İstifadəçi müzakirəsi:Dorotheaa

Vikipediya, azad ensiklopediya
Ən son rəy:1 il öncə, Sura Shukurlu tərəfindən "Kukla hesab!" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç

Kukla hesab!

[mənbəni redaktə et]

  Bu istifadəçi Sura Shukurlu adlı istifadəçinin kuklasıdır.— surə m 12:06, 9 yanvar 2023 (UTC)Cavabla

   Vikipediya Xoş gəldiniz, Dorotheaa!
Tez-tez soruşulan suallar Salam, Dorotheaa. Tamamilə könüllü istifadəçilərin səyləri ilə yaradılan Vikipediya azad ensiklopediyasının Azərbaycan dilindəki versiyasına xoş gəlmisiniz!

Sınaq məqsədilə redaktə etmək üçün qaralama dəftərinizi istifadə edin.

Vikipediya beş əsas prinsip üzərinə qurulmuşdur. Fəaliyyətə başlamazdan əvvəl onları oxumanızda fayda var. Mövcud məqalələri redaktə etməyə və ya yeni məqalə yaratmağa tərəddüd etməyin, cəsur olun.

Siz də Vikipediyada fəaliyyətə başlamaq istəyirsinizsə, edəcəyiniz tək şey yuxarıdakı Redaktə və ya Mənbəni redaktə et düymələrindən birinə basmaqdır. Əlavə etdiyiniz məlumatların stil kitabçasına uyğun olmasına diqqət edin. Redaktənizin vandalizmdən uzaq olmasına və müəllif hüquqları pozuntusu olmamasına diqqət etməlisiniz!

imzanı belə atmaq olar

Məqalələrdə və bunlara köməkçi səhifələrdə (kateqoriyalar, şablonlar və s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual-cavab və s. formada olan yazılarınızın sonuna ~~~~ (4 tilda) işarəsini əlavə edərək və ya alətlər lövhəsindəki müvafiq düyməni (şəkildə) basaraq imzanızı atmağı unutmayın.

Əgər hansısa bir məqalə üzərində işləmək istəyirsinizsə, ancaq digər istifadəçilərin müdaxilə etməsini istəmirsinizsə, həmin məqaləyə {{iş gedir}} şablonunu yerləşdirə bilərsiniz.

İstifadəçi səhifənizə istifadəçi qutuları yerləşdirməklə digər istifadəçilərin sizin haqqınızda daha çox məlumat ala bilmələrini təmin edərsiniz.

Müəllif hüquqları ilə müdafiə olunan heç bir məlumatı bura əlavə etməməlisiniz! Yüklədiyiniz şəkilləri sizə aid olan qalereyada görə bilərsiniz.

Suallarınızı Kənd meydanında və ya Facebook/Telegram/Discord qruplarında verə bilərsiniz. Bundan əlavə, müzakirə səhifənizə {{kömək edin}} şablonunu yerləşdirib şablonun sonuna sualınızı qeyd edə bilərsiniz. Təcrübəli istifadəçilər sizə kömək etməkdən məmnun olacaqdır.

Hello and welcome to the Azerbaijani Wikipedia! We appreciate your contributions. If your Azerbaijani skills are not good enough, that’s no problem. We have an embassy where you can inquire for further information in your native language. We hope you enjoy your time here!
Məqalə adları
Redaktə qaydaları
Vikipediya qaydaları
Beş əsas prinsip
Stil kitabçası
Fayl yüklə
Müəlliflik hüquqları
Yeni məqalə yarat

eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 05:41, 24 noyabr 2022 (UTC)Cavabla

Şablon:Bomarea

[mənbəni redaktə et]

salam həmkar. bu şablon üzərində işləyəcəksiniz? Atakhanli (müzakirə) 12:27, 27 noyabr 2022 (UTC)Cavabla

