40°10′59″ şm. e. 44°31′00″ ş. u.HGYO

İrəvan quberniyası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İrəvan quberniyası
Gerb
Gerb

40°10′59″ şm. e. 44°31′00″ ş. u.HGYO


Ölkə Rusiya İmperiyası
İnzibati mərkəz İrəvan
Tarixi və coğrafiyası
Yaradılıb 1849
Ləğv edilib 1917
Sahəsi 27.830 km²
Əhalisi
Əhalisi 829.556 nəfər (1897)
Etnik tərkib ermənilər — 53,2%
azərbaycanlılar — 37,8%
Rəsmi dili Azərbaycanerməni
İrəvan quberniyası xəritədə
İrəvan quberniyası xəritədə
Ardıcıllıq
← Rusiya İmperiyası Zaqafqaziya Demokratik Federativ Respublikası →
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İrəvan quberniyasıRusiya imperiyası tərkibində Cənubi Qafqazda inzibati ərazi vahidi. İnzibati mərkəzi İrəvan şəhəri idi.

Quberniyanın tarixi

[redaktə | mənbəni redaktə et]
Qafqaz regionunun baş xəritəsi, 1858-ci il
Qafqaz regionunun ətraflı xəritəsi, 1869-cu il

1849-cu il iyunun 9-da İrəvan quberniyası yaradıldı[1]. Yeni quberniya və quberniya orqanları 1850-ci il yanvarın 1-dən fəaliyyətə başladı. Bütün keçmiş "Erməni vilayəti", o cümlədən Aleksandropol qəzası (Axalkalaki sahəsi olmadan) və Muğru sahəsinin bir hissəsi yeni yaradılmış İrəvan quberniyasına daxil oldu. Quberniya beş qəzaya: İrəvan, Aleksandropol, Novobayazet, NaxçıvanOrdubada bölündü. Göründüyü kimi İrəvan quberniyası tərkibində Ordubad xüsusi qəza kimi ayrılmışdı. Bəzi qəzalar sahələrə bölünmüşdü. İrəvan quberniyasında Zəngibasar, Sürməli, ŞərurSərdarabad sahələri var idi. Naxçıvan qəzası isə Naxçıvan və Dərələyəz sahələrinə bölünmüşdü. Ordubad qəzasında sahələr yox idi. Şərur sahəsinin inzibati mərkəzi Başnoraşen kəndi, Dərələyəz üçün Keşişkənd, Naxçıvan üçün Naxçıvan şəhəri idi. Digər sahə inzibati mərkəzləri iri kəndlərdə (Qəmərli, Qazıqışlaq, Zeyvə və b.) idi.

İrəvan quberniyası təşkil edildikdən sonra da onun xarici hüdudları və tərkibi müəyyən dəyişikliklərlə müşahidə edilmişdi. 1862-ci ildə yeni təyin olunmuş canişin Mixail Nikolayeviçin təqdimatı ilə çar II Aleksandr 1867-ci il dekabrın 9-da QafqazZaqafqaziya diyarının idarəsinin dəyişdirilməsi haqqında fərman verdi. Bu fərman üzrə Ordubad qəzası on yeddi ilədək mövcud olduqdan sonra ləğv edilərək, Naxçıvan qəzası ilə birləşdirildi. Onun yerinə Eçmiədzin qəzası təşkil edildi. Muğru sahəsi isə yeni yaradılmış Yelizavetpol quberniyasına birləşdirildi. İrəvan quberniyası yenə də beş qəzadan (İrəvan, Aleksadropol, Novobayazet, Naxçıvan, Eçmiədzin) ibarət oldu. Fərman İrəvan quberniyasının qəzaları arasında sərhədlərin dəyişdirilməsi işini canişinə həvalə etdi. Canişin bu hüquqdan istifadə edərək 1870-ci ilin əvvəllərində qəzaların hüdudlarında dəyişiklik etdi. Sürməli və Eçmiədzin qəzalarının bir hissəsi İrəvan qəzasına birləşdirildi. Şərur sahəsi isə İrəvan qəzasından ayrılaraq Naxçıvan qəzasına birləşdirildi. Lakin İrəvan quberniyasının qəzalarında, xüsusən Naxçıvan qəzasında ərazinin dəyişdirilməsi bununla başa çatmadı. Dövlət Şurasının təsdiq edilmiş rəyinə əsasən 1874-cü ildə Şərur-Dərələyəz və Sürməli qəzaları yaradıldı. Şərur-Dərələyəz qəzası Naxçıvanın iki sahəsi – Şərur və Dərələyəz əsasında təşkil edilmişdi. Bununla da Rusiya imperiyası tərkibində Naxçıvanın tarixi ərazisinin inzibati-ərazi bölgüsü üzrə çoxsaylı dəyişiklər, əsasən, başa çatmışdı.

