Şadmehr Akili
Şadmehr Akili | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Şadmehr Akili |
Doğum tarixi | 27 yanvar 1973 (51 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, bəstəkar, kino aktyoru |
Fəaliyyət illəri | 1994-cü ildən |
Janrlar | pop musiqisi, blüz, rok |
Musiqi alətləri | piano |
shadmehraghili.net naslemusic.com/… |
Şadmehr Akili və ya Şadmehr Ağili (fars. شادمهر عقیلی; 27 yanvar 1973, Tehran[1]) — İranlı musiqiçi, televiziya aparıcısı və müğənnidir.
Tehran konservatoriyasında təhsilini başa vurmuş Şadmehr Akili bir müddət İRİB televiziyasında veriliş aparmışdır. İran İslam İnqilabından sonra İranda yetişmiş müasir pop musiqi sənətçilərindən biri hesab olunan Şadmehr Akili 1997-ci ildə ilk solo albomu olan "Bahar-e Man" adlı albomunu buraxmış, 1998-ci ildə isə Mosafer adlı ikinci albomunu buraxmışdır. 1999-cu ildə isə Şadmehr Akili üçüncü albomu olan Dehati adlı albomunu buraxmışdır. Dehati albomu İranda İslam İnqilabından sonra fars dilində çıxan birinci pop musiqisinə aid olan albom hesab olunur. 2001-ci ildə isə dördüncü albomu olan Par-e Parvazı çıxardan Akili, 2003-cü ildə AVANG və NAVAMEDIA ilə müqavilə imzalayaraq Kanadaya köçmüşdür. Şadmehr Akili hal-hazırda Kanadada yaşayır və karyerasını burada davam etdirir.[2]
Albomları
[redaktə | mənbəni redaktə et]Albomlar | Adı | Farsca adı | Tərcüməsi | Qeyd |
---|---|---|---|---|
ili | ||||
Rəsmi | ||||
1997 | Bahar e Man | بهار من | Mənim baharım | İnstrumental |
1998 | Fasl e Ashenayi | فصل آشنایی | Tanış olmaq fəsli | |
Mosafer | مسافر | Səyyah | ||
1999 | Dehaty | دهاتی | Kəndli | |
Mashgh e Sokoot | مشق سکوت | Sükut məşqi | ||
Naghmeha ye Mashreghi | نغمه های شرقی | Şərq melodiyaları | İnstrumental | |
2001 | Par e Parvaz | پر پرواز | Uçmaq üçün qanadlar | Eyni adlı filmin saundtrekləridir |
2003 | Doori o Pashimani | وری و پشیمانی | Ayrılıq və peşmanlıq | |
Khiali Nist | خیالی نیست | Mənim üçün əhəmiyyəti yoxdur | Kanadaya köçdükdən sonra | |
2004 | Adam Foroush | آدم فروش | Xain | |
2005 | Popcorn | پاپکرن | ||
2009 | Taghdir | تقدیر | Taleh | |
2012 | Tarafdaar | طرفدار | Vəkil | |
2016 | Tajrobeh Kon | تجربه کن | Bunu yoxlayın | |
2018 | Tasvir | تصویر | Şəkil | |
Qeyri-rəsmi | ||||
1994 | Shaam-e Ghariban | شام غریبان | Qəriblik gecəsi | |
2000 | Fariba | فریبا | Faribaa (lit. Cazibədar) | |
2002 | Adam o Hava | آدم و حوا | Adəm və Həvva | |
2004 | Rag-e Khaab | رگ خواب | Kor nöqtə | Kanadaya köçdükdən sonra İranda buraxılan instrumental |
2006 | Talafi | تلافی | İntiqam | |
2007 | Sabab | سبب | Səbəb | Sızdırılmış iş |
2010 | Antique | انتیک | Antik | |
22 Albom |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Freebase Data Dumps. Google.
- ↑ "Arxivlənmiş surət". 15 noyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 dekabr 2021.