"Krokus Siti Holl"da terakt
"Krokus Siti Holl"da terakt | |
---|---|
Ümumi məlumatlar | |
55°49′33″ şm. e. 37°23′26″ ş. u.HGYO | |
Yeri |
|
Tarix | 22 mart 2024[3] |
Silah(lar) | Molotov kokteyli, tapança, bıçaq[4] |
Ölü sayı |
|
Yaralı sayı |
|
Törədən(lər) | İslam Dövləti – Xorasan vilayəti[7][8], İraq və Şam İslam Dövləti[9], Ukrayna[10] |
Vikianbarda əlaqəli mediafayllar |
"Krokus Siti Holl"da terakt (rus. Теракт в «Крокус Сити Холле») — 22 mart 2024-cü il tarixində, saat 20:00 MSK (UTC+3) radələrində Moskvanın qərb kənarında yerləşən Rusiyanın Moskva şəhərindəki Crocus City Hall musiqi salonuna koordinasiyalı hücum hadisəsi. Bir neçə silahlı şəxs məkana toplaşan insanlara kütləvi atəş açıb və məkanı yandırmaq üçün yandırıcı vasitələrdən istifadə edib.[11] Hücum 2004-cü ildə Beslanda terror aktından sonra Rusiyada ən qanlı terror aktı olmaqla, ən azı 144 nəfərin ölümü,[12] 360-dan çox insanın yaralanması ilə nəticələnib.[13][14]
Rusiya Xarici İşlər Nazirliyi hadisəni terror aktı adlandırıb.[15] Hücumdan qısa müddət sonra Amaq Xəbər Agentliyinin Telegram kanalı vasitəsilə yayılan bəyanatda İslam Dövlətinin Cənubi-Mərkəzi Asiyada yerləşən regional qolu olan İslam Dövləti – Xorasan Vilayəti (İD-XV və ya İŞİD-X) məsuliyyəti öz üzərinə götürüb.[16][17][18] Rusiya dövlət mediası və prezident Vladimir Putin də daxil olmaqla rəsmilər hücumda Ukraynanın əli olduğunu iddia edir, Ukrayna bunu tamamilə təkzib edir.[12]
Martın 23-də İD-XV hücumçuların fotolarını və hücumla bağlı tam hesabatı yayımladı.[19][20] Daha sonra, həmin gün Amaq Xəbər Agentliyi qurbanların güllələnməsini və boğazlarının kəsilməsini əks etdirən video yayımlayıb.[21]
Rusiya prezidenti Vladimir Putin hücumu "barbar terror aktı" adlandırıb və silahlı şəxslərin həbs olunduğunu bildirib. Daha sonra silahlılardan ikisinin öldürüldüyü bildirilir.[22] O, həmçinin martın 24-nü milli matəm günü elan edib.[23]
Arxa plan
[redaktə | mənbəni redaktə et]Rusiya 2000-ci illərin əvvəllərində 2002-ci ildə Moskva teatrının girov böhranı[24] və 2004-cü ildə Beslan məktəbinin mühasirəsi də daxil olmaqla, ölümcül terror hücumlarına məruz qalıb.[25] 2015-ci ildə İslam Dövləti yaraqlıları Rusiyaya məxsus Metrojet 9268 saylı sərnişin təyyarəsini vurmuş, göyərtəsində olan 224 nəfərin hamısı həlak olmuşdu.[24] İslam Dövləti 2010-cu illərdən bəri 2015-ci ilin noyabrında Fransanın Bataklan teatrında rok konserti zamanı analoji hücum və 2017-ci ilin mayında Böyük Britaniyada Mançester Arenada pop musiqi çıxışının sonunda baş verən partlayışlar kimi müxtəlif Avropanın musiqi məkanlarına koordinasiyalı, genişmiqyaslı hücumlar həyata keçirib.
2024-cü il martın 7-də Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Moskvada İslam Dövləti (İŞİD) ilə əlaqəsi olan və şəhərdəki sinaqoqa hücum etmək niyyətində olan terror qruplaşmasını zərərsizləşdirdiyini elan etdi.[26]
Hücumdan iki həftə əvvəl, Böyük Britaniya və ABŞ-ın Moskvadakı səfirlikləri ekstremistlərin Moskvadakı böyük toplantıları hədəfə almaq planları barədə xəbərdarlıq etmişdilər.[27][28] 19 mart 2024-cü ildə Rusiya prezidenti Vladimir Putin Rusiyada mümkün terror aktları ilə bağlı xəbərdarlıqları "açıq şantaj" adlandırıb.[29]
Hücumdan az əvvəl FSB Rusiya Könüllülər Korpusunun (RVC) üzvü olduğu güman edilən 7 nəfəri həbs edib. Həbs zamanı FSB yeddi nəfərdən bıçaq, pala, taktiki balta, aerozol silahı və bibər qazı götürüb.[30]
Crocus City Hall, Crocus City adlanan ticarət mərkəzləri, restoranlar və digər attraksionların daha böyük blokunun bir hissəsidir.[31] O, 2009-cu ildə azərbaycanlı iş adamı Araz Ağalarov tərəfindən tikilib. Bina 6000 nəfər tutumlu konsert məkanıdır.