üzərində başqa nə işə ehtiyac var? — Dorotheaa (müzakirə) 12:30, 27 noyabr 2022 (UTC)Cavabla
@Dorotheaa lütfən bu şablonun digər dillərdəki versiyasını göstərə bilərsinizmi? birləşdirim. uyğun redaktələri edim. Atakhanli (müzakirə) 12:47, 27 noyabr 2022 (UTC)Cavabla
ingilis dilində belədir: Template:Taxonomy/Bomarea — Dorotheaa (müzakirə) 12:49, 27 noyabr 2022 (UTC)Cavabla
sistem ilə tanış olmuşam. şablon bu cür olmalıdır, əksik yoxdur. başqa şablonlar var, onları da hazırlasam səhifələrdə qutular dolacaq. birləşdirməyi necə edə bilərəm? kateqoriyaları da birləşdirmək istəyirəm amma bacarmıram. kənd meydanını da istifadə edə bilmirəm. — Dorotheaa (müzakirə) 12:53, 27 noyabr 2022 (UTC)Cavabla
@Dorotheaa birləşdirmək deyəndə digər dillərdəki versiyası ilə əlaqələndirməyi nəzərdə tutursunuz? Atakhanli (müzakirə) 13:17, 27 noyabr 2022 (UTC)Cavabla
yeap Dorotheaa (müzakirə) 13:25, 27 noyabr 2022 (UTC)Cavabla
@Dorotheaa mən daha öncə bir istifadəçiyə izah etmişdim. məntiq eynidir. siz istəsəniz buradakı rəyimə baxın. anlaşıqlı olmasa və ya digər suallar ilə qarşılaşsanız mənə yenidən yazın təkrar izah edim. proses qarışıq görünsə də, asandır əslində. uğurlar. Atakhanli (müzakirə) 17:21, 27 noyabr 2022 (UTC)Cavabla
alındı, təşəkkür edirəm :) — Dorotheaa (müzakirə) 17:42, 27 noyabr 2022 (UTC)Cavabla
@Dorotheaa əla. hər hansı problem ilə qarşılaşsanız mütləq bildirin :) Atakhanli (müzakirə) 17:59, 27 noyabr 2022 (UTC)Cavabla

Blok

[mənbəni redaktə et]

Salam, buradakı redaktənizlə Nəzakət qaydalarının "Hansı əməllərə görə istifadəçi bloklana bilər" başlığının 5-ci və 11-ci bəndlərini pozduğunuz üçün hesabınız 1 həftəlik bloklanmışdır. Ümid edirəm ki, blok mddəti bitdikdən sonra fəaliyyətinizə daha nəzakətli formada davam etdirəcəksiniz. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 09:16, 1 dekabr 2022 (UTC)Cavabla

qaydalarla tanış deyildim, bu bir həftədə çalışacam oxuyum. amma gördüyüm üzrə vikipediya vandalizmə görə istifadəçilər 48 saat bloklana bilir və mənim redaktəm vikiyə daha az zərər vurub həmin istifadəçidən. zərər vurduğunu da düşünmürəm əslində, amma olsun. — Dorotheaa (müzakirə) 09:54, 1 dekabr 2022 (UTC)Cavabla
Blok müddəti 48 saata endirildi. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 10:05, 1 dekabr 2022 (UTC)Cavabla
təşəkkür edirəm. rəyimi də geri qaytara bilərsinizmi? zərərli əlavə olduğu üçün geri qaytarılmalıdır. — Dorotheaa (müzakirə) 11:08, 1 dekabr 2022 (UTC)Cavabla
@Dorotheaa ✔ Yerinə yetirildi Atakhanli (müzakirə) 11:10, 1 dekabr 2022 (UTC)Cavabla
mən buna görə, istifadəçinin bloklanmasının düzgün olduğunu düşünmürəm. qaydalarla tanışam. bundan əlavə, səhifəsinə yazılan şəxsin yazdıqları həqiqətən vikipediyada yeri yoxdur. Araz Zeyniyev (müzakirə) 12:04, 10 dekabr 2022 (UTC)Cavabla

