Şakotis

Vikipediya, azad ensiklopediya
(Şakotis tortu səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
мини
мини

Şakotis (lit. šakotis, pol. sękacz) — LitvaPolşa mətbəxinin yumurtalı xəmirdən hazırlanan, fərqli formaya malik milli şirniyyatı.

Açıq ocaqda hazırlanması ilə seçilir. Əsasən toy mərasimləri üçün hazırlanır. Litvacadan tərcümədə şaxəli mənasını verir. Litvanın milli kulinariya fonduna əlavə edilib. 1 kq una 30-50 yumurta çalmaqla hazırlanır. Hazırlanan zaman acıq ocağın üstündə fırladılaraq hazırlanır. Xəmir axaraq şaxəli budaqlar formasını alır.

Resept Reçi Pospolotoyun zamanında meydana gəlmişdir. Rəvayətə görə cavan aşpaz Yonas Barbar şahzadəsi üçün şirniyyat hazırlayır. Şirniyyatı bəyənən şahzadə aşpaza bəzək əşyasını hədiyyə verir ki, onu da aşpaz sevgilisinə aparır. Belə ki, tort aşpaz tərəfindən təsadüfən qarışığ fırlanan ocağın üstünə tökülmüşdür.Resept Almaniyanın Kilya şəhərinin kulinariya kitabında ilk dəfə olaraq 1692-ci ildə nəşr olunmuşdur. Eyni reseptin sadəcə hamar səthi ilə alman növü də mövcuddur. 2008-ci ildə Litvalı şirniyyatçılar hündürlüyü 2 metr 30 sm olan Şakotis hazırladılar ki, onun hazırlanmasına da 1200 yumurta işlədildi.

  1. Klaus Klöppel: Polnische Ostseeküste: Danzig, Masuren, Baedeker, ISBN 3-8297-1171-9 Archived January 7, 2014, at the Wayback Machine.
  2. Lietuvoje pasiektas rekordas: iškeptas didžiausias pasaulyje šakotis