İkinci London konfransı (1921)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

İkinci London konfransı - Birinci Dünya müharibəsinin bitməsindən sonra Almaniyanın ödəyəcəyi təzminatın müzakirə edildiyi konfrans. Uğursuzluqla nəticələnən Birinci London konfransının davamıdır.[1]

1921-ci ilin aprel ayının 29-dan may ayının 5-dək keçirilən ikinci London kofnransında Almaniyanın təzminat ödəməsinə dair komissiyanın qərarı müzakirə edildi. Təzminatın ümumi məbləği 132 mlrd qızıl marka miqdarında müəyyənləşdirildi. Müttəfiqlər Almaniyadan təzminatı ödəmək, sülh müqaviləsinin tərksilah keçirmək və müharibə canilərini təhvil vermək kimi şərtlərini yerinə yetirməyi tələb etdilər.[2]

Ultimatumun vaxtı qurtaran kimi, 1921-ci ilin may ayının 11-də Almaniya hökuməti bütün bu şərtləri qəbul etdiyini bildirdi.

Azərbaycan və konfrans

[redaktə | mənbəni redaktə et]

London konfransında Ə.M.Topçubaşov başda olmaqla mühacirətdə olan Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyəti də iştirak edirdi.

  • Musa Qasımlı. Avropa və Amerika ölkələrinin müasir tarixi. 2 hissədə I hissə (1918-1945). Bakı, Bakı "Dövlət Universiteti nəşriyyatı", 2003. 370 səh.