Təşəkkür

[mənbəni redaktə et]

salam həmkar. vikipediyada vandalizmə qarşı aktiv fəaliyyətiniz üçün təşəkkür edirəm. bildirmək istəyirəm ki, fəaliyyətinizin nəticəsi son günlər ciddi şəkildə hiss olunur)) Atakhanli (müzakirə) 20:25, 17 dekabr 2022 (UTC)Cavabla

Çiçəkli bitki sıraları

[mənbəni redaktə et]

həmkar, belə etmək olar ki, Çiçəkli bitkilərin sıraları şablonu əlavə olunan məqalə avtomatik Çiçəkli bitki sıraları kateqoriyasına əlavə olunsun. yəni, bir də Çiçəkli bitki sıraları kateqoriyasına bir-bir məqalə əlavə etmək lazım deyil. bu faydalı olar? belə edək. Atakhanli (müzakirə) 21:41, 17 dekabr 2022 (UTC)Cavabla

əslində envikidə "çiçəkli bitkilər" məqaləsində də həmin şablon istifadə olunub, həmçinin şablonda keçid verilmiş bütün digər taksonomik vahidlərdə də. yəni bu şablon sırf bitki sıraları ilə bağlı məqalələrə yerləşdirilmir. amma azvikidə dəyişiklik etmək olar. əgər sözügedən digər taksonomik vahidlər üçün ayrı şablon yaradılacaqsa (mən hazırlayaram) və bu şablon bizdə sırf bitki sıraları ilə bağlı məqalələrə yerləşdiriləcəksə etmək olar. Dorothea (müzakirə) 21:50, 17 dekabr 2022 (UTC)Cavabla
Salam. Mən müxətlif vikipediyalara göz gəzdirdim - "sıra" kəlməsi (порядок) ancaq ruslarda keçir. İngilislər və demək olar ki, bütün dünya hamısına "dəstə" (order) deyir. Ona görə bilmirəm bizim də müəyyən bitki dəstələrinə "bitki sıraları" deməyimiz nə qədər düzgündü. Sizin təzəlikcə bir neçə səhifəyə "sıra" sözünü əlavə etdiyinizi gördüm, ona görə bu mövzu yadıma düşdü.— Sortilegus (müzakirə) 01:13, 27 dekabr 2022 (UTC)Cavabla
@Sortilegus bizdə "sıra" termini "dəstə" ilə eyni taksonu ifadə edir, sadəcə olaraq heyvanlarda dəstə, bitkilərdə isə "sıra" adlandırırlar bu taksonu. səhv xatırlamıramsa, eyni mövzu "tip" üçün də keçərlidir. bu takson Azərbaycan dilindəki mənbələrdə heyvanlar üçün "tip", bitkilərdə isə "şöbə" formasında istifadə olunur. amma hal-hazırda müasir sistematikada bu takson demək olar ki, ümumiyyətlə mövcud deyil. KM-da məlumatlar üçün Azərbaycan dilindəki mənbələrdən istifadə ilə bağlı başlıq açmışam. amma adlandırmaya gəldikdə Azərbaycan dilindəki mənbələrdən istifadə etmək dahamı doğru olar, yoxsa yanlışmı bilmirəm. əslinə qalsa öz dilimizdəki mənbələrdəki adlandırma əsas götürülməlidir. dorothy (müzakirə) 06:41, 27 dekabr 2022 (UTC)Cavabla
