Şaftalı mənənəsi
Şaftalı mənənəsi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: ???: Şaftalı mənənəsi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Şaftalı mənənəsi (lat. Myzodes persicae Sulz.) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin mənənələr fəsiləsinə aid olan növ.
Xarici quruluşu
[redaktə | mənbəni redaktə et]Köçəri mənənədir. İri, bozumtul-qonur rəngdədir. Arxasında uzununa qara ziyil cərgəsi vardır. Zərərverici şaftalı, badam, ərik və alça ağaclarının gövdə qabıqlarında və budaqların aşağı səthlərində çoxlu sayda topalarla yaşayırlar.
Həyat tərzi
[redaktə | mənbəni redaktə et]Sürfələrin inkişafı martın sonu və aprelin birinci ongünlüyündə havanın orta günlük temperaturu 15-16o C olduqda başa çatır. Onların yaşlı fərdlər mərhələsinə keçməsi üçün 16-30 gün tələb olunur. İlk diri doğan qanadlı dişilər may ayında inkişaf edərək, yay fəsli müddətində artırlar. Onlara sentyabrın sonu və hətta oktyabrın əvvəllərində də rast gəlmək olur. Daimi növ olduğuna görə, mövsümdən asılı olaraq, meyvə ağaclarının üzərində daha çox rast gəlinir. Yumurta qoyan dişilərdə nəsilvermə qabiliyyəti yüksəkdir. Yumurtaların sayı-13-18-ə çatır. Onlar yumurtalarını budaqların aşağı tərəflərinə, kölgəli yerlərə qoyurlar. Yumurtaların inkişafı üçün optimal temperatur 25-28o C hesab olunur. Qışlama dövrü yumurta mərhələsində başa çatır. İl ərzində 8-9 nəsil verir.[2][3]
Yayılması
[redaktə | mənbəni redaktə et]Şəki-Zaqatala bölgəsində şaftalı və badam ağaclarının ən qorxulu zərərvericisi hesab edilməklə ifraz etdiyi mayenin əmələ gətirdiyi his göbələyi də bu ağaclara ciddi zərər verir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ E.F.Səfərova. Abşeronda bəzək bitkilərinə zərərverən cücülər, onların biotənzimlənməsində entomofaqların rolu (Dissertasiya). Bakı, 2013
- ↑ "Naxçıvan Muxtar Respublikasında çəyirdəkli meyvə ağaclarına zərər verən həşəratlar və onların entomoqafları" (PDF). 2017-12-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-04.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- E.F.Səfərova. Abşeronda bəzək bitkilərinə zərərverən cücülər, onların biotənzimlənməsində entomofaqların rolu (Dissertasiya). Bakı, 2013