Şahzadə Qorqud
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Şahzadə Qorqud | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1467[1] |
Doğum yeri | Amasya sancaqbəyliyi, Osmanlı imperiyası |
Vəfat tarixi | 13 mart 1513 |
Vəfat yeri | Kütahya sancaqbəyliyi, Osmanlı imperiyası |
Dəfn yeri | Muradiyə külliyəsi, Bursa |
Fəaliyyəti | siyasətçi, musiqiçi |
Atası | II Bəyazid |
Anası | Nigar Xatun |
Uşaqları |
Fərahşad Sultan Fatma Sultan |
Ailəsi | Osmanlı xanədanı |
Şahzadə Qorqud (1467[1], Amasya – 13 mart 1513, Kütahya) — 8. Osmanlı sultanı II Bəyazidin oğlu, Osmanlı şahzadəsi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Uşaqlıq illəri
[redaktə | mənbəni redaktə et]Şahzadə Qorqud 1467-ci ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun kənizlərindən Nigar Xatundur. Uşaqlıq illəri Amasyada keçən Şahzadə Qorqud 1480-ci ildə qardaşlarıyla birlikdə İstanbula — babası Fateh Sultan Mehmedin yanına göndərildi. Burada qardaşları Əhməd, Aləmşah, Mahmud və Səlim, eləcə də əmisi Şahzadə Cemin oğlu Oğuz xanla birlikdə möhtəşəm mərasimlə sünnət edildi. Ertəsi il babasının vəfat etməsinin ardından atası Amasyadan dərhal İstanbula yola düşdü və bu əsnada Şahzadə Qorqud atasının yerinə səltənət naibi olaraq taxta çıxarıldı.
Atasının səltənət illərində
[redaktə | mənbəni redaktə et]Atasının İstanbula gəlişi və səltənəti ələ almasından sonra bir müddət İstanbulda qalan Şahzadə Qorqud 1483-cü ilin dekabrında Manisa sancaqbəyi təyin edildi və anasıyla birlikdə Manisaya yola düşdü. 1502-ci ilin ortalarına qədər bu vəzifədə qalan Şahzadə Qorqud bu müddət ərzində gəlirlərinə yeni əlavələr istəmiş, Manisa havasının səhhətinə pis təsir etdiyini bəhanə edərək atasından Berqama qalasını da tələb etmişdir. Bu müddət ərzində Midilli adasına tərtiblənən səfərə əsgər yollamışdı. Ancaq böyük qardaşı Şahzadə Əhmədin və tərəfdaşı sədrəzəm Əli Paşanın səyləriylə Şahzadə Qorqud 1502-ci ildə Manisadan alınaraq Antalya sancaqbəyliyinə göndərildi. Bu səbəblə küsən oğluyla münasibətləri yaxşılaşdırmaq istəyən Sultan Bəyazid oğluna bir çox yeni mülklər versə də, Şahzadə Qorqud yenidən Manisaya qaytarılmağı tələb etdi. Ancaq bu tələbləri yerinə gəlmədi və Antalya qalasına çəkilərək bütün taxt hüquqlarından imtina etdi. Qalan ömrünü elmlə məşğul olacağını bildirən Şahzadə Qorquda keçmiş Anadolu qazəsgərlərindən Ələddin Əli Əfəndi məsləhətçi olaraq göndərildi. Atasının göndərdiyi qazəsgərə taxta çıxmaqdan imtina etdiyini, həcc ziyarətinə getdikdən sonra qalan ömrünü elmlə məşğul olacağını bildirdi.