sovet nomenklaturasına görə, order bizdə heyvanlarda dəstə, digər bütün canlılarda (bitki, göbələk, prokariot və s.) sıra. bənzər şəkildə fəsilə Fəsilə: bitkilər və digərləri üçün fəsilə ikən, heyvanlar üçün ailədir. bunları mən də əzbərə bilmirəm, dəqiq istinadla yoxlamaq lazımdır. söz sinifləndirmədən açılmışkən, ümumiyyətlə sistematik biliyin biologiyada inanıldığı qədər böyük dəyər yoxdur. mən 20 ildən çoxdur peşəkar bioloqluq edirəm demək olar, ancaq pişiyin, insanın dəqiq hansı rankda, adı, sinfi, dəstəsi və sairəsinin əzbərə bilmirəm. ehtiyac da yoxdur. önəmli olan çox daha başqa şeylərdir. sözümün canı odur ki, azvikidə ayrı-ayrı milyonlarla fərdi növlər haqqında məqalələr yerinə, istinadlı, etibarlı informasiya həm geniş ictimamiyyət üçün daha faydalı, həm də azvikinin etibarını yüksəldib doğru informasiya qaynağı kimi özünü doğrultması üçün daha önəmlidir. məsələn, həyat məqaləsində "Üzvi birləşmələr inkişaf və çoxalma qabiliyyətlərinə malikdir." yazılıb. müzakirədə gərək saatlarla izah edim ki, biologiyanın ilk dərsində izah etdiyim çoxala bilən şey sadəcə hüceyrədir, canlıdır, dərsini başa düşə şəxs. belə fundamental səhvər var. və azərbaycanlı google-da axtararkən əncirin xərçəngə qarşı dərman bitkisi olduğu informasiyasını tapır. onun üçün əncirin sistematikası, və demək olar ki, dar mənada, 1-2 bioloqdan başqa çox adama lazım deyil, detallı sistematik bilik. Araz Zeyniyev (müzakirə) 10:46, 27 dekabr 2022 (UTC)Cavabla
bizim tərcümə etməyə davam etdiyimiz Campbell Biologiya internetdə açıq var və orada bitki bölümü tərcümə olunub. sıra, fəsilə və sairə mövzular orada yazılmış olmalıdır. vaxt olduqda dəqiqləşdirəcəyəm. kitabın tərcüməsini biz etdiyimiz üçün özünə istinad saymaq olar, ancaq campbell biologiyanın özü biologiyanın ən əsas əsərlərindən biridir. ingilis dilinə istinad verib. azərb. tərcüməsi qeydi keçib vermək etibarlı istinaddır. azərb. dilində biologiya sahəsində modern mətnlərin yoxluğunu nəzərə alsaq, bu qızıldır. Araz Zeyniyev (müzakirə) 10:49, 27 dekabr 2022 (UTC)Cavabla
Dorotheaa, mən taksonomik şablonları ingilisdilli vikidən aldığıma görə hamısını "dəstə" kimi veirirəm. Əgər mütləq "sıra" olmalıdırsa, onu sonra bizim Araz.Zeyniyev kimi bu sahəni bilən vikipediyaçıların məsləhəti ilə düzəldərik. Hələlik şablonları düzəldib bitirim ki, səhifələrdən xətalar qalxsın. Amma ingilis dilində "şöbə" və "tip" ayrı-ayrı taksonomik kateqoriyalardır. en:Phylum tipdir, en:Division (biology) şöbədir. Orada problem yoxdurş Bir bu "dəstə" və "sıra" məsələsi problemlidir. — Sortilegus (müzakirə) 13:00, 27 dekabr 2022 (UTC)Cavabla

