69°13′00″ şm. e. 51°06′00″ q. u.HGYO

İlulissat

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şəhər
İlulissat
dan. Ilulissat
Bayraq Gerb
Bayraq Gerb
69°13′00″ şm. e. 51°06′00″ q. u.HGYO
Ölkə  Qrenlandiya
Region Danimarka
Rayon Kaasuitsup
İcma Kaasuitsup
Mer Ole Morf
Tarixi və coğrafiyası
Əsası qoyulub 1741
İlk məlumat XVI əsr
Əvvəlki adı Yakobshavn
Sahəsi 11,25 km²
Mərkəzin hündürlüyü 2.010 metr
Saat qurşağı UTC−3
Əhalisi
Əhalisi 4.893 nəfər (2014)
Rəqəmsal identifikatorlar
Telefon kodu (+299) 94
Poçt indeksi 3952
Digər
qaasuitsup.gl
İlulissat xəritədə
İlulissat
İlulissat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlulissat və ya keçmiş adı ilə YakobshavnQrenlandiyanın qərbində, Kaasuitsup bələdiyyəsində, Şimal qütb dairəsindən təxminən 350 km uzaqlıqda yerləşən şəhər. 4.893 nəfər əhalisi ildə şəhər Nuuk və Sisimiut şəhərlərindən sonra Qrenlandiyanın ən böyük 3-cü şəhəridir. Şəhər bir çox xizək itinin evidir.

Qrenlandiya dilində "İlulissat" "aysberqlər" deməkdir. Şəhərin yaxınlığında yerləşən və Qrenlandiyanın ən görməli yerlərindən biri olan İlulissat buz fiordu YUNESKO-nun Dünya irsi siyahısındadır. Şəhərin əsas gəlir mənbəyi turizmdir. Burada yerləşən aysberqlər şimal yarımkürəsindəki ən böyük aysberqlərdir. İlulissat şəhərinin yaxınlığında Dikso körfəzi yerləşir.

Şəhər 1741-ci ildə Yokob Severin tərəfindən ticarət postu kimi qurulmuş və onun şərəfinə adlandırılmışdır.[1][2]

Qrenlandiyada insan tərəfindən tikilmiş ən böyük tikili şəhərdə yerləşən və XVIII əsrdə tikilən Zayon kilsəsidir. Sermemeuit yaxınlığından sonuncu sakin 1851-ci ildə şəhərə köçmüşdür.

İlulissat 2008-ci ilin martından Artika Okean Konfederasiyasının bölgələrindən biridir. Konfederasiyanın üzvləri Danimarka, Kanada, Rusiya, Norveç və ABŞ Artika ərazilərinin üzrindəki mübahisələr ətrafında müzakirələr aparmışdırlar (Hans adaları və Artika 2007). 2008-ci ilin 28 mayında konfederasiya İlulissat bəyannaməsini qəbul etmişdilər.

Şəhərin cənub-şərqində yerləşən İlulissat buz fiordu 2004-cü ildən Dünya irsi siyahısındadır.


İlulissatın iqlimi
Göstərici Yan Fev Mar Apr May İyn İyl Avq Sen Okt Noy Dek
Maksimum orta, °C −10 −11,1 −11,2 −4,4 3,1 8,2 11,2 10,0 5,3 −1 −5,1 −8,1
Orta temperatur, °C −13,5 −14,9 −15,2 −8,4 0,0 5,1 8,0 6,9 2,5 −3,8 −8 −11,3
Minimum orta, °C −16,8 −18,5 −19 −12,2 −3 2,2 4,9 3,8 −0,3 −6,4 −10,8 −14,5
Yağıntı norması, mm 14 13 14 18 17 23 29 29 37 24 23 16


Şəhərin ən güclü futbol komandası "Naqdlunquaq-48"dir. Bu futbol klubu bütün oyunlarını Nuuk şəhərində keçirir. 10 dəfə Qrenlandiya çempionu olmuşdur.

Qardaş şəhərlər

[redaktə | mənbəni redaktə et]

2014-cü ilin siyahıalmasına görə İlulissatda 4.893 nəfər yaşayır. İlulissat Kaasuitsap bələdiyyəsində ən böyük şəhərdir.

  1. Marquardt, Ole. "Change and Continuity in Denmark's Greenland Policy Arxivləşdirilib 2016-03-07 at the Wayback Machine" in The Oldenburg Monarchy: An Underestimated Empire?. Verlag Ludwig (Kiel), 2006.
  2. Kjærgaard, Kathrine (2010). "Grønland som del af den bibelske fortælling – en 1700-tals studie Arxivləşdirilib 2012-07-15 at the Wayback Machine" ["Greenland as Part of the Biblical Narrative – a Study of the 18th Century"]. Kirkehistoriske Samlinger, 51-130.