal, 1909)

Vikipediya, azad ensiklopediya
InternetArchiveBot (müzakirə | töhfələr) (Rescuing 2 sources and tagging 0 as dead.) #IABot (v2.0.9.2) tərəfindən edilmiş 22:29, 4 oktyabr 2022 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Zənbur
az.-əski. زنبور
"Zənbur" jurnalının 30 oktyabr 1909-cu il tarixli 34-cü nömrəsi
"Zənbur" jurnalının 30 oktyabr 1909-cu il tarixli 34-cü nömrəsi
Baş redaktor Rza bəy Səlimxanov
Əzim Əzimzadə
Murtuza bəy Palavandov
Əməkdaşlar Əzim Əzimzadə
M.Ə.Sabir
Əli Nəzmi
Abbas Səhhət
Əliqulu Qəmküsar
Əliabbas Müznib
Səməd Mənsur
Əli Razi
Hammal
Növ həftəlik satirik jurnal
Təsisçi Mirzə Əbdülxalıq Axundov
Təsis tarixi 13 mart 1909
İlk buraxılışı 13 mart 1909
Nəşrini dayandırıb 1910
Qərargah Bakı
Dil Azərbaycan dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Zənbur" jurnalı (ərəb. زنبور‎ — arı) — 19091910-cu illərdə Bakıda nəşr olunan həftəlik ədəbi, ictimai satirik jurnal.[1][2][3]

"Zənbur" türkcə müsəvvir həftəlik məzhəkə məcmuəsi idi. Jurnal "Molla Nəsrəddin" jurnalının satira ənənələrindən bəhrələnirdi. Jurnalın ilk nömrəsi 1909-cü il martın 13-də cümə günü işıq üzü görüb.

"Zənbur"un sahibi və naşiri həkim, yazıçı, ictimai xadim Mirzə Əbdülxalıq Axundov, birinci ildə 21-ci nömrəyədək məsul müdiri isə Rza bəy Səlimxanov olmuşdur. Jurnala ilin yarısında 22-ci nömrədən sonra Əzim Əzimzadə müdirlik etmişdir. O, həmçinin jurnalın əsas rəssamı idi. Birinci il "Zənbur" 42 nömrə nəşr edilmişdir. İkinci ildə birinci nömrədən etibarən "Zənbur"un müdiri Murtuza bəy Palavandov, naşiri isə həkim Əbdülxalıq Axundov olmuşdur. İyul ayının 25-dən 1910-cu ildən, "Zənbur"da (22-ci nömrədən) Əliabbas Müznib baş mühərrirliyi qəbul etmişdir. 1910-cu il oktyabrın 15-nə kimi 28 nömrəsi çıxmışdır.[2][3]

Jurnalın ilk nömrəsindəki "Aydınlıq" başlıqlı məqaləsində "Zənbur" hansı məramnamə ilə başlamışdı, onun nəşrində məqsəd nə idi?" sualına belə cavab verilir:

" Ağalar! Gözünüz aydın olsun, bizim şəhərə Zənbur da gəldi. Bakıda insandan başqa hər cürə heyvan istəsən tapılardı. Amma bir Zənbur yox idi. Bu axır zamanda o da təşrif gətirdi...

Bu vaxtadək Bakıya Zənbur gəlmədiyini və heyvanların arısız qalmaqlarını çox adamlar bizim vilayət üçün bir xoşbəxtlik hesab edirlər, çünki tamamən Bakı heyvanları dinc və fərağət qalıb, axırda bikarlıqdan adam oğurluğuna baş aparırdılar. İndi bu arının gəlməyi, ola bilsin ki, heyvanları bir az ürkütsün, amma bizim qanacağımıza görə bu Zənbur çox sancan olmasın. Çünki Bakıya gələn heyvanlar şirniyə yığılan milçəklər kimi çox şirindil və xoşrəftar olurlar. Ümid var ki, bu təzə gələn Zənbur da bu təzə sifətlər sahibi olsun. Hər tövr olmuş olsa, gərək bir az ehtiyatlı olmaq, çünki arıların təbii xasiyyəti sancmaqdır və bu xasiyyəti ondan almaq müşküldür. Ələlxüsus ki, qabağında şirin təmalar ola. Məslən: müftəxorların yoğun boyunları, xanımların yalın baldırları, millət dərdindən əriyənlərin yekə qarınları və həmçinin bir tərəfdən bu böyüklükdə şəhərə bir arıq arı heç kifayət etməyəcək. Qorxuram ki, şəhər əhli acıqdan bu arını da gözümçıxdıya salalar və Zənbur özü üçün yuva qurmamış onu gözə gətirələr. Hər necə olmuş olsa, gərək onunla rəftar olunsun və qarelərdən kəmali-icz ilə təvəqqə edirik ki, qonağa hörmət etsinlər və onun səhvin və xətasın ona nöqsan tutmasınlar və bu duaları bizim ilə təkrar etsinlər: Allah Zənburun nəştərin sındırsın və özünü də tezbazar eləsin!
Zənbur

"

Jurnalda Azərbaycan teatrına, səhnə sənəti ustalarına, o cümlədən Ü.Hacıbəyova qarşı haqlı-haqsız hücumlar edilirdi. Ü.Hacıbəyov "Zənbur" jurnalı haqqında rəy yazmışdı:

" Yazıq qələm, yazıq oxucular, yazıq ədəbiyyat ki, tərbiyəsizlər əlinə düşübdür! Nifrət, nifrət olsun müqəddəs qələmi qərəzi-şəzsi aləti edənlərə, nifrət! "

O, həm də mətbuatda "Zənburçu"lara açıq məktubla çıxış etmişdir.

Jurnalda Mirzə Ələkbər Sabir, Mirzə Mehdi Ələsgərzadə, Əli Nəzmi, Abbas Səhhət, Əliqulu Qəmküsar, Əliabbas Müznib, Səməd Mənsur, Əli Razi Şəmçizadə, Bayraməli Abbaszadə (Hammal), Hacı Qasım Səyyah və başqaları fəal iştirak etmişlər.

  • Üzeyir Hacıbəyov Ensiklopediyası. Bakı,2007. səh.213.
  • Vəliyev Akif Abdüləzim oğlu (Aşırlı). "Azərbaycan mətbuatı tarixi" (1875–1920), Bakı "Elm və Təhsil", 2009 – 130 səh.
  • N.N.Zeynalov "Azərbaycan mətbuat tarixi", I hissə. Bakı, 1973, ADU-nun nəşriyyatı
  1. ЗƏНБУР // Азәрбајҹан Совет Енсиклопедијасы. 10 ҹилддә. Баш редактор Ҹ.Б. Гулијев. IV ҹилд. сәһ. 316
  2. 1 2 "Şahverdiyev A.B. Azərbaycan mətbuatı tarixi. "Təhsil" nəşriyyatı, 2006–248 səh" (PDF). 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-07-09.
  3. 1 2 "Kitabxana üzrə: Zənbur — Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivi". 2022-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]