Hücum
[redaktə | mənbəni redaktə et]22 mart 2024-cü ildə Rusiyanın "Piknik" musiqi qrupu Crocus City Hall-da anşlaqla konsert verməli idi.[32][33] Yerli vaxtla axşam saat 20:00 radələrində (MSK, UTC+3)[34] qrup öz çıxışına başlamazdan əvvəl döyüşçü geyimində ən azı beş maskalı silahlı şəxs kütləyə avtomatlardan atəş açıb.[35][36][37] Hücum edənlərin molotov kokteyllərindən də istifadə etdiyi və zalda yanğın törətdiyi bildirilib.[36][38] Hücum zamanı uşaqların çıxış etdiyi bal rəqsi yarışması olub.[39]
TASS-ın saat 20.33-də verdiyi məlumata görə, SOBR və OMON bölmələrinin ixtisaslaşmış polis qrupları hadisə yerinə yola düşüb.[40] Həmin xəbər agentliyinə görə, saat 21:01-ə olan məlumata görə, SOBR və OMON hələ də yolda olub.[41] Saat 21:32-də partlayış baş verib, ardınca saat 22:00 radələrində damın qismən uçması qeydə alınıb.[42] Bəzi məlumatlara görə, silahlı basqınçılardan bəziləri binanın içərisində barrikada qurub.[43][44] BBC Verify tərəfindən təsdiqlənən görüntülərdə "silahlı adamların fərq qoymadan atəş açdığı görünənlərin yaxından çəkilmiş kadrları" əks olunub.[39]
Ən azı 144 nəfər ölüb, 360-dan çox insan yaralanıb,[45][46] azı 5 nəfərin vəziyyəti ağırdır.[47] Hücumdan sonra ticarət mərkəzləri və digər ictimai yerlər boşaldılıb.[48][49]
Hücum edənlərin axtarışına Rusiya Milli Qvardiyası cəlb edilib.[39]
Sağ qalanların təxliyyəsi tibbi helikopterlər vasitəsilə həyata keçirilib,[50] 70 təcili yardım briqadasının göndərildiyi bildirilir.[51] Yanğınsöndürənlər alovun genişlənməsinin qarşısını ala bilib.[52] Səlahiyyətlilər zirzəmidə gizlənən təxminən 100 nəfəri təxliyyə edə bilib.[39]
Amaq Xəbər Agentliyi hücumu İraq Şam İslam Dövləti üzvləri ilə əlaqələndirib.[53][54]
Hadisədən sonra
[redaktə | mənbəni redaktə et]Moskva meri Sergey Sobyanin şəhərdə həftəsonu keçiriləcək bütün tədbirləri ləğv edib.[55][56] Bu ləğv daha sonra Mədəniyyət Nazirliyi tərəfindən bütün Rusiyaya şamil edildi.[57] Şəhərə xidmət göstərən hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib. Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova hadisəni "dəhşətli cinayət" adlandırıb.[58][59] Sankt-Peterburqda ticarət mərkəzləri bağlanıb, Leninqrad vilayəti isə yüksək hazırlıq vəziyyətinə gətirilib.[60]
Reaksiyalar
[redaktə | mənbəni redaktə et]Daxili
[redaktə | mənbəni redaktə et]Çeçenistan lideri Ramzan Kadırov[61] və müxalifətçi lider Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya da hücumu pisləyən bəyanat yayıblar.[62]
"Krokus Qrup"un birinci vitse-prezidenti Emin Ağalarov terror aktı nəticəsində ölənlərin ailələrinə başsağlığı verib, bu terror aktının onun ailəsinə də təsir etdiyini vurğulayıb.[63]
Beynəlxalq
[redaktə | mənbəni redaktə et]ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi hücumun görüntülərinin "dəhşətli və izlənilməsi çətin" olduğunu bildirib. Ağ Ev vəziyyəti "dəhşətli" adlandırıb və Ukraynanın hücumda iştirakına dair heç bir işarənin olmadığını bildirib.[64]
Ukrayna prezidenti Volodimir Zelenskinin müşaviri Mixaylo Podolyak Twitter səhifəsində Ukraynanın hücumda iştirakının olmadığını yazıb.[65][66] Ukrayna Müdafiə Kəşfiyyatının nümayəndəsi bildirib ki, hücum "Putinin xüsusi xidmət orqanlarına qarşı şüurlu təxribatdır".[67]
Avstriya, Azərbaycan, Argentina, Ermənistan, Bəhreyn, Belarus, Belçika, Boliviya, Böyük Britaniya, Venesuela, Almaniya, Yunanıstan, Fələstin, Pakistan, Portuqaliya, Misir, İsrail, İordaniya, İran, İtaliya, Qazaxıstan, Qətər, Qırğızıstan, Kolumbiya, Kuba, Lüksemburq, Malta, Meksika, Moldova, Niderland, Nikaraqua, Norveç, BƏƏ, Abxaziya Respublikası, Serbiya Respublikası, Səudiyyə Ərəbistanı, Serbiya, Suriya, Slovakiya, ABŞ, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan, Fransa, Monteneqro, Çili, Cənubi Osetiya, Yaponiya, həmçinin Avropa İttifaqı tərəfindən terror aktı qurbanlarına başsağlığı verilib və müxtəlif diplomatik səviyyələrdə pislənilib.[68][69][70][71][72]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Президент получает информацию о происходящем в «Крокус Сити Холле» и принимаемых в этой связи мерах (rus.). 2000.