İrəvan quberniyasına daxil olan qəzalar:

[redaktə | mənbəni redaktə et]

İkinci mərhələ həm də Erməni vilayətinin ləğvi və yeni inziba­ti ərazi sisteminin təşkili ilə başlanan dövrdür. 1840-cı ildə Er­məni vilayəti ləğv olunmuş, 1849-cu il 19 iyun tarixli dekretlə Irəvan quberniyası, quberniya tərkibində isə mahallar əvəzinə qəzalar təşkil edilmişdir. Bu tədbirlərdə məqsəd idarəçilik üsulunu təkmilləşdirməklə yanaşı, azərbaycanlıların əksəriyyət təşkil etdiyi əraziləri ermənilər yaşayan ərazilərlə birləşdirib birinci­lərin təsir dairəsini azaltmaq, idarə aparatında ikincilərin nümayəndələrini yerləşdirmək, beləliklə, ərazini yavaş-yavaş ermə­niləşdirmək olmuşdur. İrəvan quberniyası tərkibində aşağıda göstərilən qəzalar təşkil olunmuşdur: 1. Aleksandropol qəzası - buraya sonralar Axuryan-Artik, Ani, Qukasyan, Qugark, Spitak adlandırılmış rayonların əraziləri;

Naxçıvan qəzası - müasir Naxçivan MR ərazisi; Nor-Bayazet qəzası - buraya sonralar Hraz­dan, Sevan, Nor-Bayazet, Martuni, Vardenis adlandırılmış rayonların, Kotayk rayonu Qırxbulaq bölgəsinin azərbaycanlılar yaşayan kəndlərin, habe­lə Krasnoselsk rayonunun Göyçə gölü ətrafı əraziləri; Sürməli qəzası - Araz çayının sağ sahili (hal-hazırda Türkiyə ərazisidir); Şərur-Dərələyəz qəzası - buraya sonralar Yeğeqnadzor və Əzizbəyov adlandırılmış rayonların əraziləri, habelə Naxçıvan MR Sədərək rayonunun kəndləri; İrəvan qəzası - buraya sonralar Artaşat, Ararat, Masis, Kotayk adlandırılmış rayonlarının əraziləri (Masis və Kotaykın bir hissəsı); Eçmiadzin qəzası - buraya Eçmiadzin, sonralar Masis, Hoktemberyan, Abaran, Əştərək, Talin, Araqadz adlandırılmış rayonları­n əraziləri daxil idi. Qəzaların tərkibinin müasir rayonlarla müqayisəli şəkilda verilməsində məgsəd azərbaycanlı əhalinin o zaman bölgələrdə geniş miqyasda yerləşməsi barədə oxucuda təsəvvür yaratmaqdır. Söhbət əsasən Sovet Ermənistanının əksər his­səsini təşkil etmiş Aleksandropol, Nor-Bayazet, Şərur-Dərələ­yəz, İrəvan, Eçmiədzin qəzalarında yaşamış azərbaycanlıların sayı barədə gedəcəkdir. Çünki Sürməli və Naxçıvan qə­zaları, Şərur bölgələri Sovet Ermənistanının tərkibində olma­mışdır. 2-ci cədvəldə 1886-cı ildən 1917-ci ilədək İrəvan quberni­yasının 5 qzasında əhalinin yerləşməsi, sayı, demografık dəyişiklikləri haqqında məlumat verilir. Şəhərlərin əhalisi müva­fıq qəzaların əhalisi tərkibində göstərilmişdir. 1877-78-ci illərin rus-türk müharibəsində Rusiyanın qələbə­si, Türkiyənin bir sıra vilayətlərinin Rusiyaya birləşdirilməsi İrəvan quberniyasında, habelə Zaqafqaziyanın bir sıra bölgəsin­də ermənilərin yerləşdirilməsi kütləvi xarakter aldı. İrəvan quberniyasında ermənilərin xüsusi çəkisi xeyli artmağa başladı. Bu müharibədə ermənilərin fəal iştirakı Rusiyanın qələbə­sində mühüm rol oynadı. Ermənilər də rus qoşunlarının qələ­bəsinə çox böyük ümid bəsləyir, belə hesab edirdilər ki, rus qoşunlarinın qələbəsi nəticəsində Türkiyə ərazisinin ermənilər yaşayan bəzi əyalətləri Rusiyanın əlinə kəçəcək, bununla da "Böyük Ermənistan" mifinin reallaşması üçün şərait yaranacaqdır.

