Ərdavirafnamə
Ərdavirafnamə[1] (pəhl. Ardā Wirāz nāmag, "Dürüst Virazın kitabı") — pəhləvi dilində yazılmış zərdüşti mətni. Təxminən 8,800 sözdən ibarətdir.[2] Bu, dindar bir zərdüşt olan Virafın axirət dünyasına yuxudakı səyahətini təsvir edir. Mətn IX–X əsrlərdə bir sıra redaktələrdən sonra qəti formasını almışdır.[3] Alimlər güman edirlər ki, hekayə IX–X əsrlərdə indiki Fars ostanı ərazisində formalaşmışdır.[4]
Adı
[redaktə | mənbəni redaktə et]"Ardā" ("əşə" sözündən, sanskrit dilindəki "rta" sözü ilə qohumdur) Virafın epitetidir və təxminən "doğru, saleh, ədalətli" kimi tərcümə edilir.[5] Alimlər ehtimal edirlər ki, "Viraf" adı proto-Hind-Avropa dilində "adam" mənasını verən "*wiHro--" sözündən gəlmişdir, Avesta dilindəki "vīra" ilə əlaqəlidir. Müəyyən samitlərin tələffüzündə Pəhləvi yazılarına xas olan qeyri-müəyyənliyi nəzərə aldıqda, baş qəhrəmanın "Viraf"ın adı "Viraz" kimi transliterasiya edilə bilər, lakin adın Avesta dilində olan forması aydın şəkildə "Viraza" kimi verilmişdir. Bu, adın düzgün oxunuşunun "z" ilə olduğunu göstərir. "Nāmag" sözü "kitab" deməkdir.[6][7]
Tarixi
[redaktə | mənbəni redaktə et]Kitabın tarixi məlum deyil, həmçinin professor Çarlz Horn hekayə üçün qəti bir tarix vermir.[8] Müasir alimlərin əksəriyyəti sadəcə olaraq mətnin "terminus ad quem" X və ya XI əsrə aid olduğunu bildirirlər.[6]
Mətnin tərcüməçisi Firidün Vəhmana görə, hekayənin mənşəyi çox güman ki, IX–X əsrlərə gedib çıxır və buradakı hadisələr indiki Fars ostanında cərəyan edir.[9] "İranika Ensiklopediyası"na görə, hekayənin qəti forması IX–X əsrlərə aiddir.[4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Quliyev, İbrahim. Əliyev, Rəhim Əliyev (redaktor). Nizami və zərdüştilik (PDF). Bakı: Elm və təhsiI. 2012. səh. 34.[ölü keçid]
- ↑ https://web.archive.org/web/20180521073805/http://www.farvardyn.com/pahlavi4.php#57 (#bare_url_missing_title). 2018-05-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-11-11.
- ↑ Ardā Wirāz-nāmag Arxivləşdirilib 2022-05-18 at the Wayback Machine at Encyclopædia Iranica
- ↑ 1 2 “Arda Wiraz”, Encyclopaedia Iranica, 1987, Volume II, Routledge & Kegan Paul: London & New York, p. 357.
- ↑ ahlaw Arxivləşdirilib 2018-05-17 at the Wayback Machine at Encyclopædia Iranica
- ↑ 1 2 Ardā Wirāz Arxivləşdirilib 2022-05-18 at the Wayback Machine at Encyclopædia Iranica
- ↑ Gippert, Jost. "TITUS Texts: Arda Viraz (Pahlavi): Frame". titus.uni-frankfurt.de. 2001-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-02.
- ↑ Horne, Charles Francis. "The sacred books and early literature of the East; with an historical survey and descriptions". New York, Parke. 1917 – Internet Archive vasitəsilə.
- ↑ F. Vahman, Arda Wiraz Namag: The Iranian ‘Divina Commendia’, op cit., p. 11
Əlavə ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Kassock, Zeke, (2012), The Book Of Arda Viraf: A Pahlavi Student's 2012 Rendition, Transcription And Translation , ISBN 978-1477603406
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Peterson, Joseph H. "The Book of Arda Viraf". www.avesta.org.
- Gippert, Jost. "TITUS Texts: Arda Viraz (Pahlavi): Frame". titus.uni-frankfurt.de.
- "Pahlavi - Pahlavi texts on religious subjects - 3". www.farvardyn.com. 2018-05-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-11-11.