Abdulla Bayramov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Abdulla Bayramov
25 mart 1955 – 23 yanvar 1958
ƏvvəlkiMustafa Topçubaşov
SonrakıMirzə İbrahimov
15 mart 1960 – 22 oktyabr 1963
ƏvvəlkiMəmməd Qurbanov
SonrakıMəmməd Qurbanov
bayraq
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi
bayraq2
28 yanvar 1956 – 16 fevral 1960
Birinci katibİmam Mustafayev
Vəli Axundov
bayraq
Azərbaycan SSR Nazirlər Soveti Geologiya İdarəsinin rəisi
bayraq2
30 noyabr 1965 – 5 aprel 1974
SonrakıƏkrəm Şəkinski
bayraq
Azərbaycan SSR Nazirlər Soveti Dövlət Kinematoqrafiya Komitəsinin sədri
bayraq2
22 oktyabr 1963 – 30 noyabr 1965
Əvvəlkikomitə təsis edilib
Şəxsi məlumatlar
Doğum tarixi 1912
Doğum yeri
Vəfat tarixi may 1977
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili
Həyat yoldaşı
Hərbi xidmət
Döyüşlər
Rütbəsi mayor
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • geologiya-mineralogiya elmləri namizədi[d]

Təltifləri "Şərəf nişanı" ordeni "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı

Abdulla Səlim oğlu Bayramov (1912, Ağamalıoğlu, Yelizavetpol qəzasımay 1977, Bakı) — Azərbaycan geoloqu və dövlət xadimi, Azərbaycan SSR Ali Sovetinin sədri (1955–1958), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi (1956–1960), Azərbaycan SSR mədəniyyət naziri (1960–1963), Azərbaycan SSR Nazirlər Soveti Dövlət Kinematoqrafiya Komitəsinin sədri (1963–1965) və Azərbaycan SSR Nazirlər Soveti Geologiya İdarəsinin rəisi (1965–1974).

Həyatı və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Abdulla Səlim oğlu Bayramov 1912-ci ildə hazırkı Goranboy rayonunun Düzqışlaq kəndində yoxsul ailədə anadan olmuşdur. Səkkiz yaşında olarkən atası vəfat etmiş, anasının himayəsində böyümüşdür. İkisinifli kənd məktəbini bitirdikdən sonra o, Gəncəyə gələrək burada təhsilini məktəbdə davam etdirmiş, 1927-ci ildə Bakı Pedaqoji Texnikumuna daxil olmuşdur. Təhsilini bitirdikdən sonra o, Goranboy rayonuna gedərək burada yeddiillik məktəbin müəllimi, məktəb direktoru, RXMŞ-nın təlimatçı-metodisti işləmişdir.[1]

1933-cü ildə Abdulla Bayramov Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsinə daxil olmuş, buranı fərqlənmə diplomu ilə bitirmişdir. 1929-cu ildən komsomol sıralarına qoşulan Abdulla Bayramov institutda təhsil aldığı illərdə komsomol komitəsi katibinin müavini seçilmişdir. İnstitutu bitirdikdən az sonra o, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin neft şöbəsinin təlimatçısı vəzifəsinə irəli çəkilmişdir. Böyük Vətən müharibəsi illərində Abdulla Bayramov Sovet Ordusu sıralarında əlahiddə zenit-topçu diviziyasının partiya bürosunun katibi, polk komandirinin siyasi hissə üzrə müavini, diviziya siyasi şöbəsi rəisinin müavini olmuşdur. O, KrımŞimali Qafqaz cəbhələrində döyüşlərdə iştiraş etmişdir. 1946-cı ildə ehtiyata buraxıldıqdan sonra o, öz ixtisası üzrə Azərbaycan SSR Elmlər Akademiyasının Geologiya İnstitutunun kiçik elmi işçisi olmuşdur. 4 il sonra, 1950-ci ildə isə bu institutunun direktoru təyin edilmişdir. Elə həmin il o, namizədlik dissertasiyasını müdafiə edərək geologiya-mineralogiya elmi dərəcəsini almışdır.[1]

1954-cü ildən Abdulla Bayramov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin elm və mədəniyyət şöbəsinin müdiri işləmiş, 1956-cı ildə isə Mərkəzi Komitənin katibi seçilmişdir. 1960-1963-cü ildə Azərbaycan SSR mədəniyyət naziri, 1963-1965-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti Dövlət Kinematoqrafiya Komitəsinin sədri işləmişdir. 1965-ci ildən 1974-cü ildə təqaüdə çıxanadək o, Azərbaycan SSR Nazirlər Soveti Geologiya İdarəsinin rəisi olmuşdur.[2]

Abdulla Bayramov 1939-cu ildən isə Kommunist Partiyası üzvlüyünə daxil olmuş, 1956–1960-cı illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin büro üzvü olmuşdur.

Abdulla Bayramov 1977-ci ilin may ayında vəfat etmişdir.[2]

  1. 1 2 Абдулла Сәлим оғлу Байрамов // Альбом биографий депутатов Верховного Совета Азербайджанской ССР. 1955. Бакы. 1956. С. 92.
  2. 1 2 А. С. Бајрамов // Коммунист. № 125 (16560). 31 мај 1977-ҹи ил. С. 4.