40°21′57″ şm. e. 49°49′56″ ş. u.HGYO

Əliağa Vahidin heykəli

Vikipediya, azad ensiklopediya
(Əliağa Vahidin heykəli (Bakı, 1990) səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Əliağa Vahidin heykəli
Heykəlin fotoşəkli (2021)
Heykəlin fotoşəkli (2021)
Xəritə
Ölkə  Azərbaycan
Yerləşir Bakı
Heykəltaraşlar Rahib Həsənov
Natiq Əliyev
Memar Sənan Salamzadə
Tikilib 27 oktyabr 1990
Material tunc
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əliağa Vahidin heykəli — Azərbaycan şairi, qəzəlxanı Əliağa Vahidə 1990-cı ildə Bakı şəhərində qoyulmuş heykəl.[1]

Əliağa Vahidə heykəlin düzəldilməsi 1989-cu ildə sifariş edilir. Heykəlin müəllifi Natiq ƏliyevRahib Həsənov memarı Sənan Salamzadə olur. Bir neçə ay ərzində davam edən yaradıcılıq prosesi 1990-cı ilin martında tamamlanır. Üç yaradıcının davamlı, gərgin axtarışları sayəsində abidənin həm orijinal bədii, həm də memarlıq həlli tapılır. Abidənin forma-biçim orijinallığı qəzəlxanın məşhur "Böyük Füzulimizin yadigarı mən özüməm" misrasından qaynaqlanır. Ağac gövdələrinin yerdən çıxaraq yuxarı yüksəlməsini müəlliflər Füzuli ənənələrinin Vahid tərəfindən yenidən "göyərdilməsi" — davam etdirilməsinə bədii işarə kimi düşünüblər. Abidənin iri ağac-portret kimi həlli də misranın əhatəli bədii görkəm alması məqsədilə gerçəkləşdirilmişdir. Abidə haqqında heykəltaraş Rahib Həsənov bunları deyib:

" 1989-cu ildə memarlar Sənan Salamzadə və Cahangir Məmmədov Vahidin heykəlini hazırlamağı mənə tapşırdılar. Bir neçə gün düşündükdən sonra heykəlin maketini plastilindən düzəltdim. Heykəlin görünüşünə nəzər salanda ayrı-ayrılıqda müxtəlif epizodlar görürük. Burada Vahidin toy məclisi təsvir olunub. O öz toyunda iştirak edir. Başının sol tərəfində qulağı bərabərində muğam üçlüyüdür. Bu, milli musiqiyə, muğam və qəzəlin ayrılmazlığına işarədir. Bir tərəfdə isə Vahidin dəfn mərasimidir. Çadralı qadınlar ağlaşır. Başın arxa hissəsində Vahidin dostları, həmkarları yığışıb şeir deyir, qəzəl oxuyurlar. Əliağa Vahid, Hüseyn Cavid, Mikayıl Müşfiq, Cəfər Cabbarlı, Azər Buzovnalı, Səttar Bəhlulzadə də masanın ətrafındadırlar. Vahid Füzuli vurğunu olduğu üçün məclisin təsvir olunduğu başın alt hissəsindəki obraz buna işarədir. Bütün insanlar - dahilər də, adilər də torpaqdan yaranıb və torpağa da qayıdacaq. Heykəldə Vahidin başı kök atıb inkişaf edir, bir ağac kimi böyüyür. Dünya dağılır, dəyişir, zəlzələlər olur, amma yer, torpaq əbədi olaraq qalır. Bu ağaclar da onun üzərində inkişaf edib böyüyür. Bax budur Vahidin sirri. Bir qəzəlxan şairin həyat fəlsəfəsi "

Abidənin tunca köçürülməsi isə Sankt-Peterburqda baş tutur. Hazırlanan heykəlin hündürlüyü 5 metr nəzərdə tutulsa da, sonradan maliyyə çatışmazlığından 3 metr olub. Abidə quruluş etibarilə şairin başının təsvirindən ibarət olsa da, əslində, çoxsüjetli heykəltaraşlıq nümunəsidir. 1990-cı il oktyabrın 27-də isə abidənin M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının yanındakı bağda təntənəli açılışı keçirilib.[1][2] 2008-ci ildə heykəlin yeri dəyişdirilərək İçərişəhərə köçürülüb.

  1. 1 2 Ziyadxan Əliyev. "Eşqə sədaqətli, Vətənə məhəbbətli şairin bənzərsiz abidəsi". 13 yanvar 2018. 30 may 2019 tarixində arxivləşdirilib.
  2. Lalə Hüseyn. "Sənətin ecazı və simvollar". medeniyyet.az. 2 sentyabr 2015. 30 may 2019 tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]