İkicütayaqlılar
İkicütayaqlılar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: ???: İkicütayaqlılar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
İkicütayaqlılar və ya diplopodlar (lat. Diplopoda) — Buğumayaqlılar tipinin çoxayaqlılar yarımtipinə aid sinif.
12000-ə yaxın növü məlumdur.
Təsnifatı
[redaktə | mənbəni redaktə et]- Helminthomorpha yarımsinfiPocock, 1887
- Callipodida dəstəsi Bollman, 1893
- Chordeumatida dəstəsi Koch, 1847
- Julida dəstəsi Brandt, 1833
- Platydesmida dəstəsi DeSaussure, 1860
- Polydesmida dəstəsi Pocock, 1887
- Polyzoniida dəstəsi Gervais, 1844
- Siphoniulida dəstəsi Cook, 1895
- Siphonophorida dəstəsi Hoffman, 1980
- Spirobolida dəstəsi
- Spirostreptida dəstəsi
- Stemmiulida dəstəsi Pocock, 1894
- Penicillata yarımsinfi Latreille, 1831
- Polyxenida dəstəsi Lucas, 1840
- Pentazonia yarımsinfi Brandt, 1833
- Glomerida dəstəsi Leach, 1814
- Glomeridesmida dəstəsi Latzel, 1884
- Sphaerotheriida dəstəsi Brandt, 1833
Quruluşu
[redaktə | mənbəni redaktə et]Bədənləri nisbətən uzun, yastıvari, silindrik kürəvari və ya qabarıq qövsşəkilli olub uzunluğu bir neçə mm-dən 10-20 sm-ədək olur.Ayaqların sayı 12 cütdən (fırçaquyruqlularda), 375 cütədək (tropik əslqırxayaq - Illacme plenipes) dəyişir. Birinci seqment ayaqsızdır. İkinci və dördüncü seqment bir cütbədənin hər seqmentində 2 cüt, yerdə qalan seqmentlər 2 cüt ayaq daşıyır. Bədənləri kalsium və karbohidratla zəngin olan qalxanla örtülmüşdür. Yan hissələrində müdafiə mayesi ifraz edən vəzlər vardır.
Diplopodların baş hissəsi bir-birinə bitişmiş akron və 3 ədəd baş seqmentindən ibarətdir. Dördüncü baş (boyun) seqmenti sərbəstdir. Diploidlərin baş hissəsi antena və 2 cüt çənə (mandibula və qnatohilari) ibarətdir. Qnatohilari alt çənə funksiyasını ödəyir, qidanı ağıza yönəldir. Baş hissədə, bığcıqların yan hissələrində sadə gözlərin məcmusu, yalançıfasetli gözlər yerləşir.
Diplopodların baş hissəsi bir-birinə bitişmiş akron və 3 ədəd baş seqmentindən ibarətdir. Dördüncü baş (boyun) seqmenti sərbəstdir. Diploidların bədəninin sonunda anal hissə - telson vardır. Erkək fərdlərdə dəyişilmiş cinsiyyət ayaqları (qonopodlar) vardır. Qonopodlar bədənin birinci və səkkizinci seqmentlərində yerləşir.
Tənəffüs sisteminin əsasını traxeyalar təşkil edir. Hər bir diplosomitdə 2 cüt, bədənin birinci seqmentində isə bir cüt stiqma (tənəffüs dəliyi) yerləşir. Qan-damar sistemi açıq tiplidir. Diploidların ürəyi uzunsov və çox kameralıdır. Ürək kameralarının sayı bədən seqmentlərinin sayı qədərdir. Diplopodlar müxtəlifcinslidirlər. Bir cüt cinsiyyət dəliyi ikincibədən seqmentində yerləşir. Mayalanma spermatofor tiplidir. Erkək fərdin ifraz etdiyispermatofor qabaq cinsiyyət ayaqları vasitəsilə tutulur, hərəkət ayaqları vasitəsilə səkkizinci seqmentdəki arxa cinsiyyət ayağına ötürülür. Cütləşmə zamanı erkək spermatoforu dişi fərdin cinsiyyət dəliyinə ötürür.
Bütün diplopodlarda inkişaf anamorfoz tiplidir. Yumurtadan çıxan sürfələrdə ayaqların dayı 3 cüt, seqmentlərin sayı natam olur. İkicütayaqlıların əksəriyyəti saprofaq olub torpaqdakı bitki qalıqları ilə qidalanır. Az miqdarda növlər canlı bitkilərlə qidalanır.Bu qrupun ən geniş yayılmış nümayəndələri (Julida dəstəsi) qırxayaqlardır.
Diploidların bədəninin sonunda anal hissə - telson vardır. Erkək fərdlərdə dəyişilmiş cinsiyyət ayaqları (qonopodlar) vardır. Qonopodlar bədənin birinci və səkkizinci seqmentlərində yerləşir.
Tənəffüs sisteminin əsasını traxeyalar təşkil edir. Hər bir diplosomitdə 2 cüt, bədənin birinci seqmentində isə bir cüt stiqma (tənəffüs dəliyi) yerləşir. Qan-damar sistemi açıq tiplidir. Diploidların ürəyi uzunsov və çox kameralıdır. Ürək kameralarının sayı bədən seqmentlərinin sayı qədərdir.[3]
Çoxalması
[redaktə | mənbəni redaktə et]Diplopodlar müxtəlifcinslidirlər. Bir cüt cinsiyyət dəliyi ikincibədən seqmentində yerləşir. Mayalanma spermatofor tiplidir. Erkək fərdin ifraz etdiyispermatofor qabaq cinsiyyət ayaqları vasitəsilə tutulur, hərəkət ayaqları vasitəsilə səkkizinci seqmentdəki arxa cinsiyyət ayağına ötürülür. Cütləşmə zamanı erkək spermatoforu dişi fərdin cinsiyyət dəliyinə ötürür.
Bütün diplopodlarda inkişaf anamorfoz tiplidir. Yumurtadan çıxan sürfələrdə ayaqların dayı 3 cüt, seqmentlərin sayı natam olur.
- İkicütayaqlıların əksəriyyəti saprofaq olub torpaqdakı bitki qalıqları ilə qidalanır. Az miqdarda növlər canlı bitkilərlə qidalanır.Bu qrupun ən geniş yayılmış nümayəndələri (Julida dəstəsi) qırxayaqlardır.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Integrated Taxonomic Information System (ing.). 1999.
- ↑ Shear W. A. Class Diplopoda de Blainville in Gervais, 1844. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 159–164. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7
- ↑ İkicütayaqlılar (Diplopoda)[ölü keçid]