"Copy-paste" məlumat

[mənbəni redaktə et]

Salam, həmkar. Məqalələrdə "copy-paste" edilmiş hissələri çıxararkən zəhmət olmasa, açıqlama hissəsinə "copy-paste" olunan veb saytın linkini də yerləşdirin. Uğurlar! Burocan (müzakirə) 07:42, 24 dekabr 2022 (UTC)Cavabla

salam. təşəkkür edirəm, nəzrərə alacam. bundan əvvəl etdiklərimdə məzmun daxilində saytın adı da yazılmışdı deyə qeyd etmək fikrimdən çıxdı. Dorothea (müzakirə) 07:45, 24 dekabr 2022 (UTC)Cavabla

Cins və növ

[mənbəni redaktə et]

Takson qutuları üçün təşəkkür. mən elə işlədikcə, silsəm, siz sonra düzəltsəniz qutunu, problem deyilki?

Əsas demək istədiyim başqa şey idi, əslində ) deməli bu Adi tovuz quşuTovuz quşu misalında belə bir problem var. Tovuz quşu deyildikdə, az. dilində adi tovuz quşu başa düşülür. hətta texniki biologiya mətnlərində belə, xüsusi ehtiyac olmadıqca adi tovuz quşu ifadəsi istifadə olunmur. Tovuz quşu növün aid olduğu cinsin adı da olduğu üçün işlər tam qarışır. ümumiyyətlə, məncə bu iki məqalənin içi çox qısa olduğu üçün eyni məqalə olmalı və tovuz quşuadi tovuz quşu terminləri aydınlaşdırılmalıdır. belə ikili hallar çox saydadır. cirə vs. adi cirə və sairə və ilaxır. Araz Zeyniyev (müzakirə) 21:25, 27 dekabr 2022 (UTC)Cavabla

xeyr, problem deyil, gördükcə düzəldəcəm. dediyiniz məqama gəldikdə, Azərbaycan dilindəki sistemləşdirməyə görə (azvikidə tam olaraq hansı mənbədən istifadə olunur mən də dəqiq bilmirəm) hər hansı növ, cinsin tipik növüdürsə, həmin növün adı "adi" ilə başlayır. bu demək olar ki, bütün taksonlarda belədir. misal üçün, Adi küknar. bu gün ərzində, ya da sabah E. Qurbanovun kitabını əldə edəcəm, hansı ki, azvikidə demək olar ki, bütün bitki taksonlarının adlandırması həmin kitaba əsasən aparılıb. heyvanlar üçün istifadə edilmiş mənbə isə mənə də maraqlıdır. dorothy (müzakirə) 21:33, 27 dekabr 2022 (UTC)Cavabla
hər zaman adi sözü əlavə olunmur, bəzən başqa adlar ola bilir. ona görə, dəqiqləşdirmə lazımdır. ... qurbanovun kitabını necə əldə edirsiniz? ABŞ-da? Araz Zeyniyev (müzakirə) 21:36, 27 dekabr 2022 (UTC)Cavabla
Azərbaycandayam və bəxtim gətirsə buradakı kitabxanalardan birindən tapa biləcəyimi düşünürəm. dorothy (müzakirə) 21:38, 27 dekabr 2022 (UTC)Cavabla
kitabxanalarda tapsanız, məs. axundov mərkəzidə, binadan kənara çıxarmağa icazə verilmir və ona görə, skan etmək, rəqəmsallaşdırmaq alınmır. mən də bu haqda facebook səhifəmdə yazmışam, axtarıram kitabı https://www.facebook.com/zeyniyev.araz skan aparatı olan yoldaşlvar var. onlar kömək edə bilər. tapa bilsəniz, hətta başqa kitabları da, səyləri birləşdirib bir neçə kitab pdfə çevirmək olar. Araz Zeyniyev (müzakirə) 21:42, 27 dekabr 2022 (UTC)Cavabla
mən buradakı tanışlarımdan birindən xahiş etdim ki, universitet və ya məktəb kitabxanalarından axtarış etsin. yəqin ki, tapılsa elə bir yerdən tapılacaq və bir müddət əlimdə olacaq kitab. dorothy (müzakirə) 21:45, 27 dekabr 2022 (UTC)Cavabla
kitabın müəllif hüquqları pozulmazmı belə olan halda? dorothy (müzakirə) 22:07, 27 dekabr 2022 (UTC)Cavabla
sovet əməyi ilə yazılan əsərlər xalqın ictimai əsəridir, şəxsi mülk deyil ) ancaq kapitalizm adı altında olar, düzdü. Araz Zeyniyev (müzakirə) 22:14, 27 dekabr 2022 (UTC)Cavabla

ASE / AME istinad şablonu

[mənbəni redaktə et]

siz şablonlar üzərində işləyirdiniz, səhv etmirəmsə? bu şablonlar sadəcə (source edit)də var, visual editdə yaratmaq və inkişaf etdirmək mümkündürmü?

Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. ISBN 978-9952-441-00-0.

Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976–1987.[1]

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 6-cı cild: Çin – Dərk (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2015. səh. 521. ISBN 978-9952-441-11-6.

Araz Zeyniyev (müzakirə) 15:22, 30 dekabr 2022 (UTC)Cavabla

@Araz.Zeyniyev tam anlamadım. ümumiyyətlə istinada şablon daxil etməyimi deyirsiniz? vizual redaktədə istifadə etmək üçün yuxarıdakı "istinad" bölmünə daxil olursunuz, ordana "əsas", açılan pəncərədə şablonlar bölümüə daxil olub şablonun adını yazırsınız. dorothy (müzakirə) 15:31, 30 dekabr 2022 (UTC)Cavabla
hə indi tapdım. mən insert adı altında deyil, cite altında axtarırdım. yəqin orada olmalıdır, yox? istənilən halda, bu şablonları inkişaf etdirmək yaxşı olar. şablonlarda başa düşülməyən 1, 2, 3 kimi təsvir olunmamış field lər var. bundan başqa, ASE niyə kiril ilə yazılsın? AME (25 cilddə) yazılıb, ancaq sadəcə 8-9 cildi var indi. hər bir cildin ili yazılmalıdır yəqin. sonra nüsxə sayı gərəksizdir məncə AME-də. və sairə. Araz Zeyniyev (müzakirə) 15:41, 30 dekabr 2022 (UTC)Cavabla
@Araz.Zeyniyev cite>manual>basic>insert>template>şablonun adını yazıb parametrləri doldurun sonra iki dəfə görünən insert-ə kliklədikdə hazır olur. dorothy (müzakirə) 15:50, 30 dekabr 2022 (UTC)Cavabla
parametrlərə əl gəzdirib il nüansını əlavə etməyə çalışacam. @Toghrul R ASE-nin adının kirillə yazılması nə üçün önəmlidir? dorothy (müzakirə) 15:53, 30 dekabr 2022 (UTC)Cavabla
ASE-yə istinad məncə kiril ilə deyil, latın ilə yazılmalıdır. əsas səbəb google axtarışda, dəyərləndirmədə latını əsas alır yəqin. 2-cisi sovet dövrünün kitablarına istinad ümumiyyətlə latın ilə yazılır, mötərizədə əslinin adı yazı bilər bəlkə, ancaq bu da, qarışıqlıq yaradar. Araz Zeyniyev (müzakirə) 16:01, 30 dekabr 2022 (UTC)Cavabla
Dorotheaa ASE-dəki məqalələrin başlıqları demək olar hamısı kiril qrafikası ilə yazılıb. --► Hörmətlə: SolaVirum 16:09, 30 dekabr 2022 (UTC)Cavabla
ASE-də hər şey kiril əlifbası ilə yazılıb. Deyək ki, oradan sitat gətirildiyində aviki məqaləsi içində, kiril ilə yazılmaz, latına çevrilməlidir. Araz Zeyniyev (müzakirə) 16:15, 30 dekabr 2022 (UTC)Cavabla

Şablon birləşdirmə

[mənbəni redaktə et]

Salam Dorotheaa. {{Latb}} + {{Latb-düzəliş}} + {{Latb-alava}} ‎— bu 3 şablonu birləşdirmək istəyirəm. Tək şablon {{Latb}} olacaq. Yoxsa ki, hərkəs 1 bitkinin adını bu 3 şablona fərqli yazır, qarışıqlıq yaranır. Kimin nə düzəlişi olsa əsas {{Latb}} şablonunda eləsin. Bütün adlandırmalar ora yığılır, adları orada müqayisə etmək imkanı da yaranır.— Sortilegus (müzakirə) 21:17, 31 dekabr 2022 (UTC)Cavabla

