Ərəb Valyuta Fondu
Ərəb Valyuta Fondu - Regional maliyyə təşkilatı. 1976-cı il aprel ayının 27-də Mərakeşin mərkəzi Rabatda ərəb dövlətlərinin iştirakı ilə yaradılan təşkilat.
Təşkili
[redaktə | mənbəni redaktə et]Fondun yaradılması haqqında qərar 21 ərəb ölkəsinin təşkil etdiyi Ərəb Dövlətləri İqtisadi Konseyi tərəfindən 1976-cı il aprel ayının 27-də Mərakeşin mərkəzi Rabatda imzalanmışdır. Mərkəzi Əbu-Dabidə olan Ərəb Valyuta Fondunun üzvləri eyni zamanda Ərəb Birliyi üzvləridir.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]1977-ci ildən 1982-ci ilə qədər Ərəb Valyuta Fondunun ilk prezidenti və direktoru Doktor Cavad Haşim olmuşdur. 1988-ci ildə Ərəb Valyuta Fondu ona qarşı mülki məsələ qaldırmış və təşkilata rəhbərlik etdiyi müddətdə aldığı vəsaiti geri qaytarmağı tələb etmişdir. Növbəti 20 il hüquqi müstəvidə Ərəb Valyuta Fondu ilə sabiq direktor arasında düşmənçiliklə müşahidə olunmuşdur.[2]
1982-ci ildə Ərəb Valyuta Fondu İnvestkorpun maliyyələşdirilməsinə və onun üzərində nəzarətə başlamışdır.
2014-cü ildə Səudiyyə Ərəbistan Mərkəzi Bankının sabiq rəhbəri Əbdülrəhman ibn Abdullah əl-həmidi Ərəb Valyuta Fondunun baş direktoru və idarə heyətinin sədri təyin edilmişdir.[3]
2015-ci ilin aprelində Dünya Bankı qrupu və Ərəb Valyuta Fondu MENA (Middle East & North Africa - Orta Şərq və Şimali Afrika) bölgəsində əməkdaşlığın genişləndirilməsinə dair sövdələşmə imzalamışdır.[4]
2017-ci ilin mayında Ərəb Valyuta Fondu Misir hökumətinə ölkədə turizm sahəsində enişi kompensasiya etmək məqsədi ilə 332 milyon dollar borc vermişdir.[5]
Üzvləri
[redaktə | mənbəni redaktə et]Ərəb Valyuta Fondunun qərargahı Əbu-Dabi şəhərində yerləşir. Təşkilatın 22 üzvü var:
Məqsədləri
[redaktə | mənbəni redaktə et]Ərəb Valyuta Fondunun başlıca məqsədləri aşağıdakılardır:
- Üzv ölkələrin tədiyə balansları üzərindən ortaya çıxa biləcək tarazsızlıqları aradan qaldırmaq;
- Üzv ölkələr arasında valyuta kurslarının sabit qalmasını və konvertabelliyini təmin etmək;
- Ərəb İqtisadi Birliyinin gücləndirmək;
- Üzv ölkələr tərəfindən xarici bazarlara yönələn investisiyalar mövzusunda tövsiyələr hazırlamaq;
- Vahid ərəb pulunun təşkili üçün gərəkli çalışmaları həyata keçirmək;
- Üzv ölkələrin beynəlxalq maliyyə və iqtisadi problemlərində yardımçı olmaq;
- Üzv ölkələrin ticarətini möhkəmləndirmək və ölkələr arasında ödəmələri nizamlamaq.
Ərəb Valyuta Fondu üzv ölkələrə tədiyə balansı kəsirlərini örtmək üçün qısa və orta müddətli kreditlər verir. Bununla yanaşı üzv ölkələr arasında ticarətin inkişafını gücləndirmək məqsədilə bu ölkələrin fonddakı sərmayələrinin payları nisbətində kredit alma imkanı gerçəkləşdirir.[1] Bununla yanaşı 4 növdə güzəştli şərtlərlə borc verir.
1. Birbaşa – borc 3 il müddətinə verilir.
2. Adi borc – 5 illiyi verilir.
3. Qarşılıqlı əvəzlənmə formasında borc 3 ilə verilir.
4. Daha genişmiqyaslı borc – 7 ilə verilir.
Aydındır ki, borcu verilməsində sabitləşmə və iqtisadi islahatlar barədə proqramlar, borc alan dövlətlərin öhdəçilikləri, razılaşmalar əsas götürülür. Bu fondun maliyyələşdirmə mənbəyi – ilkin kapital, borc və kreditlər, ehtyat kapitalı və s. – dən ibarətdir.[6]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- "ARAB MONETARY FUND, Plaintiff/Appellee, v. Jafar HASHIM and Maryam Hashim, husband and wife, Defendants/Appellants"
- "Arab Monetary Fund and World Bank Group Join Efforts to Support Financial Sector Development in the Arab World"
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Zahid Fərrux Məmmədov. Beynəlxalq valyuta-kredit münasibətləri və xarici ölkələrin pul-kredit sistemi. (Dərslik). Bakı, Azərnəşr 2012, s. 218
- ↑ "ARAB MONETARY FUND, Plaintiff/Appellee, v. Jafar HASHIM and Maryam Hashim, husband and wife, Defendants/Appellants" Arxivləşdirilib 2018-06-24 at the Wayback Machine. Findlaw.com. 12 August 2008. Retrieved 18 June 2017.
- ↑ "Veteran Saudi central banker to head Arab Monetary Fund" Arxivləşdirilib 2018-08-22 at the Wayback Machine. Reuters.com. 5 March 2014. Retrieved 18 June2017.
- ↑ "Arab Monetary Fund and World Bank Group Join Efforts to Support Financial Sector Development in the Arab World" Arxivləşdirilib 2022-03-07 at the Wayback Machine. Worldbank.org. 17 April 2015. Retrieved 18 June 2017.
- ↑ Ismael El-Kholy (26 May 2017). "Egypt's economy trapped in vicious cycle of IMF debts" Arxivləşdirilib 2021-01-28 at the Wayback Machine. Al-monitor.com. Retrieved 18 June 2017.
- ↑ Beynəlxalq İqtisadi Təşkilatlar. Bakı: Nurlan nəşriyyatı, 2008, s. 196-197