- ↑ Что известно о стрельбе в «Крокус Сити Холле» (rus.). Москва: 1998.
- ↑ https://novayagazeta.eu/articles/2024/03/22/at-least-12-reportedly-killed-in-shooting-at-moscow-concert-hall-en-news. 2024.
- ↑ 'Kill them and have no mercy': ISIS release 90-seconds of horror in sick selfie film showing terror attack on Moscow's Crocus City Hall that slaughtered 140 people - as US rebuts Putin's claims of a Ukraine link, declaring 'Ukraine had no involvement' (ing.). // Daily Mail DMG Media, 1896. ed. size: 770185 ISSN 0307-7578
- ↑ The number of victims of the terrorist attack in Crocus has increased. 2024.
- ↑ Число пострадавших при теракте в "Крокус сити холле" возросло до 360. 2024.
- ↑ What We Know About ISIS-K, the Group That Claimed Responsibility for the Moscow Attack.
- ↑ https://www.nytimes.com/2024/03/22/world/europe/isis-moscow-attack-concert-hall.html.
- ↑ ISIS claims responsibility for attack in busy Moscow-area concert venue that left at least 60 dead.
- ↑ Ukrainian intelligence ‘directly involved’ in Moscow terror attack – FSB.
- ↑ "Islamic State group claims responsibility for Moscow attack in a statement posted on social media". ABC News (ingilis). The Associated Press. 22 March 2024. 22 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 March 2024.
- ↑ 1 2 Belam, Martin. "Moscow concert hall attack: Putin tells Russians Ukraine linked to attack which killed 115, claims denied by Kyiv officials – live updates". the Guardian (ingilis). 2024-03-23. ISSN 0261-3077. 2024-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-23.
- ↑ Singh, Maanvi. "145 people injured in attack, says Moscow health ministry". the Guardian (ingilis). 22 March 2024. ISSN 0261-3077. 23 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 March 2024.
- ↑ Bennetts, Marc. "Moscow terror attack: 62 people killed and concert hall on fire". The Times (ingilis). 22 March 2024. ISSN 0140-0460. 22 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 March 2024.
- ↑ Kirby, Paul; Rhoden-Paul, Andre. "Full statement from Russia's security service". BBC News (ingilis). 22 March 2024. 23 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 March 2024.
- ↑ Knight, Mariya; Chernova, Anna; Tarasova, Darya. "ISIS claims responsibility for attack in busy Moscow-area concert venue that left at least 40 dead". CNN. 22 March 2024. 22 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 March 2024.
- ↑ Schmitt, Eric. "What We Know About ISIS-K, the Group That Claimed Responsibility for the Moscow Attack". The New York Times. 22 March 2024. 23 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 March 2024.
- ↑ "Islamic State group claims responsibility for Moscow attack in a statement posted on social media". ABC News (ingilis). 22 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 March 2024.
- ↑ "تنظيم "الدولة" يقدم روايته عن هجوم موسكو" [The organization of the [Islamic] "State" presents its version about the Moscow attack]. Enab Baladi (ərəb). 23 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 March 2024.
- ↑ Yan, Sophia. "Islamic State attackers publish selfie following Moscow attack". The Telegraph. 23 March 2024. 23 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 March 2024.
