Ağ söyüd
Ağ söyüd | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Ağ söyüd |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Ağ söyüd (lat. Salix alba) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.
Təbii yayılması
[redaktə | mənbəni redaktə et]İlk dəfə Avropada təsvir olunub. Avropanın hər yerində, İranda, Hindistanda, Çində, Kiçik və Orta Asiyada yayılmışdır.
Botaniki təsviri
[redaktə | mənbəni redaktə et]Hündürlüyü 15-20 m-ə, gövdəsinin diametri 2-3 m-ə çatan, geniş çətirli, iri gövdəli ağacdır. Qabığı bozdur, budaqları gümüşü tüklüdür. Yarpaqaltlıqları хırda, gümüşü tüklü və erkən töküləndir. Yarpaq saplaqlarının uzunluğu 3-10 mm-dir, üst tərəfində vəziləri vardır. Yarpaqlarının uzunluğu 5-12 sm, eni 1-3 sm-dir. Sırğaları nazikdir, uzunluqları 3-5 sm, yarpaqları ilə eyni zamanda açılır. Erkəkcikləri 2-dir, sərbəstdir, alt tərəfi tüklüdür. Tozluqları parlaq-sarı rəngdədir. Erkəkcikli çiçəklərdə çiçək ballıqları qabaq və dalda olmaqla 2-dir, dişicikli çiçəklərdə isə 1, təsadüfü hallarda 2 olur. Yumurtalığı çılpaqdır, yumurtaşəkilli-konusvaridir, saplaqsızdır və ya qısa ayaqcıq üzərindədir. Aprel ayında çiçək açır.
Ekologiyası
[redaktə | mənbəni redaktə et]Torpağa az tələbkar, tez böyüyən, şorakətli torpaqlara dözümlü bitkidir.
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]Böyük və Kiçik Qafqaz, Naхçıvan, Lənkaran, Kür-Araz ovalığı və Alazan-Əyriçay vadisində orta dağ qurşağına qədər olan sahələrdə əkilir.
İstifadəsi
[redaktə | mənbəni redaktə et]Abşeronda özəl həyətyanı sahələrdə yaşıllaşdırmada istifadə edilir.
Sinonimləri
[redaktə | mənbəni redaktə et]Homotipik sinonimləri
[redaktə | mənbəni redaktə et]- Argorips alba (L.) Raf.
- Salix pallida Salisb.
Yarımnövləri
[redaktə | mənbəni redaktə et]- Salix alba subsp. alba
- Salix alba subsp. micans (Andersson) Rech.f.
- Salix alba f. veniaminii I.V.Belyaeva & O.V.Epanch.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1021.