Aleksandr Qernqross
Aleksandr Qernqross | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 avqust 1851[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 17 mart 1925[1] (74 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya imperiyası |
Qoşun növü | Rusiya İmperator Ordusu |
Rütbəsi | infanteriya generalı[d], general[1] |
Döyüşlər | |
Təltifləri |
Aleksandr Alekseyeviç Qernqross (rus. Александр Алексеевич Гернгросс; 4 avqust 1851[1], Smolensk[1] – 17 mart 1925[1], Leninqrad[1]) – Rusiya İmperator Ordusunun hollanəsilli generalı. Rus-yapon müharibəsində diviziya və korpus komandanı kimi iştirak etmişdir. Müharibədən sonra ordunun aparıcı üzvlərindən biri olmuşdur.[2]
Həyatı və fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Aleksandr Qernqross hollanəsilli Baltika almanlarına mənsub olan ailədə doğulmuşdur. 1868-ci ildə hərbi xidmətə daxil olmuş, Riqa Piyada Məktəbini bitirmişdir. 1877–1878-ci illərdə Rusiya-Osmanlı müharibəsində iştirak etmişdir.
Rus-yapon müharibəsi
[redaktə | mənbəni redaktə et]Qernqross Rus-yapon müharibəsində Birinci Sibir Ordu Korpusunun tərkibində olan 1-ci Sibir atıcı alayının komandanı olmuş və Telissu döyüşündə iştirak etmişdir. Daha sonra korpusunun komandanı olmuş və Lyaoyan döyüşündə döyüşmüşdür. Şahe döyüşü zamanı Şərq bölüyünün əsgərləri ilə yaradılmış xüsusi birliyə başçılıq etmiş və 16 oktyabr 1905-ci ildə Şa çayının cənubunda yerləşən Putilov, eləcə də, Ağac yüksəkliklərini ələ keçirməyi bacarmışdır. Qısa fasilədən sonra 1905-ci ilin fevralında yenə Birinci Sibir Ordu Korpusunun komandanı olmuş və Mukden döyüşündə iştirak etmişdir. O, müharibənin sonuncu quru döyüşündə Yaponiyanın Üçüncü Ordusuna qarşı döyüşmüş, lakin dəstək almadığı üçün geri çəkilməyə məcbur olmuşdur.[2]
Mancuriyadakı hərbi bacarıqlarına görə müharibədən sonra tanınmış hərbçiyə çevrilmiş və 1911-ci ildə ordunun baş qərargahının başçısı təyin olunmuşdur. O, bu vəzifəni 1914-cü ilin martına kimi tutmuşdur.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Kowner, Rotem. Historical Dictionary of the Russo–Japanese War (ingiliscə). The Scarecrow Press. 2006. 131. ISBN 978-0-8108-4927-3. İstifadə tarixi: 10 may 2023.
- 4 avqustda doğulanlar
- 1851-ci ildə doğulanlar
- Smolenskdə doğulanlar
- 17 martda vəfat edənlər
- 1925-ci ildə vəfat edənlər
- 74 yaşında vəfat edənlər
- Sankt-Peterburqda vəfat edənlər
- 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeninin kavalerləri
- Müqəddəs Aleksandr Nevski ordeni ilə təltif edilənlər
- Ağ qartal ordeni (Rusiya) kavalerləri
- II dərəcəli Müqəddəs Vladimir ordeninin kavalerləri
- I dərəcəli "Müqəddəs Anna" ordeni kavalerləri
- 1-ci dərəcəli "Müqəddəs Stanislav" ordeninin kavalerləri
- IV dərəcəli Müqəddəs Vladimir ordeninin kavalerləri
- II dərəcəli "Müqəddəs Anna" ordeni kavalerləri
- 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeninin kavalerləri
- III dərəcəli "Müqəddəs Anna" ordeni kavalerləri
- "İgidliyə görə" qızıl qılıncı kavalerləri
- Əlifba sırasına görə hərbi xadimlər
- Rus-yapon müharibəsi iştirakçıları
- Rusiya-Osmanlı müharibəsi (1877–1878) iştirakçıları