Ancaq atasının səylərinə baxmayaraq, Şahzadə Qorqud 87 köləsi, 49 xidmətçisi və inşa etdirdiyi 5 gəmiylə 11 may 1509-cu ildə Misirə yola düşdü. Qahirədə Məmlük sultanı Qansu Qavri tərəfindən mərasimlə qarşılansa da, həcc ziyarətinə gedə bilmədi və burada 14 ay boyunca güclü nəzarət altında qaldı. Məmlük sultanının məsləhətlərindən sonra 11 iyul 1510-cu ildə Antalyaya dönən Şahzadə Qorqud atasına və o əsnada İstanbulda yaşayan bacısı Ayşə Sultana yazdığı məktublarda səhhətinin pis olduğunu və Manisada yaşamağı tələb etdi. Əks təqdirdə yenidən Misirə gedəcəyini və ya Rodos adasına sığınacağını bildirdi. Tələblərinin qəbul edilməməsinin ardından paytaxtın icazəsi olmadan 1511-ci ilin martında Antalyanı tərk edərək Manisaya getdi. Bu əsnada bölgədə baş verən Şahqulu üsyanını yatırmaq məqsədilə yenidən Manisa sancaqbəyliyinə təyin edildi. Böyük qardaşı Şahzadə Əhməddən çəkinən Şahzadə Qorqud taxt mübarizəsində kiçik qardaşı Şahzadə Səlimi dəstəklədi və tez-tez onunla məktublaşdı. Ancaq Şahzadə Səlimin atasıyla münasibətlərinin pisləşməsi, Şahzadə Əhmədin İstanbul yaxınlığına gələrək geri dönməsi, Qaramanda qardaşı Şahzadə Şahənşahın oğlu Mehmedin özbaşına hərəkətləri onu daha da təlaşlandırdı. Can qorxusuna düşən Şahzadə Qorqud yanına bir neçə adam alaraq gizlicə İstanbula gəldi və burada yeniçərilərə sığındı.
Yeniçərilərdən gözlədiyi dəstəyi almayan Şahzadə Qorqud səltənət istəmədiyini, qardaşı Şahzadə Əhmədin taxta çıxmasına mane olmaq niyyətində olduğunu, atasının gizlicə ona göndərdiyi pulları ələ keçirərək yeniçərilərə paylayacağını elan etdi. 6 aprel 1512-ci ildə atasıyla görüşən Şahzadə Qorqud ona da öz niyyətini bildirdi və qardaşı Şahzadə Səlimi dəstəklədiyini bildirdi. Qardaşının İstanbula yaxınlaşmasının ardından Çəkməcədə onu qarşılayan Şahzadə Qorqud Ədirnəqapıya qədər onunla birlikdə gəldi. Ancaq cülus mərasimini gözləmədən gizlicə yenidən Manisaya qayıtdı.
Son illəri
[redaktə | mənbəni redaktə et]Manisada qaldığı müddət ərzində qardaşı Sultan Səlimə bağlılığını bildirən Şahzadə Qorqud yazdığı məktublarda onu dəstəklədiyini, qaçıb gizlənən qardaşı Şahzadə Əhmədin ona ittifaq təklif etdiyini bildirdi. Ancaq paytaxtdakı dövlət adamlarının ona yazdığı səltənətə dəvət məktublarına müsbət cavab verməsinin ardından, Sultan Səlim 10 min nəfərlik birliklə Manisaya yürüdü. Qardaşının hücuma keçdiyini öyrənən Şahzadə Qorqud Manisanı tərk etdi və Misirə yola düşmək üçün Antalyaya qaçdı. Ancaq burada ələ keçirildi və Bursaya aparılarkən qapıçıbaşı Sənan ağa tərəfindən boğularaq öldürüldü (13 mart 1513). Cənazəsi Bursaya aparıldı və 17 martda Orxan Qazi türbəsinə dəfn edildi. Daha sonra isə məzarı Muradiyə külliyəsində digər qardaşı Şahzadə Əhməd üçün inşa edilən türbəyə daşındı.
Siyasi fəaliyyətiylə yanaşı, elmi və ədəbi fəaliyyətiylə də tanınan Şahzadə Qorqud "Harimi" təxəllüsüylə ərəbcə şeirlər yazmışdır. Fərahşad və Fatma adlı 2 qızının, özündən öncə vəfat edən bir neçə oğlunun olduğu bilinir. Oğullarından birinin 1504-cü ildə vəbadan vəfat etdiyi bilinir. Qızlarından Fərahşad Sultan saray katiblərindən Mehmed Bali Əfəndiylə evləndirilmişdir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Tursun Bey, Târîh-i Ebü’l-Feth (nşr. Mertol Tulum), İstanbul 1977, s. 189–190.
