Əlhambra qanunnaməsi
Əlhambra qanunnaməsi (isp. Decreto de la Alhambra; ivr. גירוש ספרד) - Kastiliya və Leon Kraliçası İzabella ilə Araqon Kralı II Ferdinand tərəfindən 1492-ci ilin 31 mart tarixində Əlhambra sarayında imzalanaraq elan edilən və İspaniyada yaşayan yəhudilərin ölkədən qovulması qərarını, səbəbləri ilə birlikdə göstərən qanunnamə. Əlhambra qanunnaməsinə görə İudaizm dininə mənsub olan və ya etnik kökləri bu dinə söykənmiş hər kəs İspaniyanı tərk etməli idi. Yəhudilərə özləri ilə birlikdə qiymətli əşyalarını götürmək qadağan olunmuşdur. Qanuna əsasən 31 iyul tarixinə qədər ölkəni tərk etməyən yəhudilərin edam edilməsi nəzərdə tutulurdu.[1] Bu tarixdən bir il sonra Araqon Kralı II Ferdinanda aid olan Siciliya adasında, beş il sonra isə Portuqaliyada oxşar məzmunlu qanunnamə qəbul edildi.
Əlhambra qanunnaməsi bir başa Səfərad yəhudilərinin ölkədən çıxarılmasına hesablanmışdı. XV əsrdə İspaniyada yarım milyona yaxın səfərad yəhudisinin yaşadığı təxmin edilməkdədir. 200.000 yaxın səfərad yəhudisi sürgündən xilas olmaq üçün Katolik məzhəbini qəbul etdi. 40.000 - 100.000 aralığında olan bir bölümün isə dinlərini dəyişdirməkdən imtina etdikləri üçün sürgün edildiyi məlumdur.[2] 1968-ci ilin 16 dekabr tarixində simvolik olsa da qanunnamə ləğv edildi və İkinci Vatikan Şurasının yığıncağında İspaniya daxilində yaşayan yəhudilərə öz dini inanclarını azad şəkildə yaymaq və yaşatmaq hüququ tanındı.
Qərarda XV əsrdə yəhudilərin əllərindən alınmış və təyinatı dəyişdirilmiş sinaqoq və digər dini tikililərində icmanın balansına qaytarılması nəzərdə tutulurdu.[3] 1924-cü ildə Primo de Rivera rejimi tərəfindən qəbul olunmuş qərarda dünyanın müxtəlif ölkələrində yaşayan səfərad yəhudilərinə İspaniya vətəndaşlığı verilməsi məsələsi gündəmə gəldi. 2014-cü ildə İspaniya hökuməti ölkə tarixində baş vermiş utancverici hadisələrin aradan qaldırılması adına səfərad yəhudilərinin kökündən gələn şəxslərə İspaniya vətəndaşlığı verilməsini nəzərdə tutuan qanun layihəsini qəbul etmişdir.
Qanuna görə səfərad yəhudilərinin soyundan gələn bir şəxs doğum haqqında şəhadətnamə, dini kəbin, yerli sinaqoqdan verilmiş arayış və ya İspaniya yəhudi icmasından alınmış bir sənədlə səfərad yəhudilərinin soyundan olduğunu sübut edə bilsə, hal-hazırda yaşadığı ölkəni tərk etmədən İspaniya vətəndaşlığına keçə bilər.[4][5] Bunun əvəzində həmin şəxslərin yaşadığı ölkəni tərk edib, İspaniyada yaşamaqları tələb olunmur.
Arxa plan
[redaktə | mənbəni redaktə et]VIII əsrin sonunda, Pireney yarımadasının çoxu artıq müsəlman qüvvələri tərəfindən zəbt olunub.[6] Bölgədə Roma İmperiyası dövrdən bəri yaşayan yəhudilər şəriətə əsasən, Kitab əhli sayılırdı və beləliklə onların qorulan statusu var idi.[7] VI əsrdən başlayaraq, yəhudilərə qarşı olan və onları sonda zorla xristianlıqa keçitdirən və kölə edən qanunnamələri eləyən Uestqot krallığı ilə müqayisədə, onlardan sonra gələn Əndəlüsün müsəlman mur hökmdarları altında yəhudi icması özünü nisbətən yaxşı hiss edirdi. Yəhudi alverçilərə İslam dünaysı ətrafında azad şəkildə işləri ilə məşğul olmağa icazə verilirdi və bunu istifadə edərək, Pireney yarımadasıda olan müsəlman şəhərləridəki anklavlarını təhsil və ticarət mərkəzlərinə çeviriblər.[6] Bunun nəticəsində yəhudi mədəniyyəti çiçəklənirdi və yəhudi həkimlər, diplomtlar, tərcüməçilər və şirlər müsəlman saraylarda özünə lütf qazana biliblər. Baxmıyaraq ki, yəhudilərin Al Andalusda müsəlmanlarla bərabər statusu heç vaxt olmayıb, onlar bəzi tayfalarda (Al Andalusun inzibati bölgüsünün vahidi), məsələn, Qranada tafasında yüksək vəzifələrə, o cümlədən Böyük Vəzir vəzifəsinə təyin olunurdu.[8]
Rekonkista zamanı, yarımadadaki müsəlman krallıqlarda zimmilərə qarşı münasibət pisləşirdi. Gec XII əsrdə, Əl Andalusun müsəlmanları xristianları şimala geri basmaq üçün Şimali Afrikadan fanatik Əlmüvəhhidilər sülaləsini dəvət ediblər. Həmin əsrin ərzində daha sonra, bundan da ölümcül hücumlar populyar xətiblərin apardığı katoliklərin topluları tərəfindən yəhudi məhəllələrinə, sinaqoqlarına, evlərinə qarşı, yəhudilərdən devşirmə ilə ölüm arasında seçməyə tələb edərək törədilirdi.[6]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "The Edict of Expulsion of the Jews - 1492 Spain". www.sephardicstudies.org. 2017-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-27.
- ↑ Pérez, Joseph. History of a Tragedy: The Expulsion of the Jews from Spain (ingilis). Hochroth, Lysa tərəfindən tərcümə olunub. University of Illinois Press. 2007. ISBN 9780252031410.
- ↑ "1492 Ban on Jews Is Voided by Spain" Arxivləşdirilib 2014-01-26 at the Wayback Machine, The New York Times, Dec. 17, 1968
- ↑ "1492 and all that" Arxivləşdirilib 2017-09-22 at the Wayback Machine, The Economist, Feb. 22, 2014
- ↑ Stavans, Ilan. "Repatriating Spain's Jews". The New York Times (ingilis). 2014-04-01. ISSN 0362-4331. 2020-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-27.
- ↑ 1 2 3 Gerber, Jane. The Jews of Spain: A History of the Sephardic Experience. New York: The Free Press. 1994. 1–144. ISBN 978-0029115749.
- ↑ Menocal, María Rosa. The ornament of the world: How Muslims, Jews, and Christians created a culture of tolerance in medieval Spain (Reprint). Back Bay Books. 2012 [2002]. ISBN 9780316168717. OCLC 183353253.
- ↑ "Arxivlənmiş surət". 2022-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-18.