Adam Klark

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Adam Klark (mühəndis)
Adam Clark
Adam Klark, Mikloş Barabaş tərəfindən çəkilən portireti
Adam Klark, Mikloş Barabaş tərəfindən çəkilən portireti
Doğum tarixi 14 Avqust 1811-ci il
Doğum yeri Edinburq, Şotlandiya, Ingiltərə
Vəfat tarixi 23 iyun 1866-cı il
Vəfat yeri Buda, Avstriya imperiyası
Vəfat səbəbi ağciyər xəstəliyi[d]
Dəfn yeri Ingiltərə
Dəfn tarixi 23 iyun 1866[1] (54 yaş) Buda, Macarıstan
Fəaliyyəti İnşaat mühəndisliyi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adam Klark – (Clark Ádám) 14 avqust 1811, Edinburq, Şotlandiya - 23 iyun 1866, Budapeşt, Avstriya-Macarıstan) — Macarıstandakı işi ilə tanınan şotlandiyalı inşaat mühəndisi.

Fəhlə ailəsində dünyaya gələn Adam Klark texniki təhsilini (Darling & Hume və G. Manwaring & Co) aldıqdan sonar, Hunter & English şirkətində çalışıb. 1834-cü ildə A. Klark qraf İştvan Seçeninin dəvəti ilə Dunay çayının axınını tənzimləmək üçün yeni dibçəkən gəminin tikintisinə nəzarət etmək məqsədilə Budapeştə gedir. İki il sonra isə Şotlandiyaya qayıdır. 1839-cu ildə A. Klark Dunay çayı üzərində BudaPeşt şəhərlərini birləşdirməli olan Zəncirli körpünü tikintisinə nəzarətçi kimi Macarıstana geri qayıdır. Körpü 1839-cu ildə Qraf Şeçeninin təşəbbüsü ilə ingilis mühəndisi Villiam Tierney Klark (William Tierney Clark) (heç bir qohumluq əlaqəsi yoxdur) tərəfindən layihələndirilib. Lakin Villiam Tierney Klark köpünün tikintisinə nəzarət etmək üçün Macarıstanda qala bilmir və ya istəmir. Sonradan bu layihə, İştvan Seçeni tərəfindən Adam Klarka həvalə olunur. Adam Klarka, körpünün inşası üzərində on il çalışmışdır. 1847-ci ildə Milli Kommunikasiyalar Komitəsinin (Yollar üzrə) (Kozlekedési Országos Bizottság) müşaviri, 1848-ci ildə isə İctimai İşlər Nazirliyinin (Kozmunkák Minisztérium) texniki məsləhətçisi olmuşdur. 1849-cu ildə Zəncirli körpünün açılışı olmuşdur və Macarıstanın paytaxtında ilk daimi körpü kimi tarixə düşmüşdür. O zamanlar dünyanın ən böyük körpülərindən biri idi. Tikintinin başa çatması 1848–1849-cu illər Macarıstan İnqilabına (Macarıstanda 1848-ci il inqilabı) təsadüf edir. İnqilabın ilkin mərhələlərində körpüyə toplaşan nümayişçilər əcnəbi işçilərin qovulmasını tələb edirdi. A. Klark onların tələbini təmin etməkdən imtina edir və nümayişçilər polis tərəfindən dağıdılır. Faktiki olaraq Klark həqiqətən inqilabçıları dəstəkləyir, 1848-ci ilin sonunda — hələ tamamlanmamış və sınaqdan keçirilməmiş körpü boyunca geri çəkilərək Layoş Koşut qoşunlarına kömək etmişdir. Bəzi hesablamalara görə körpüdən, bir gündə 70 minə yaxın insan və 300 artilleriya qurğusu keçmişdir. İnqilabi hadisələr zamanı A. Klark körpünü iki dəfə dağılmaqdan xilas etmişdir. 1849-cu ilin əvvəlində o, Avstriya İmperator Ordusunun üsyançıların Peştdən Budaya keçməsinin qarşısını almaq üçün körpünü partlatmağı planlaşdırdığı barədə məlumat alır. A. Klark körpünün dayanıqlığını təmin etmək üçün dayaq kameralarını su ilə doldurur, sonra isə nasosları sıradan çıxararaq hər hansı zərərin minimuma endirilməsi üçün lazımı addımlar atır. Avstriyalıl hərbçilər körpünün üzərinə dörd konteyner barıt qoyurlar, lakin onlardan yalnız biri partlayır və zərəri az olur. 1850-ci ildə Macarıstan hökuməti, Klarka Buda qəsrinin altında birbaşa Zəncirli körpü ilə üzbəüz açılan tunelin layihələndirilməsi və tikintisini tapşırır. Bu tunel, Budanın kənarına səyahət edənlər üçün məsafəni əhəmiyyətli dərəcədə qısaldacaqdır. Tunel üzərində iş 1853-cü ilin fevralında başladı və tunel 1856-cı ilin martında piyadaların hərəkəti üçün açılır. 1857-ci ildə tunelin tikintisi tam olaraq başa çatdırılmışdır. A. Klark ömrünün sonuna kimi Macarıstanda qalır. 1855-ci ildə yerli aristokratiyadan olan Mariya Aldas ilə evlənir və üç övladı olur. 23 iyul 1966-cı ildə ağciyər xəstəliyindən dünyasını dəyişir. Kerepeşi məzarlığında dəfn olunub. Macarıstan Elmlər Akademiyasının üzvü, macar riyaziyyatçısı György Hajos, Adam Klarkın soyundandır.

1912-ci ildə Zəncirli körpü ilə Buda Tuneli arasındakı şəhər meydanı onun şərəfinə Adam Klark Meydanı (Clark Ádám térr) adlandırıldı. Tunelə girişin qarşısındakı Adam Klark meydanında Macarıstanın bütün nöqtələrindən Budapeştə qədər olan məsafələri müəyyən etmək üçün başlanğıc nöqtəsi olan Sıfır Kilometr Daşı var[2]. 2011-ci ildə Macarıstan Milli Bankı Klarkın anadan olmasının 200-cü ildönümünü qeyd etmək üçün 5000 forintlik sikkə çap etdirmişdir.

  1. "Arxivlənmiş surət". 2024-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-18.
  2. Clark Ádám https://www.britannica.com/biography/Adam-Clark Arxivləşdirilib 2018-09-17 at the Wayback Machine