@Sortilegus salam. mən belə başa düşdüm ki, şablonda istifadə olunan modulda limit olduğu üçün yarısını başqa şablonlara əlavə ediblər. bəlkə də yanılıram. həmçinin bir nüans da var ki, bəzi əlavə edilən adlar mənbə olaraq göstərilən kitabda yoxdur. odur ki, mən siyahını yenidən işləyə bilərəm və əgər siyahı qısalsa vahid şablon yaratmaq mümkün olar. dorothy (müzakirə) 21:21, 31 dekabr 2022 (UTC)Cavabla
Yox, məhdudiyyət yoxdur. Bu şablonları bizim bir vaxtlar çox aktiv olan vikipediya redaktorumuz Vago hazırlayıb. İndi çox da aktiv fəaliyyət göstərmir, arabir redaktələr edir. Azvikidə bitkilər və heyvanlar haqqında məqalələrin 90%-nin müəllifi Vagodur. Mənbə olaraq göstərilən kitab (Elşad Qurbanovun kitabı) "qeyd-şərtsiz dəqiq kitabdır və oradakı adlandırmaları biz qəbul etməliyik" deyə bir şey yoxdur. Adlandırmalarda çoxlu səhvlər var. Ona görə bütün adlar 1 şablona yığılanda, müqayisə etmək imkanı yaranır. Məsələn, siz düşünürsünüz ki, törəmə taksonların adı "şorangə"dir, amma {{Latb}} şablonuna girib görürsünüz ki, ana taksonun adı "şoranı"dır. Bu zaman həm bunu qəbul etmək, həm də buna etiraz etmək imkanı yaranır və dəqiqləşdirmə aparılır. Yoxsa 1 nəfər {{Latb-alava}} və ya {{Latb-düzəliş}} şablonuna "şorangə" yazır, 1 nəfər {{Latb}} şablonuna "şoranı" yazır, məqalələrin adlandırmalarında qarışıqlıq yaranır. Bir də düşünün ki, 1 cinsə aid 100 növ varsa necə olur - 50 məqalənin adında "şorəngə", 50 məqalədə adında "şoranı" yazılır (misal təmsilidir). Düşünürəm ki, Vago {{Latb-alava}}{{Latb-düzəliş}} şablonlarını onun özündə şübhə doğuran adlandırmalar üçün yaradıb və adlandırmalarda dəqiqləşdirmələr apardıqca dəqiq adları {{Latb}} şablonuna əlavə edib. Məncə, biz əlavə şablonları ləğv edib onları {{Latb}}-də ümumləşdirək. Çünki Vago o vaxt təkbaşına bu işlə məşğul olduğu üçün istədiyi kimi dəstək şablonları yarada bilib, amma indi azviki böyüdükcə biologiya məqalələrin redaktorlarının sayı artır. Biz bu redaktorların işini asanlaşdıraq. Mən {{Latb-alava}}{{Latb-düzəliş}} şablonlarının içini {{Latb}} şablonuna əlavə elədim. İndi təkrar adlandırmaları ləğv edirəm. Ən axırda da baxarıq {{Latb-alava}}{{Latb-düzəliş}} səhifələrinə hansı daxili keçidlər qalır. Sistem məlumatlarına istinad edən şablonlar olduqları üçün onlara istinad edən səhifələrin siyahısı bir az gec yenilənir. O iş mənlik :) Sizdən xahiş edirəm ki, biz {{Latb}} şablonunu bitkilərin adları, {{Lath}} şablonunu heyvanların adları üçün əsas alaq. Hörmətlə:— Sortilegus (müzakirə) 21:54, 31 dekabr 2022 (UTC)Cavabla
yoldaşlar, deyəsən elədiyiniz dəyişikliklər, hər yerdə takson adlarını xərab edib ( məs. Canavar Araz Zeyniyev (müzakirə) 14:54, 1 yanvar 2023 (UTC)Cavabla
