Əbdürrəhman ağa Dilbaz oğlu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Əbdürrəhman ağa Dilbaz oğlu
Doğum tarixi XVIII əsr
Doğum yeri
Vəfat tarixi XIX əsr
Vəfat yeri
Fəaliyyəti şair
Vikimənbənin loqosu Əbdürrəhman ağa Dilbaz oğlu Vikimənbədə

Əbdürrəhman ağa Dilbaz oğlu (d. XVIII, Xanlıqlar, Qazax sultanlığı - ö. XIX əsr, Gürcüstan-İmeretiya quberniyası, Rusiya imperiyası) XVIII əsrin ikinci yarısı və XIX əsrin birinci yarısında fəaliyyət göstərmiş Azərbaycan türklərindən olan şair.[1][2][3]

Əbdürrəhman ağa XVIII əsrdə Qazax sultanlığının Xanlıqlar kəndində dünyaya gəlmişdir. Gürcü çarı II İrakli Qazax mahalını Gəncə xanlığının hökmdarı Cavad xan Ziyadoğluna tabe etmək istədiyini bəhanə edərək onun gözlərini çıxartdırmışdır.[4]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Əbdürrəhman Dilbazoğlu “Şair” təxəllüsü ilə şeir yazıb. O, dövrünün ən mühüm şairlərindən biridir. Dilbazoğlu Azərbaycan ədəbiyyatının vətənpərvərlik və azadlıq hərəkatı janrında fəaliyyət göstərmiş ilk nümayəndələrindən olmuşdur.[5] Şairin gözü oyulduqdan sonra novxa (qəmli, şəhid misrası) yazıb[6].

Şairin ən məşhur şeirlərindən biri 1804-cü ildə rus qoşunları ilə vuruşan Gəncə xanı Cavad xan Ziyadoğlunun rəşadət və hünərinin vəsf olunduğu müxəmməsidir[7].

  1. Касимзаде, 2011. səh. 20
  2. Əsgərli, 2019. səh. 5
  3. Məmmədli, 2015. səh. 13
  4. "Azərbaycan ədəbiyyatı (F.Köçərli, I cild)/Əbdürrəhman ağa Dilbaz oğlu "Şair" təxəllüs". az.wikisource.org. 19 sentyabr 2020. 3 may 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2023.
  5. Ələkbərli, 2018. səh. 60
  6. Allahmanlı, 2017. səh. 226
  7. Heyət, 1990. səh. 97
  • Pərvanə Məmmədli, «Cənubi Azərbaycan ədəbiyyatı məsələləri». Cənubi Azərbaycan ədəbiyyatı məsələləri. Bakı: Sabah.
  • Əlizadə Əsgərli. Həmid Araslı və türk-müsəlman xalqları ədəbiyyatı (PDF). Respublika-№86. 2019.
  • Faiq Ələkbərli. Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər). Elm və təhsil. 2018.
  • Mahmud Allahmanlı. Təxəllüsü Vaqif, nəzmi dürəfşan. Bakı: Ləman Nəşriyyat Poliqrafiya. 2017.
  • Cavad Heyət. Azərbaycan ədəbiyyat tarixinə bir baxış. Tehran. 1990.