- ↑ "Atentado en Moscú: ISIS-K difundió un escalofriante video del ataque desde adentro con gritos de "Alá es grande"" [Attack in Moscow: ISIS-K released a chilling video of the attack from inside with shouts of “Allah is great”]. Clarin (ispan). 23 March 2024. 24 March 2024 tarixində arxivləşdirilib.
- ↑ "Источник Би-би-си: «Двое участников нападения на „Крокус Сити Холл" были убиты». Документы одного из них есть в распоряжении Русской службы Би-би-си" [BBC source: “Two participants in the attack on Crocus City Hall were killed.” Documents from one of them are at the disposal of the BBC Russian Service]. BBC News Русская служба (rus). 23 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-23.
- ↑ "Moscow attack latest: All four suspects arrested after Crocus City Hall shootings, Russia says". BBC News (ingilis). 22 March 2024. 22 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 March 2024.
- ↑ 1 2 "At least 60 dead in Moscow concert hall attack as ISIS claims responsibility". Canadian Broadcasting Company. The Associated Press. 22 March 2024. 22 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 March 2024.
- ↑ "Kremlin says 40 killed and more than 100 wounded in attack on Moscow concert hall". AP News. 22 March 2024. 22 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 March 2024.
- ↑ "Russia says it neutralized ISIS cell plotting attack on Moscow synagogue". Reuters.com. Reuters. 7 March 2024. 22 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 March 2024.
- ↑ "U.S. warns of imminent Moscow attack by 'extremists,' urges citizens to avoid crowds". NBC News (ingilis). 8 March 2024. 22 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 March 2024.
- ↑ Faulconbridge, Guy. "Moscow terror warning as UK and US embassy issue statement against travel". The Independent (ingilis). 8 March 2024. 17 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 March 2024.
- ↑ Ivanova, Polina; Seddon, Max. "Russian authorities say dozens dead in attack on Moscow concert venue". Financial Times. 22 March 2024. 22 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 March 2024.
- ↑ "ФСБ: в Москве задержаны семь сторонников РДК, у них нашли мачете" (Russian). 22 March 2024. İstifadə tarixi: 22 March 2024.
- ↑ "Crocus Expo International Exhibition Center" (PDF). Crocus-Expo.ru. 2023-12-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-03-22.
- ↑ Wertheimer, Tiffany. "Russian rock band was due to perform at concert hall". BBC News (ingilis). 2024-03-22. 2024-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-22.
- ↑ Hopkins, Valerie; Toler, Aric. "Gunmen Open Fire at Arena Outside Moscow, Russian News Agencies Report". The New York Times. 22 March 2024. 23 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 March 2024.
- ↑ Abbruzzese, Jason. "Russian journalist says they were inside concert venue when gunmen entered". NBC News (ingilis). 22 March 2024. 22 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 March 2024.
- ↑ "Gunmen Open Fire at People at Concert Hall Near Moscow, Casualties Reported". US News & World Report. 2024-03-22. 2024-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-22.
- ↑ 1 2 "Shooting and blast reported at concert hall near Moscow". The Guardian (ingilis). 2024-03-22. ISSN 0261-3077. 22 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-22.
- ↑ "Shooting and blast reported at concert hall near Moscow, Russian agencies say". Reuters. 22 March 2024. 22 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 March 2024.
- ↑ "Gunfire and blaze at Moscow concert hall, reports say". BBC News (ingilis). 2024-03-22. 22 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-22.
- ↑ 1 2 3 4 Wertheimer, Tiffany, redaktor"Gunmen in combat fatigues open fire at Moscow concert hall". France 24 (ingilis). 2024-03-22. 22 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-22.
- ↑ "Сотрудники московского СОБР и ОМОН подняты по тревоге и направляются в "Крокус сити холл"". tass.ru. İstifadə tarixi: 2024-03-22.
- ↑ "Треть здания "Крокус сити холла" охвачена пожаром". tass.ru. İstifadə tarixi: 2024-03-22.
- ↑ Hopkins, Valerie; Nechepurenko, Ivan; Toler, Aric. "Live Updates: Gunmen Kill 40 at Moscow Concert Hall, State Media Reports". The New York Times. 22 March 2024. 22 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 March 2024.
- ↑ Faulconbridge, Guy. "Gunmen kill at least 40 in attack at concert hall near Moscow, state news agency says". Reuters. Thomson Reuters Corporation. 22 March 2024. 22 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 March 2024.
- ↑ Yang, Maya. "Moscow concert hall on fire after gunmen shoot at crowds; Russia calls on international community to condemn 'monstrous crime' – live". the Guardian. 22 March 2024. 22 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 March 2024.
