55°47′23″ şm. e. 12°45′03″ ş. u.HGYO

Öresund

Vikipediya, azad ensiklopediya
Araz Yaquboglu (müzakirə | töhfələr) (HotCat vasitəsilə Kateqoriya:Öresund əlavə olundu) tərəfindən edilmiş 07:01, 8 sentyabr 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Öresund
dan. Øresund, isv. Öresund
Malmö şəhərindən Öresund görüntüsu
Malmö şəhərindən Öresund görüntüsu
Ümumi məlumatlar
Ən böyük dərinliyi 38 m
Yerləşməsi
55°47′23″ şm. e. 12°45′03″ ş. u.HGYO
Ölkələr
Ayırır Zelandiya adası ilə Skandinaviya yarımadasını
Öresund xəritədə
Öresund
Öresund
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Öresund (dan. Øresund, isv. Öresund), həmçinin Sund (alm. Sund‎) Zelandiya adası (Danimarka) və Skandinaviya yarımadasının (İsveç) arasında yerləşən boğaz. BaltikŞimal dənizlərini birləşdirir.

Öresundun sahillərində iki iri şəhər KopenhagenMalmö yerləşir, onlar 16 km uzunluğunda olan Öresund körpüsü vasitəsilə birləşirlər. Lakin boğazın ən dar yeri (5 km-dən az) şimalda, HelsinqborqHelsingör şəhərləri arasında yerləşir.

Boğazda İsveçin Ven adası və Danimarkanın SaltholmPeberholm adaları yerləşir

Öresundun siyasi nəzarəti Danimarkaİsveçin tarixlərində həmişə mühüm rol oynayıb. Roskild müqaviləsi əsasında, şərq sahili 1658-ci ildə İsveçə verilmədən öncə, Danimarka qərb tərəfdə Helsingörda yerləşən Kronborq qalasından və şərq tərəfdə Helsinqborqda yerləşən Karnan qalasından boğazın hərbi nəzarətini qoruyub saxlayırdı. Hər iki qalanın yerləşdiyi yerdə boğazın eni 4 km-dir.

1429-cu ildə kral Pomeraniyalı Erik 1857-ci ilə qədər qüvvədə qalan Sund vergisini təqdim etmişdi. Sular, yollar, körpülər və keçidlərin istifadəsinə görə vergilər həm o vaxt üçün hər kəsin qəbul etdiyi rüsumlardan biri idi, həm də onlar dövlət xəzinəsinə böyük gəlirlər gətirirdilər. Boğazdan əldə edilən pullar Danimarka kralı və ailəsi üçün bir neçə yüzilliklər ərzində ən mühüm gəlir mənbəyi idi, bunun sayəsində Danimarka kralları Danimarka Məxvi Şurası və aristokratiya üzvlərindən nisbətən müstəqil idilər. 1857-ci ildə bağlanan Kopenhagen konvensiyasında vergilər ləğv olundu və Danimarkanın boğazlarına neytral sular statusu verildi.

Yaranma Etimologiyası

[redaktə | mənbəni redaktə et]

Boğaz təxminən 8000 il bundan əvvəl yaranıb. Buz dövrünün ağır buzlarından azad olan Skandinaviya plitəsi şimalda qalxıb və cənubda çökərək əyilməyə başladı. Şimal dənizinin suları indiki Öresundun dairəsində yerləşən bərzəxi dağıltdı və geniş ovalıq əraziləri su ilə basdı ki, bu da Antsilov gölünün öncə Litorinov dənizinə, sonra isə Baltik dənizinə çevrilməsinə gətirib çıxartdı.