Aleksandr Qreyam Bell

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Aleksandr Qreyam Bell
ing. Alexander Graham Bell[2]
Doğum tarixi 3 mart 1847(1847-03-03)[3][4][…]
Doğum yeri
Vəfat tarixi 2 avqust 1922(1922-08-02)[3][2][…] (75 yaşında)
Vəfat səbəbi şəkərli diabet[6]
Elm sahələri loqopediya, telefoniya[1]
Elmi dərəcəsi
İş yeri
Təhsili
Üzvlüyü
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aleksandr Qrem Bell (ing. Alexander Graham Bell; 3 mart 1847[3][4][…], Edinburq[2]2 avqust 1922[3][2][…]) — şotland mənşəli görkəmli alim, ixtiraçı, mühəndis və ilk real telefonun ixtiraçısı kimi tanınan novator. ABŞ-nin telekommunikasiya sahəsinin inkişafında əsas yeri tutan Bell Labs telefon şirkətinin qurucularından biri olmuşdur.

Bellin atası, babası və qardaşı natiqlik və nitq üzrə işlə əlaqəli olublar. Anası və həyat yoldaşı Bellin həyat təcrübəsindən dərindən təsirlənərək kar olmuşlar. Onun eşitmə və nitq ilə bağlı axtarışları gələcəkdə eşitmə cihazları ilə bağlı sınağa gətirib çıxartdı və nəhayət Bell 1876-cı ildə ABŞ-nin ilk telefon patenti olaraq mükafatlandırıldı. Bell özünün ən məşhur ixtirasını onun əsl işi olan alimlik fəaliyyətinə ən böyük müdaxilə hesab edirdi və öz fəaliyyətində telefondan imtina etmişdir.

Aeronavtika (təyyarəçilik), hava yastıqlarıoptik telekommunikasiya kimi bir çox digər ixtiralar Bellin həyatının növbəti dönəmində qeyd olunub. 1888-ci ildə Bell Milli Coğrafiya Cəmiyyəti-nin yaradıcı üzvlərindən birinə çevrildi. [7]

Aleksandr Bellin telefonun sınaq nümunəsini yoxlamadan keçirməsi (aktyor, 1926)

Erkən həyatı

[redaktə | mənbəni redaktə et]

Aleksandr Bell 1847-ci ildə 3 mart tarixində Şotlandiyanın paytaxtı Edinburq şəhərində anadan olmuşdur. Ailə evi Cənubi Şarlotta küçəsi, 16 ünvanında idi və burada Aleksandr Qrem Bellin doğum yerinin olduğunu nişan verən daş üzərində yazı mövcuddur. Onun iki qardaşı vardır: Melville James Bell (1845–70) və Edward Charles Bell (1848–67). Hər iki qardaşı vərəm xəstəliyindən vəfat etmişlər. Atası Professor Alexander Melville Bell, anası isə Eliza Grace olmuşlar. Baxmayaraq ki, o Aleksandr olaraq doğulmuşdur, 10 yaşında ikən atasından hər iki qardaşı kimi orta adının olmasını tələb etdi. 11 yaşı olarkən, doğum günündə atası könülsüz razılaşdı və ona Graham orta adını götürməyə icazə verdi, lakin yaxın qohumlara və dostlara atasının onu bütün həyatı boyu çağırdığı "Alek" olaraq qaldı.

Uşaq ikən Aleksandr hətta ən erkən yaşlarında belə botanik nümunələri toplayıb nəticələrini göstərərək öz dünyası haqqında təbii maraq nümayiş etdirdi. Onun ən yaxşı dostu, bir çox basqınlara məruz qalan un dəyirmanını idarə edən qonşu ailədən Ben Herdman idi. Gənc Alek dəyirmanda nəyin edilməsinə ehtiyac olduğunu soruşdu. Ona buğdanın əziyyətli prosesdən keçərək qabığından ayrılması deyildi və hələ 12 yaşında Bell bir ev cihazı düzəltdi, hansı ki, fırlanan avarlar bir neçə dırnaq fırçasıyla birləşərək buğdanı qabığından ayıran sadə bir alətə çevrildi və istismara verilib davamlı olaraq illərlə istifadə edildi. Əvəzində, John Hardman hər iki oğlana "ixtira" üçün kiçik emalatxana bağışladı.

Erkən yaşlarından anası tərəfindən musiqiyə, poeziyaya və incəsənətə ruhlandırılan Bell, istedad və həssas təbiət nümayiş etdirdi. Rəsmi məşqlərə qatılmadan, o, pianoya yiyələnə bildi və ailənin pianoçusuna çevrildi. Sakit və özünü analiz edən biri kimi görünməsinə baxmayaraq, o, mimikalarda şən idi və ventriloquismə (səsin danışıq üzvlərindən kənar bir yerdən gəlməsinin zənn edilməsi) bənzər "səs fəndləri" nümayiş etdirərək nadir hallarda evlərinə gələn qonaqları əyləndirirdi. Bell həmçinin anasının tədrici karlığından dərin təsirlənmişdi, (onun 12 yaşı olanda anası eşitmə qabiliyyətini itirməyə başladı) bu səbəblə əl-barmaq dilini öyrəndi, və beləliklə də anasının yanında əyləşərək ailə daxilində gedən söhbətləri sakitcə anasına bu şəkildə izah edirdi. O, həmçinin təmiz nitq texnikasını da inkişaf elətdirdi. Bellin anasının karlığı ilə bağlı qayğısı onu Akustikanı öyrənməyə gətirib çıxartdı.

  1. 1 2 https://archive.nytimes.com/www.nytimes.com/learning/general/onthisday/bday/0303.html.
  2. 1 2 3 4 5 6 7 https://www.biography.com/people/alexander-graham-bell-9205497.
  3. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  4. 1 2 Societies A. C. o. L., Press O. U., Bruce R. V. Alexander Graham Bell // Bell, Alexander Graham (03 March 1847–02 August 1922), inventor and educator (ing.). // American National Biography Online / S. Ware [New York]: Oxford University Press, 2017. ISSN 1470-6229 doi:10.1093/ANB/9780198606697.ARTICLE.1300115
  5. 1 2 NNDB (ing.). 2002.
  6. http://www.science.ca/scientists/scientistprofile.php?pID=120.
  7. "Alexander Graham Bell Laboratory Notebook, 1875-1876". World Digital Library. 1875–1876. 2020-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-23.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]