İblis
İslam |
---|
İslamda iman |
Allah • Allahın varlığı və təkliyi • Mələklər • Müqəddəs kitablar • Məhəmməd peyğəmbər və digər peyğəmbərlər • İmamət • Axirət • Kəlmeyi-şəhadət |
Firuiddin |
Namaz • Zəkat • Xüms • Oruc • Həcc |
İslamda xüsusi günlər |
Besət bayramı • Ramazan bayramı • Qurban bayramı • Qədir-Xum |
Quran |
Sünni • Hədis • Təsəvvüf · Fiqh • Kəlam • Şəriət |
İslam tarixi |
Əhli-Beyt • Səhabə • Şiəlik • Sünnilik • Xaricilik • Dörd xəlifə • İmamət • Məhəmməd |
İblis[1] — göylərdən qovulmuş və Allahın düşməninə çevrilmiş, dindarları düz yoldan azdıran dindarları düz yoldan azdıran mələk yada cin adıdır. Xristianlardakı satananın sinonimidir. İblisin əsl adı Haris, Halis və ya Həris olmuşdur. İblis isə şeytanın balalarının və köməkçilərinin adıdır. İblis, Allahın yaratdığı ilk insana — Adəmə təzim etmək barədə Onun əmrindən çıxmışdır. Buna görə də o, göylərdən qovulmuş və cəhənnəm əzabına düçar edilmişdir. Lakin iblis Allahdan cəzalandırılması üçün Məhşər (Qiyamət) gününədək möhlət istəmiş və and içmişdir ki, Yer üzərində insanları yollarından azdıracaq.
Quranda Şeytan
[redaktə | mənbəni redaktə et]Qurani-Kərimdə səksən səkkiz yerdə şeytan (on biri iblis olmaqla) kəliməsi keçir.
- Həqiqətən, Şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. O özünə uyanları cəhənnəm əhli olmağa çağırır .[2]
- Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər, Allah isə (əksinə) sizə bağışlanmaq və bərəkət və’dəsi verər. Allah (mərhəməti ilə) genişdir, (hər şeyi) biləndir.[3]
- Ehtiyatlı olun ki, dünya həyatı sizi aldatmasın. Şeytan sizi Allaha arxayın edib (Allah Öz bəndələrinə mehribandır, onların hamısını bağışlayacaq, günahlarından keçəcək deyə) tovlamasın![4]
- "Ey Adəm övladları! Şeytan sizin ata-ananızı Cənnətdən çıxardıb ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını soyundurduğu kimi, sizi də aldatmasın. O və onun dəstəsi sizi, onları görmədiyiniz yerdən görürlər. Həqiqətən, Biz şeytanları iman gətirməyənlərin dostları etdik."[5]
- Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir və (sizə buyurmadımmı ki) Mənə ibadət edin, doğru yol budur?![6]
Digər dinlərdə
[redaktə | mənbəni redaktə et]İslamda və yəhudilikdə şeytan Allaha düşmənçilikdə rəqib olan, lakin mövqe baxımından Allaha tabe olan, hətta Allahın hakimiyyəti altında olan varlıq və ya qüvvə kimi başa düşülür.
Xristian ənənəsində isə bəzən zərdüşti dualist anlayışına yaxınlaşaraq, dünyanı idarə edən xeyir və şər qüvvələr, paralel işıq və qaranlıq dünyalar kimi Tanrıya bərabər olan bir güc kimi zühur edirdi.[7] Bu fikir İblisin Allahın lütfündən düşməsi haqqında xristian ideyasını əsaslandıran Avqustinə gedib çıxır. Şeytan o zaman Yer üzündə öz Padşahlığını yaradacaqdı ki, orada o, hər şeyin üzərində hökmranlıq edir. Bu fikir manixeyizmdən qaynaqlanır və monoteist mənşəli deyil.[8]
Yəhudilik, Xristianlıq və İslam dinlərində şeytan haqqında olan təsvirlərin bəzi cəhətlərdə oxşarlıqlar, bəzi cəhətlərdə isə böyük fərqlər olduğu görülür. Kitabi-Müqəddəs ənənəsində hətta "demonologiya" iblisi öyrənən bir elm sahəsi kimi meydana çıxmışdır. Bu başlıq altında şeytan anlayışının tərifi, növləri, formaları, adları və xüsusiyyətləri kimi mövzular təhlil edilmişdir.
