Şəkər pendir
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Şəkər-pendir — şəkər tozu, patka və vanilindən hazırlanan, Azərbaycanda geniş istifadə olunan şirniyyat.
Hazırlanma qaydası
[redaktə | mənbəni redaktə et]Bİr porsiya üçün 830 qram şəkər tozu, 250 q patka, 0,25 q vanilin istifadə olunur. Bir qazana şəkər tozu və su tökülüb 8–10 dəqiqə ərzində 105–110 °C temperaturda qaynadılır. Patka əlavə edib orta karamel nümunəsinə (nəmliyi 3–3,5% qalanadək) gəlincə bişirilir. Hazır karamel kütləsi mərmər masanın üzərinə (yağlanmış tavaya da tökmək olar) tökülüb 70–80 °C temperatura qədər soyudulur, vanil əlavə edilir. Karamel kütləsi övkələnir və tamamilə ağarınca əldə dartılır. Sonrakı əməliyyat şəkər kirşanı səpilmiş taxta massa üzərində aparılır. Burada karamel kütləsi baton şəklində yayılır və batonun ucu qayçı vasitəsilə əyri yastıq formasında tikəciklərə doğranılır.