İveron monastırı
şərqi ortodoks xristianlıq | |
İveron monastırı | |
---|---|
Μονή Ιβήρων | |
Həsr olunub | Məryəm ananın fərziyyəsi[d] |
Ölkə | |
|
|
Saytı | |
imiviron.gr | |
Vikianbarda əlaqəli mediafayllar |
İveron monastırı (yun. Μονή Ιβήρων, gürc. ივერთა მონასტერი) — Yunanıstanın müqəddəs Afon dağında yerləşən pravoslav indiki yunan monastırı. Afon dağının iyerarxiyasında üçüncü yeri tutur. Yarımadanın şimal-şərqində yerləşir; 980—983-cü illərdə gürcülər tərəfindən qurulmuşdur.
Tarixi
[redaktə | mənbəni redaktə et]İveron (Ιβήρων) yunanca "gürcülərə məxsus" deməkdir[1], İberiya tarixi Gürcüstan dövlətidir. Monastırın adı onun qurucusu və ilk memarı olan gürcü rahibi İoann İberiyalı ilə əlaqələndirilir. Monastır gürcü kral Baqrationilər evinin vəsaiti ilə inşa edilmişdir.
Rusiyada pərəstiş edilən İberiya ikonası buraya məxsusdur.
1830-cu ildə İveron monastırı yunanlar tərəfindən istila edildi, 1866-cı ildə bütün gürcü yazıları yunan yazıları ilə əvəz olundu.
Hazırkı vəziyyəti
[redaktə | mənbəni redaktə et]Iveronda, Afos dağındakı digər monastırlardan daha çox müqəddəs qurumuş cəsədlər var.
Monastırın kitabxanasında ən çox gürcü, yunan, ivrit və latın dillərində olan 2000-dək əlyazma, 15 silsilə və 20000 çap kitabı var.
Hal-hazırda monastırda 30-a yaxın rahib və rahibliyə hazırlaşanlar yaşayır.
Baş keşişləri
[redaktə | mənbəni redaktə et]- İoan İberiyalı (983—1002)
- Yevfimi Afonlu (1002—1028)
- Georgi Afonlu (1028-dən sonra —1065-ə qədər)
- Paxomi (1640-cılar), arximandrit
- Vasili (Qondikakis), arximandrit (1990—2005)
- Nafanail, arximandrit (2005 — h/h)
Sərgi
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Mount Athos — Athens: Sotiris Kadas, 1986. — P. 51.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Иером. Леонтий (Козлов), Силогава В. И., Ченцова В. Г. и др. Иверский монастырь // Pravoslav Ensiklopediyası. — M. : 2009. — Т. XXI. — С. 24—60. — 752 с. — 39 000 экз. — ISBN 978-5-89572-038-7.