İşxan (fədai)
İşxan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum adı |
Նիկողայոս Պողոսյան Նիկոլ Միքայէլեան |
Doğum tarixi | 1883 və ya 1879 |
Doğum yeri | |
Vəfat tarixi | 17 aprel 1915 və ya 1915 |
Vəfat yeri |
|
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Erməni quldur dəstələri |
Vikianbarda əlaqəli mediafayllar |
Nikol Mikayılyan (erm. Նիկոլ Միքայէլեան), Nikol Poğosyan (erm. Նիկոլ Պողոսյան), İşxan (erm. Իշխան, mənası – şahzadə) və ya Niqol (erm. Նիգոլ; 1883 və ya 1879, Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 17 aprel 1915 və ya 1915, Van, Van vilayəti, Osmanlı imperiyası və ya Qayalar[d], Van ili)[1] — Osmanlı imperiyasında fəaliyyət göstərmiş erməni fədaisi,[2] Daşnaksütun partiyasının üzvü.[3] O, Aram Manukyan və Arşak Vramyan[4] ilə birlikdə Van üsyanının başçılarından biri idi.[5]
Həyatı
[redaktə | mənbəni redaktə et]Nikol Mikayılyan Rusiya imperiyasının Yelizavetpol quberniyasının (indiki Azərbaycan Respublikasının Xocalı rayonu) Dağdağan kəndində anadan olmuşdur.
Mikayılyan Şuşa və İrəvan şəhərlərindəki eparxiya məktəblərində təhsil almışdır. O, 1901–1903-cü illərdə Aleksandropol və Qars şəhərlərində çalışmışdır. Mikayılyan daha sonra Osmanlı imperiyasının Van şəhərinə köçmüş və orada işləmişdir.
Mikayılyan Vanda yeraltı seperatçı təşkilat qurmuş, üsyan hazırlıqları aparmışdır.[6] O, 1908-ci ildə baş verən Gənc türklər inqilabından sonra fədai qruplarını ləğv etmək əmrini rədd etmişdir.
Nikol Mikayılyan 17 aprel 1915-ci il tarixində indiki Van ilinin Qayalar kəndində baş verən döyüşlərdə həlak olmuşdur.[7]
İrsi
[redaktə | mənbəni redaktə et]Ermənistan Respublikasının Sisian rayonunda yerləşən Qızılcıq kəndinin adı İşxanasar olaraq dəyişdirilərək Nikol Mikayılyanın şərəfinə adlandırılmışdır.
Mənbə
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Ovanisyan, Riçard G. Armenian Van/Vaspurakan (ingilis). Kosta-Mesa,. 2000 publisher=Mazda Publishers. səh. 212. ISBN 9781568591308. (#missing_pipe)
- ↑ Kevorkiyan, 2011. səh. 60
- ↑ "Վանայ Իշխան (Նիկոլ Պօղոսեան, Միքայէլեան. 1883-1915). Անվեհեր Դաշնակցական Ազատամարտիկը, անպարտելի Հայ Յեղափոխականը". Հայ Յեղափոխական Դաշնակցութիւն (erməni). 30 iyun 2020. August 31, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 30, 2020. (#redundant_parameters)
- ↑ Kevorkiyan, 2011. səh. 286
- ↑ Kevorkiyan, 2011. səh. 227
- ↑ Kevorkiyan, 2011. səh. 59
- ↑ Kevorkiyan, 2011. səh. 292
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Kevorkiyan, Reymond H. The Armenian Genocide: A Complete History (ingilis). London: I. B. Tauris. 2011. ISBN 9781848855618.