- İdrîs-i Bitlisî, Selimşahnâme (trc. Hicabi Kırlangıç), Ankara 2001, s. 87, 96–98, 113.
- Şükri-i Bitlisî, Selimnâme (haz. Mustafa Argunşah), Kayseri 1997, s. 98–103, 119–123.
- İbn İyâs, Bedâʾiʿu’z-zühûr, IV, 152 vd.
- İbn Kemal, Tevârîh-i Âl-i Osmân, VIII, 52, 222, 233, 265–268.
- a.mlf., a.e., VIII–IX. Defter (A. Uğur, The Reign of Sultan Selim I in the Light of the Selimname Literature içinde), Berlin 1985, s. 35–36, 42–43, 62–63, 67, 75–77.
- Sehî, Tezkire (Kut), s. 106–108.
- Celâlzâde Mustafa Çelebi, Selimnâme (nşr. Ahmet Uğur – Mustafa Çuhadar), Ankara 1990, s. 71–72, 84, 93–94.
- Feridun Bey, Münşeât, I, 356–358, 373–374.
- Latîfî, Tezkire, s. 65–67.
- Mecdî, Şekāik Tercümesi, I, 310, 321, 323, 472–473.
- 16. Asırda Yazılmış Grekçe Anonim Osmanlı Tarihi (trc. Şerif Baştav), Ankara 1973, s. 184, 187, 191–192.
- Hoca Sâdeddin, Tâcü’t-tevârîh, II, 196–199, 230–234.
- Kınalızâde, Tezkire, I, 109–112.
- Keşfü’ẓ-ẓunûn, II, 1228.
- Müstakimzâde, Tuhfe, s. 368.
- Selâhattin Tansel, Sultan II. Bâyezit’in Siyasî Hayatı, İstanbul 1966, s. 248–249, 252, 260–263.
- a.mlf., Yavuz Sultan Selim, Ankara 1969, s. 13–16.
- V. L. Ménage, "Edirneli Ruhi’ye Atfedilen Osmanlı Tarihinden İki Parça", İsmail Hakkı Uzunçarşılı Armağanı, Ankara 1975, s. 315–321.
- N. Vatin, L’Ordre de Saint-Jean-de-Jérusalem, l’Empire ottoman et la Méditerranée orientale entre les deux sièges de Rhodes (1480–1522), Paris 1994, s. 308–309.
- F. Kreutel, Haniwaldanus Anonimi’ne Göre Sultan Bayezid-i Veli: 1481–1512 (trc. Necdet Öztürk), İstanbul 1997, s. 46, 48, 66–68.
- Anonim Osmanlı Kroniği (haz. Necdet Öztürk), İstanbul 2000, s. 140, 142–143.
- Nabil al-Tikriti, "Şehzade Korkud [ca 1468–1513]", Pax Ottomana. Studies in Memoriam Prof. Dr. Nejat Göyünç, Haarlem-Ankara 2001, s. 659–674.
- Çağatay Uluçay, "Yavuz Sultan Selim Nasıl Padişah Oldu", TD, VI/9 (1954), s. 58–61; VIII/11–12 (1956), s. 185–191.
- İsmail Hakkı Uzunçarşılı, "II.nci Bayezid’in Oğullarından Sultan Korkut", TTK Belleten, XXX/120 (1966), s. 539–601.
- Şehabeddin Tekindağ, "Korkud Çelebi ile İlgili İki Belge", BTTD, III/17 (1969), s. 36–42.
- a.mlf., "Bayezid’in Ölümü Meselesi", TD, sy. 24 (1970), s. 2–4, 8.
- Tayyib Gökbilgin, "Korkud", İA, VI, 855–860.
- a.mlf., "Ḳorḳud b. Bāyezīd", EI2 (İng.), V, 269.
- Öztuna, BTMA, I, 307, 458.