kiçik bir qeyd. elmi sinifləndirmə adlarına latın demək elmi olaraq doğru deyil və hətta qarışıqlıq yaradır. alma lat. hansısa latın sözündən törədiyini bildirmək üçün istifadə olunacağı kimi, lat. elmi takson adı da ifadə edir azərb. dilində. düzdü ruslardan alınıb və onlar hələ də isitfadə edir. ancaq prinsipcə səhvdir və digər dillər, ənənin əsli olan alman dili də daxil artıq bunu istifadə etmir. çox böyük əmək deyilsə, lat. anlayışı yerinə elmi ad kimi bir şey istifadə etmək lazımdır. Araz Zeyniyev (müzakirə) 14:56, 1 yanvar 2023 (UTC)Cavabla
elə buna görə də mən geri qaytarmışdım dəyişiklikləri, hörmətli @Sortilegus, məqalələrdə xəta yaranmışdı. @Araz.Zeyniyev mən də hal-hazırda bununla məşğulam, bu mənbəni sadəcə adlandırma üçün istinad göstərir və səhifəsini də qeyd edirəm. əgər həmin kitabda yoxdursa araşdırma edir, adı dəyişir və ya "mənbə göstərin" yerləşdirirəm. dorothy (müzakirə) 15:18, 1 yanvar 2023 (UTC)Cavabla
tamamilə doğrudur: "(Elşad Qurbanovun kitabı) "qeyd-şərtsiz dəqiq kitabdır və oradakı adlandırmaları biz qəbul etməliyik" deyə bir şey yoxdur.". ümumiyyətlə bu kitab köhnədir. yeni nəşr olunsa da, verilən istinadları içində bir dənə də, ingilis dilində istinad yoxdur, və köhnədir. ümumiyyətlə, faktlar üçün etibarı mənbə deyil. bu kitabı yalnız azərb. adlar üçün istinad kimi qəbul etmək olar, o da ASE/AME-dən sonra. əgər orada yoxdursa. bundan əlavə, qurbanovun kitabında səhifə göstərilməsini tələb etməliyik. hər yerə əlavə olunub, və yoxlamaq çox çətindir. axtarış aparmaq üçün rəqəmsal halı, hələ ki, yoxdur, ortada. Araz Zeyniyev (müzakirə) 15:01, 1 yanvar 2023 (UTC)Cavabla
{{Latb}} + {{Latb-düzəliş}} + {{Latb-alava}} bilmirəm bunları arasında fərq varmı, ancaq birləşdirmək, mərkəziləşdirmək önəmlidir. ancaq xahiş edirəm, qlobal dəyişiklik aparmadan əvvəl, hər yerdə məntləri dəyişdirib dəyişdirmədiyinə, və keçici də olsa, orada qəribə işarələr çıxmadığında əmin olun. hazırda takson adlar görünmür. Araz Zeyniyev (müzakirə) 15:04, 1 yanvar 2023 (UTC)Cavabla
və niyə, latB, b nə deməkdir orada? Araz Zeyniyev (müzakirə) 15:07, 1 yanvar 2023 (UTC)Cavabla
bitki deməkdir "b", heyvanlar üçün şablonun adı "lath"-dır :) dorothy (müzakirə) 15:18, 1 yanvar 2023 (UTC)Cavabla
https://de.wikipedia.org/wiki/Wikipedia:Taxoboxen
almanların təcrübəsinə baxmaq faydalı ola bilər, çünki onlarınkı azərb. sisteminə ən yaxındır. ing. sistemdən daha yaxındır. Araz Zeyniyev (müzakirə) 15:11, 1 yanvar 2023 (UTC)Cavabla

White Demon ulduzu

[mənbəni redaktə et]
White Demon ulduzu
Bir aydan çoxdur ki, qeydiyyatdan keçməyinizə baxmayaraq, aktiv fəaliyyət göstərdiyiniz, faydalı əlavələr etdiyiniz, 2000-dən çox redaktəyə imza atdığınız və müzakirələrdə aktiv iştirak etdiyiniz üçün bu ulduz təqdim olunur. Uğurlar.— Şiroi Akuma 14:13, 6 yanvar 2023 (UTC)Cavabla
White Demon təşəkkür edirəm) — dorothy (müzakirə) 15:11, 6 yanvar 2023 (UTC)Cavabla