Tənəffüs aparatı

Vikipediya, azad ensiklopediya
Araz Yaquboglu (müzakirə | töhfələr) tərəfindən edilmiş 05:29, 8 iyul 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Tənəffüs aparatı
Tənəffüs aparatı (sxematik)
Tənəffüs aparatı (sxematik)
Latınca apparatus respiratorius
Qrey subyekt 240 1070
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tənəffüs aparatı (lat. apparatus respiratorius) — daxili üzvlərin təşkil elədikləri üç aparatdan biri olub, orqanizmin qazlar mübadiləsində iştirak edir. Bu aparat oksigeni alaraq əvəzində karbon qazını orqanizmdən xaric edir. Mənşəcə həzm aparatı ilə , vəzifəcə qan-damar sistemi ilə sıx əlaqədardır.

Tənəffüs aparatına qırtlaq (lat. larynx), nəfəs borusu (lat. trachea) və ağciyərlər (lat. pulmones) aiddir. Qırtlaq qığırdaqlardan təşkil olunub, boyun nahiyəsində yerləşir və yuxarıda udlaq vasitəsilə burun və ağız boşluqları ilə birləşir. Burun və ağız boşluqları udlaq ilə birlikdə yuxarı tənəffüs yolları adlanır. Qırtlağın ardını isə nəfəs borusu təşkil edir. Nəfəs borusu öz növbəsində qida borusunun öü ilə aşağı doğru gedərək döş boşluğuna daxil olaraq, burada iki şaxəyə — sağ və sol bronxlara bölünür. Bronxlar isə ağciyərlərə daxil olaraq şaxələnərək, ağciyər alveollarına (qovuqcuqlarına) keçir.

Alınan hava burun boşluğundan, xoanalardan, ağız boşluğundan, əsnəkdən udlağa və buradan qırtlaq girəcəyi vasitəsilə qırtlağa və sonra nəfəs borusuna keçir. Buradan hava bronxlar vasitəsilə ağciyər alveollarına daxil olur. Qırtlaq, nəfəs borusu və bronxlar aşağı tənəffüs yolları adlanır. Qırtlaq nəfəs yolu vəzifəsindən əlavə səs aparatı vəzifəsini də görür; nəfəs verildikdə burada olan səs telləri ehtizaza gələrək nəticədə səs meydana çıxır.

ağciyərlər döş boşluğunda yerləşərək xaricdən plevralat. pleura adlanan seroz qişa ilə əhatə olunmuşdur. Ağciyərlər alveollarına daxil olan hava ilə kapilyarlarda cərəyan edən qan arasında qazlar mübadiləsi gedir. Alveollarda olan oksigen qana keçir, qanda olan karbon qazı isə alveollara keçir ki, nəfəs verildikdə xaricə çıxarılır.

  • Bourgery JM. Traité complet de l’Anatomie de l’Homme. Paris: Delaunay; 1839. Vol. 5 Splanchnology; pp. 169–179.
  • Gray H (1918) Gray’s anatomy. Anatomy of the human body. XI Splanchnology, 2H The Large Intestine 1918.
  • Atlas of Human Anatomy. vols. 1–3. vol. 1, Osteology, Arthrology and Syndesmology, Myology (317 pp.); vol. 2, Splanchnology, Ductless Glands, Heart (229 pp.); and vol. 3, Nervous System, A ngiology, Sense Organs (326 pp.). Ferenc Kiss and Janos Szentágothai. Pergamon, London; Macmillan, New York, ed. 17, 1964. Illus.
  • M.B. DeJarnette. Technic and Practice of Bloodless Surgery. 1939, p. 51
  • Prof. K.Ə. Balakişiyev, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1979