Onlar bu məqsədə çatmaq üçün hər vəchlə rus qoşunlarına yardım edirdilər. Belə ki, Tiflisdə, Yelizavetpolda, İrəvanda, hətta Bakıda, ermənilər yaşayan bölgələrdə nümayişlər keçirilir, "türk boyunduruğu" altında guya inliyən ermə­niləri "azad etmək üçün" könüllülər toplayıb rus goşunlarına yardım etməyə çağırırdılar.

İrəvan quberniyasının zadəganları

İnzibati bölgüsü

[redaktə | mənbəni redaktə et]
İrəvan quberniyasının inzibati xəritəsi; 1890-ci il vəziyyətinə uyğun 1892-ci ildə tərtib edilib.
Qəza Qəza mərkəzi Sahəsi,
versta²
Əhalisi[2]
(1897), nəfər
1 Aleksandropol qəzası Aleksandropol (30 616 nəfər) 3 303,7 165 503
2 Naxçıvan qəzası Naxçıvan (8 790 nəfər) 3 858,8 100 771
3 Yeni Bəyazid qəzası Yeni Bəyazid (8 486 nəfər) 4 156,8 122 573
4 Sürməli qəzası k. İğdır (4 680 nəfər) 3 241,0 89 055
5 Şərur-Dərələyəz qəzası k. Şərur (867 nəfər) 2 611,8 76 538
6 İrəvan qəzası İrəvan (29 006 nəfər) 2 664,2 150 879
7 Eçmiədzin qəzası Vaqarşapat (5 267 nəfər) 3 390,1 124 237
İrəvan quberniyasının etnoqrafik xəritəsi; 1902-ci ildə 1886-cı ilin kameral sayımı əsasında tərtib edilib.

1873-cü ildə aparılmış kameral siyahıyaalınmaya əsasən quberniyada 538.730 nəfər əhali yaşayırdı.[3] Onların 292.978 nəfərini ermənilər, 211.263 nəfərini tatarlar, 27.779 nəfərini kürdlər, 4.339 nəfərini ruslar, 1.250 nəfərini assuriyalılar, 1.090 nəfərini yunanlar, 24 nəfərini yəhudilər, 4 nəfərini almanlar, 2 nəfərini gürcülər, 1 nəfərini polyaklar təşkil edirdi.[4]

1917-ci ilin sta­tis­ti­ka­sı­na gö­rə keç­miş İrə­van qu­ber­ni­ya­sı əha­li­si­nin 38 fai­zi­ni mü­səl­man­lar, 60 fai­zi­ni er­mə­ni­lər təş­kil edir­di: Şə­rur-Də­rə­lə­yəz ma­ha­lın­da ümu­mi əha­li­nin 66.7 fai­zi, Sür­mə­li­də 63.6 fai­zi, Nax­çı­van­da 59 fai­zi mü­səl­man­lar idi. İrə­van şə­hə­ri­nin özü­nün əha­li­si 43.4 faiz mü­səl­man­lar­dan iba­rət idi.

1897 ci il üzrə milli tərkib

[redaktə | mənbəni redaktə et]

(ana dili üzrə)[5]






İrəvan quberniyası əhalisinin milli tərkibi (1897)   ermənilər (53,2 %)  azərbaycanlılar (37,8 %)  kürdlər (6 %)  ruslar (1,6 %)  Qalanları (1,4 %)

Qəzalar ermənilər azərbaycanlılar kürdlər ruslar assuriyalılar
Aleksandropol qəzası 85,5 % 4,7 % 3,0 % 3,4 %
Naxçıvan qəzası 34,4 % 63,7 %
Yeni Bəyazid qəzası 66,3 % 28,3 % 2,4 % 2,2 %
Sürməli qəzası 30,4 % 46,5 % 21,4 %
Şərur-Dərələyəz qəzası 27,1 % 67,4 % 4,9 %
İrəvan qəzası 38,5 % 51,4 % 5,4 % 2,0 % 1,5 %
Eçmiədzin qəzası 62,4 % 29,0 % 7,8 %
Cəmi quberniya üzrə 53,2 % 37,8 % 6,0 % 1,6 %