- ↑ Singh, Maanvi. "145 people injured in attack, says Moscow health ministry". the Guardian (ingilis). 22 March 2024. ISSN 0261-3077. 22 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 March 2024.
- ↑ "At least 40 killed in shooting at Moscow concert hall". Novaya Gazeta. 2024-03-22. 22 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-22.
- ↑ Chao-Fong, Léonie. "Children among those injured in shooting – report". the Guardian (ingilis). 2024-03-22. ISSN 0261-3077. 2024-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-22.
- ↑ "Terrorist attack at concert hall outside Moscow Latest updates — Meduza". 22 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 March 2024.
- ↑ "Kremlin says 40 killed and more than 100 wounded in attack on Moscow concert hall". AP News (ingilis). 2024-03-22. 22 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-22.
- ↑ "Ambulance helicopters evacuate several survivors of Crocus City Hall shootout". TASS. 22 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-22.
- ↑ "Gunfire and blaze at Moscow concert hall, reports say". BBC News. 2024-03-22. 22 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-22.
- ↑ "Fire not spreading, Russian media says". BBC. 22 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-22.
- ↑ Knight, Mariya; Chernova, Anna; Tarasova, Darya. "ISIS claims responsibility for attack in busy Moscow-area concert venue that left at least 40 dead". CNN. 2024-03-22. 22 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-22.
- ↑ Wertheimer, Tiffany, redaktor"Report: Islamic State claims responsibility". BBC News (ingilis). 2024-03-22. 2024-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-22.
- ↑ "Shooting and blast reported at concert hall near Moscow". The Guardian. 2024-03-22. ISSN 0261-3077. 22 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-22.
- ↑ Abbruzzese, Jason. "Moscow's mayor cancels weekend events". NBC News. 22 March 2024. 22 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 March 2024.
- ↑ "Moscow attack: Gunmen kill dozens at Crocus City Hall in Moscow". BBC News (ingilis). 2024-03-22. 2024-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-22.
- ↑ "Russia: The death toll from the shooting in Moscow has risen to 40 people". Iraqi News Agency. 2024-03-22. 22 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-22.
- ↑ Yang, Maya. "Russia calls on international community to condemn the 'monstrous crime'". the Guardian. 2024-03-22. ISSN 0261-3077. 22 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-22.
- ↑ Knutson, Jacob. "40 killed in Moscow suburb shooting, Russian investigative agency says". Axios. 22 March 2024. 22 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 March 2024.
- ↑ "Moscow attack: Gunshots reported as fire breaks out at concert hall". BBC News (ingilis). 22 March 2024. 22 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 March 2024.
- ↑ Hopkins, Valerie; Nechepurenko, Ivan; Toler, Aric. "Live Updates: Gunmen Kill 40 at Moscow Concert Hall, State Media Reports". The New York Times. 22 March 2024. 22 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 March 2024.
- ↑ "Emin Ağalarov: Bu terror aktı şəxsən mənə və ailəmə toxunub". Report İnformasiya Agentliyi (az.). 2024-03-23. İstifadə tarixi: 2024-03-23.
- ↑ "Russia Concert Hall Attack 'Terrible': White House". March 22, 2024. March 22, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 22, 2024.
- ↑ Yang, Maya. "Ukraine denies involvement in attacks". the Guardian (ingilis). 2024-03-22. ISSN 0261-3077. 2024-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-22.
- ↑ Podolyak_M. "Ukraine certainly has nothing to do with the shooting/explosions in the Crocus City Hall" (Tweet). Missing or empty |date= (help)
- ↑ "Ukraine's Defence Intelligence on shooting in Moscow Oblast: Provocation of Putin's special services". Ukrainska Pravda (ingilis). 2024-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-22.
- ↑ "Теракт в "Крокус сити холле". Факты". TACC. 2024-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-22.
- ↑ "Великобритания осудила теракт в Подмосковье". tass.ru (rus). İstifadə tarixi: 2024-03-22.
- ↑ "Алан Гаглоев выразил соболезнования Владимиру Путину в связи с терактом в Подмосковье Официальный сайт Президента Республики Южная Осетия". presidentruo.org. 2024-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-22.
- ↑ "Власти стран мира выражают соболезнования России в связи с терактом в Crocus City Hall". Interfax.ru (rus). 2024-03-22. 2024-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-22.
- ↑ "The Shooting Incident in Krasnogorsk, Moscow Oblast, Russian Federation (Statement by Press Secretary KOBAYASHI Maki)". Ministry of Foreign Affairs of Japan. 23 mart 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2024.