Ələvilər sülaləsi
Ələvilər sülaləsi | |
---|---|
سلالة العلويين الفيلاليين | |
Ölkə | |
Hissəsidir | Şərif |
Banisi | Mulay Rəşid ibn Şərif |
Hazırkı rəhbər | VI Məhəmməd bən Əl-Həsən |
Əsası qoyulub | 1666-cı il |
Milliyyət | ərəb |
Titullar | |
Kral | |
Vikianbarda əlaqəli mediafayllar |
Ələvilər sülaləsi (ərəb. سلالة العلويين الفيلاليين)[1] — Mərakeşin hakim sülaləsi. XVII əsrdən Sultan, 1957-ci ildən kral titulu daşıyırlar. Həmçinin Filialid və ya Filial şərifləri kimi də tanınır.
Ələvilər sülaləsinin tarixi Səədi sultanlığının hakim sülaləsinin devrilməsindən sonra başlayır. Səədi sultanlığının hakimiyyəti dövründə dəniz quldurları Sale dəniz limanında bir növ muxtar respublika yaradırlar. Mərakeş tədricən Qərbi Afrikadakı qızıl mədənlərinə nəzarəti itirdi. XVII əsrin ortalarında Mərakeşdə hakimiyyət hələ də ölkədə iqtidarda olan Ələvilər sülaləsinə keçdi. Ələvilər sülaləsi Tafilaltdan Sigilmas şəhərindən gəlmişdilər. Onlar Məhəmməd Peyğəmbərin nəvəsi Həsənin soykökündən olan şerif ailəsinə mənsub idilər. Onun varisi Mulay Rəşid ibn Şerif 1666-cı ildə Fesdə möhkəmləndi, sonra isə 1668-ci ildə Mərakeşi ələ keçirdi. Mulay İsmayılın dövründə paytaxt Meknes şəhəri idi.
Sultan titulun krala dəyişdirilməsi V Məhəmmədin adı ilə bağlıdır. Ənənəvi müsəlman tərbiyyəsi ilə yanaşı o, Avropada təhsil almışdır. Bu da dövlətdə və cəmiyyətdə gələcək dəyişikliklərin əsası olmuşdur. 1957-ci ildə Mərakeş krallıq elan olundu və V Məhəmməd özü isə Mərakeş kralı adını aldı.
Ələvilər sülaləsindən olan Mərakeş hökmdarları
[redaktə | mənbəni redaktə et]- 1664–1672: Mulay Rəşid ibn Şerif (1666-cı ildə Sultan)
- 1672-1727: Mulay İsmayıl İbn Şerif
- 1727-1728: Mulay Əhməd ibn İsmayıl (1-ci hakimiyyət dövrü)
- 1728-1728: Abd əl-Malik
- 1728-1729: Mulay Əhməd ibn İsmayıl (2-ci hakimiyyət dövrü)
- 1729-1735: II Abdulla (1-ci hakimiyyət dövrü)
- 1735-1736: Mulay Əli
- 1736-1736: II Abdulla (2-ci hakimiyyət dövrü)
- 1736-1738: II Məhəmməd
- 1738-1740: Əl Mustadi
- 1740-1745: III Abdulla
- 1745-1745: Zin əl-Abidin
- 1745-1757: IV Abdulla
- 1757-1790: III Məhəmməd bin Abdulla
- 1790-1792: əl-Yəzid bin Məhəmməd
- 1792-1822: Mulay Süleyman bin Məhəmməd
- 1822-1859: Mulay Abd əl-Rəhman
- 1859-1873: IV Məhəmməd
- 1873-1894: I Mulay Həsən
- 1894-1908: Mulay Abd əl-Əziz
- 1908-1912: Əbd əl-Hafid
- 1912-1927: Mulay Yusif
- 1927-1953: V Məhəmməd V (1-ci hakimiyyət dövrü)
- 1953-1955: VI Məhəmməd bin Araf
- 1955-1961: V Məhəmməd (2-ci hakimiyyət dövrü; 1957-ci ildə kral adını aldı)
- 1961-1999: II Həsən
- 1999 - hazırkı dövrə qədər: VI Məhəmməd
- Vəliəhd Şahzadə: Mulay Həsən
Sülalə haqqında maraqlı bir faktlar
[redaktə | mənbəni redaktə et]Bu sülalədə ən çox yayılmış evlilik növü sülalə daxilidir. Nümunələr:
- Mulay Abd əl-Rəhmanın nəvəsi Şahzadə Məhəmməd ibn İsmayıl ibn Abbas əmisi qızı Məhəmməd ibn Arafanın qızi Həlimə bint Məhəmmədlə evlənmişdir;
- Şahzadə Tahirin qızı və I Həsənin nəvəsi Xaniyə bint Tahir, əmisi Məhəmməd İbn Arafla nigaha girmişdir;
- Tahir Ablanın digər qızı V Məhəmməd ilə evlənmişdir;
- Mulay Yusifin oğlu Şahzadə İdris, əmisi qızı I Həsənin qızı Cəmilə bint Mustafa ilə nigaha girmişdir;
- Onların oğlu Əli əmisi qızı, V Məhəmmədin qızlarından biri ilə evlənmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Большая Российская энциклопедия: В 30 т. / Председатель науч.-ред. совета Ю. С. Осипов. Отв. ред С. Л. Кравец. — Т. 1. А — Анкетирование. — М.: Большая Российская энциклопедия, 2005. — 766 с.: ил.: карт. (стр. 404)
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- en:Waterbury, John. Commander of the Faithful
- Morocco Alaoui dynasty