Əhdi-Ətiqdə şeytan haqqında məlumatlar məhduddur. O, daima Allahın nəzarətində olan və onun iradəsini yerinə yetirən bir alət mövqeyindədir.[9] O, cin və ya pis varlıq kimi görünmür. O, yaradılış baxımından bir mələkdir, mələklər aləminin bir hissəsidir və dərəcə baxımından mələklər arasında ən yüksək səviyyədədir.[10] Beləliklə, o, Allahın prokuroru kimi Allaha xidmətdə işləyir. O, insanları günaha sövq edir və sonra onları günahlandırır.[11]
İblis İslam ədəbiyyatının əksəriyyətində yalnız ittihamçı mələk olsa da, xristianlıqla müqayisə oluna bilən mütləq şər ideyası var. Bu pisliyə Əhrimən deyilir. Lakin əksər müsəlman müəlliflər tövhidlə ziddiyyət təşkil etdiyi üçün belə bir varlığın mövcudluğunu inkar edirlər.[12] Bəzi müsəlman yazıçıları (sələfilik və mötəzillik) İblisin əslində xristianlıq və zərdüştilik kimi bir cin olduğuna inanırlar.
Şeytanın adları
[redaktə | mənbəni redaktə et]Müqəddəs Kitabda Şeytanın bir çox fərqli adla çağırıldığı bilinir. İlk növbədə Lucifer haqqında danışmaq olar. Bu ad Əhdi-Ətiqdə yalnız bir dəfə, Əhdi-Cədiddə isə heç vaxt rast gəlinmir. Lucifer Günəş və Aydan sonra səmada ən parlaq obyekt olan Veneradan daha parlaq deməkdir.[13] "Yeşaya" 14/12–15-də Lüsifer təkəbbür və Allah olmaq istəyinə görə cənnətdən qovulmuş "səhər oğlu" adlı bir mələkdir.[10]
Şeytanın vəsvəsələri
[redaktə | mənbəni redaktə et]- Şirkə dəvət.
- Bidətə dəvət
- Böyük günahlara dəvət.
- Kiçik günahlara dəvət
- Məkruh əməllərə dəvət
- Savabı çox olan işdən uzaqlaşdırmaq üçün savabı az olan işə dəvət.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Иблис // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: Елдәҝәз—Итабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 353.
- ↑ Fatir surəsi, 6
- ↑ Bəqərə surəsi, 268
- ↑ Loğman surəsi, 33
- ↑ Əraf surəsi, 27
- ↑ Yasin surəsi, 60–61
- ↑ Joseph, Devil Worship: The Sacred Books and Traditions of the Yezidiz, Boston 1919.
- ↑ Babcock, William S. "Augustine on Sin and Moral Agency". The Journal of Religious Ethics. 16 (1). 1988: 28–55. JSTOR 40015077.
- ↑ ARSLAN, Ali. Büyük Kur’an Tefsiri. 16 cilt. İstanbul: Arslan Yayınları. ts.
- ↑ 1 2 KİTAB-I MUKADDES VE KUR’AN’A GÖRE ŞEYTAN
- ↑ Jung, Leo. "Fallen Angels in Jewish, Christian and Mohammedan Literature. A Study in Comparative Folk-Lore". The Jewish Quarterly Review. Philadelphia, Pennsylvania: University of Pennsylvania Press. 16 (1). July 1925: 88. doi:10.2307/1451748. ISSN 0021-6682. JSTOR 1451748.
- ↑ Asghar, Irfan. The Notion of Evil in the Qur'an and Islamic Mystical Thought. Diss. The University of Western Ontario (Canada), 2021.
- ↑ DÜZGÜN, Şaban Ali. "Dinsel ve Mitolojik Yönleriyle Cin ve Şeytan Algımız". Kelam Araştırmaları 10:2. 2012.