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

İrəvanda ilk qəza məktəbini 172 il öncə, 1836-cı ildə Mirzə Molla Məhəmməd oğlu yaradıb. 1881-ci ildə İrəvan quberniyasında üç təhsil ocağı - İrəvan Gimnaziyası, İrəvan Müəllimlər SeminariyasıUluxanlı kənd məktəbi açılmışdır. Bundan bir il əvvəl İrəvanda ibtidai məktəb, iki il sonra isə Böyük Vedidə yeni tipli məktəb fəaliyyətə başlamışdır. Qori Müəllimlər Seminariyasını bitirmiş Cəlil Məmmədquluzadə ilk dərsini Uluxanlı məktəbində demişdir. Firudin bəy Köçərli 1885-ci ilin iyun ayında İrəvan Gimnaziyasına Azərbaycan dili və şəriət müəllimi təyin olunmuş, düz on il burada çalışmışdır. Əməkdar elm xadimi, yazıçı Əziz Şərifin xatirələrindən bilirik ki, azərbaycanlı uşaqlar gimnaziyaya daxil olmaq üçün əvvəlcə hazırlıq mərhələsindən keçməliydilər və bu məqsədlə iki pansionun xidmətindən istifadə edilirdi. Atası onu ikinci pansiona qoymuşdu. Həmin il Mustafa bəy Topçubaşov və qardaşı Mehdi bəy Topçubaşov da pansionda oxuyublar. Müəllimlər Seminariyasının nəzdində hazırlıq şöbəsi kimi ibtidai sinif fəaliyyət göstərirdi. Burada azərbaycanlılar, ermənilər, ruslar, gürcülər, ukraynalılar və digər millətlərin nümayəndələri təhsil alırdılar. Onlara riyaziyyat, həndəsə, astronomiya, tarix, coğrafiya, rus dili, biologiya fənləri öyrədilirdi. Filologiya elmləri namizədi, İrəvan tarixinin tədqiqatçısı Əsgər Zeynalov Firudin bəy Köçərlinin İrəvanı "əhli üləma və şüəra şəhəri" kimi qiymətləndirdiyini vurğulayaraq yazır: "İstər İrəvan Gimnaziyasında, istər İrəvan Müəllimlər Seminariyasında təhsil o dərəcədə yüksək idi ki, onların məzunları Rusiyanın, eləcə də Avropanın ən güclü ali məktəblərində lazımi səviyyədə təhsillərini davam etdirə bilirdilər. Məsələn, İrəvan Gimnaziyasının və Müəllimlər Seminariyasının məzunlarından dünya şöhrətli alim, akademik Mustafa bəy Topçubaşov Kiyev universitetində, gimnaziyanın sonuncu qızıl medalçısı, görkəmli alim və ictimai xadim Əziz Əliyev Peterburq Hərbi Akademiyasında, professor Mehdixan Yerevanski, məşhur hüquqşünas alim Miryusif Mirbabayev, ictimai xadim Maqsud Məmmədov Moskva Universitetində, akademik Əhməd Rəcəbli İtaliyanın Peruça şəhərində Ali Kral Eksperimental Aqrar İnstitutunda, ziyalı ocağının layiqli övladları Adil və Əslidar Muğanlinski qardaşları Almaniyanın Leypsiq Universitetində təhsillərini davam etdirmişdilər... Akademik Heydər Hüseynov, böyük bəstəkarımız Səid Rüstəmov, görkəmli elm xadimi və ictimai xadim Həsən Seyidov da ilk təhsillərini İrəvan Gimnaziyasında almışlar". İrəvan Gimnaziyasının və Müəllimlər Seminariyasının fəaliyyətinə 1919-cu ildə ermənilər son qoydular.

  1. Военно-статистическое обозрение Российской империи. 1837-1854 Том 16. Кавказскiй край 6. Эриванская губернiя.; 1853
  1. Эриванская губерния Arxivləşdirilib 2022-09-15 at the Wayback Machine (rus.)
  2. "Первая всеобщая перепись населения Российской Империи 1897 г." 2013-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-06.
  3. Кавказский календарь на 1883 год, Тифлис, Главное управление главноначальствующего гражданскою частью на Кавказе, Кавказский статистический комитет, 1882 год, отдел I, Различные сведения, Некоторые статистические данные о состоянии губерний Кавказского края, стр. 224
  4. Сборник сведений о Кавказе. Том V. Изданный под редакцией Главного Редактора Кавказского Статистического Комитета Н.Зейдлица. Списки населенных мест Кавказского края. Часть I. Губернии: Эриванская, Кутаисская, Бакинская, Ставропольская и Терская область. Тифлис, 1879.
  5. "Демоскоп Weekly — Приложение. Справочник статистических показателей". 2012-02-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-06.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]